Facebook Twitter WhatsApp

Fasiqlə evlənmək

Sual: Namaz qılmayan və təsəttürə riayət etməyən Xristian bir qızla evlənmək caiz olduğuna görə, namaz qılmayan, oruc tutmayan, açıq-saçıq geyinən bir Müsəlman qızla evlənməyin daha yaxşı olacağını düşünürəm. Bu düşüncəm səhvdirmi?

CAVAB

Bəli, səhvdir. Xristian qızla evlənmək də təhrimən məkruhdur, harama yaxındır. Yəni, Xristian qızla evlənmək zərurətsiz caiz olmaz. Bu gün kitab əhli, yəni Xristian qız da tapmaq çox çətindir. Çoxu müşrikdir. Müşriklə evlənmək isə qətiliklə caiz deyildir. Kitab əhli qız olsa belə, Xristian yəni kafir qızla fasiq Müsəlman qız müqayisə edilməz. Xristian qızın başını bağlaması və heç bir ibadəti etməsi lazım deyildir, çünki qeyri-müsəlmanın əvvəl iman etməsi lazımdır. İmansız ibadətlərin faydası olmaz. Axirətdə Xristian qadına niyə namaz qılmadın, oruc tutmadın, içki içdin deyə soruşulmaz. Ona yalnız, niyə Müsəlman olmadın deyə soruşular, amma Müsəlman qadının namaz qılma zərurəti vardır, içki içə bilməz, saçlarını aça bilməz. Belə bir qadın fasiq olur. Fasiq çəkinmədən, açıqca günah işləyən, məsələn, beş vaxt namaz qılmayan, açıq gəzən şəxs deməkdir. Fasiqlə evlənməmək lazımdır, çünki Şirət-ül İslam kitabındakı hədisi-şəriflərdə buyuruldu ki:

“Qızını fasiqlə evləndirənin duası və ibadətləri qəbul olmaz.”

“Şəfaətimə qovuşmaq istəyən, qızını fasiqlə evləndirməsin!” 

S.Əbədiyyədəki iki hədisi-şərif məali də belədir:

“Bir kimsə qızını fasiqə [pis kimsəyə] verərsə, Allahu təalanın əmanətinə xəyanət etmiş olar. Əmanətə xəyanət edənlərin gedəcəyi yer Cəhənnəmdir.”

“Qızını fasiqə verən kimsə lənətlənmişdir.”

Göründüyü kimi Xristian qızla da, fasiq qızla da evlənmək uyğun deyildir. Salehə bir qızla evlənmək isə bir nemətdir.

Fasiqlə evlənmək

Sual: Ana-atası fasiq olan saleh bir gənc salehə bir qızla evlənmək istəyir. Bir yoldaşı ona, “Salehə qızla evlənsən, qız bədbəxt olar. Evlənirsən, fasiq bir qızla evlənməyin lazımdır” dedi. Bu tövsiyə uyğundur?

CAVAB

Xeyr, qətiliklə uyğun olmaz. Bir hədisi-şərif:

“Fasiqlə evlənməyə razı olanın qəbrindən qalxarkən, alnında, “Allahın rəhmətindən ümidini kəsmiş” yazısı olar.” [Şirət-ül İslam]

Saleh xanımını əlindən gəldiyi qədər haramlardan qoruyar. Ailəsi fasiqdir deyə, fasiq qızla evlənməyi və ya heç evlənməməyi tövsiyə etmək çox səhvdir. Fasiq kimsə belə özünü düzəltməyə çalışmalı və salehə qızı tərcih etməsi lazımdır. Həyat yoldaşının sayəsində də özünü düzəldə bilər. Amma salehə bir qızın fasiq bir kişini seçməməsi lazımdır. Yaxından tanıdığım saleh bir şəxsin oğlu namaz qılmırdı, yəni fasiq idi. Salehə bir qızla evləndi. Qız oğlanı namaz qıldırmağa, evinə bağlamağa çalışdı. İndi iyirmi yaşlarında uşaqları var. Hamısı da namaz qılır. Demək ki, fasiq olanların da salehləri tərcih etməsi lazımdır, fəqət salehlər əsla fasiqləri tərcih etməmələri lazımdır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину