Sual: Qeyri-müsəlman bir qadın, “Mənimlə evlənsən Müsəlman olaram” desə, onunla evlənməni rədd etmək küfr olar?
CAVAB
Xeyr, küfr olmaz. Evlənmə məcburiyyəti yoxdur.
Sual: Qeyri-müsəlman bir qadın, “Mənimlə içki içsən və ya mənimlə zina etsən Müsəlman olacam” desə, onun Müsəlman olması üçün bu günahları işləmək caiz olar?
CAVAB
Əsla caiz olmaz.
Sual: Evlənərkən nəyə diqqət etmək lazımdır, nə tövsiyə edərdiniz?
CAVAB
Evlənmək istəyənlər dinimizin bildirdiyi tövsiyə, əmr və əxlaqa əhəmiyyət verməsi lazımdır. Xarici görünüşə aldanıb səhv qərar verməkdən çəkinək lazımdır. Çünki evlilik həyatına başladıqdan sonra geri dönmək çətindir və pis xasiyyətli insanın bundan sonra düzəldilməsi də asan deyildir.
Axtardığımız xüsusiyyətlərin önəmli olanları qarşı tərəfdə var isə qərar vermək üçün kafi sayıla bilər. Lazımından çox hər xüsuiyyətinə fikir verən asanlıqla özünə həyat yoldaşı tapa bilməz .
Olması lazım olan xüsusiyyətlər yoxdursa, “Onunla evlənmək istəyirəm” deyə təkid edən gənclərin bu yolda şüursuzca hərəkətlərlə ana-atalarını kədərləndirmələri çox səhvdir. Ana-ataların da axtarılan lazımlı xüsusiyyətlər var isə maddi mənfəətlər kimi sadə səbəblər üzündən gənclərin evlənməsinə mane olmamaları lazımdır.
İdeal bir talib tapmaq əlbəttə çox çətin, hətta qeyri-mümkündür. Qüsursuz yoldaş axtaran yoldaşsız qalar.
Sual: Bir gənclə söhbət edirəm. Dinimizi bilmir, namaz qılmır, fəqət mən onu düzəldərəm. Çünki evlənəndə hamısını edərəm deyir. Gənc saleh deyil deyə atamın bu işə qətiliklə razılığı yoxdur. Nə etməyimi tövsiyə edərsiniz?
CAVAB
Eşqbazlıq dövründə gənclər əsl xasiyyətlərini biruzə verməməyə çalışır. Nəzakətli, itaətli görünər. Evləndikdən sonra həqiqi şəxsiyyəti meydana çıxar. “Dini bilmir, namaz qılmır, fəqət mən onu düzəldərəm” deyirsiniz. Kimin kimi düzəldəcəyi sonra, yəni evlənincə bəlli olar. Əvvəl dinini öyrənsin! Namaz qılmağa da başlasın. “Evlənəndə hamısını edərəm” deməsinə etibar edilməz.
Atanızın dediyi kimi hal-hazırda onunla evlənmək uyğun deyildir. Dinimizdə belə kimsəyə fasiq deyilir. Fasiq dinsiz demək deyildir. Açıqdan günah işləyən kimsə deməkdir. Fasiqlə evlənmək belə uyğun deyilkən, dinsiz ilə evlənmək əsla caiz olmaz.
Ana və ataların qızlarını fasiqlərin, pis kəslərin olduğu yerə göndərməmələri lazımdır. Onlar orada uyğun olmayan, hətta dinsiz insanlar ilə tanış ola bilərlər. Belə edib başlarına fəlakət gələndə, “ İndi günah bizdədirmi?” deyən ana-atalara əlbəttə suça səbəb sizsiniz deyirik.
Islam dininə görə müsəlman olmadan evlənilməz. “Evlənəndə müsəlman olaram” və ya “Evlənəndə namaz qılaram” kimi sözlərə etibar edilməz.
Sual: Çirkin və kasıb birisi ilə evlənmək uyğundurmu?
CAVAB
Evləniləcək kimsənin yalnız dindar olması kafidir. Zəngin və gözəl olarsa daha yaxşıdır. Lakin dindar olmazsa zənginlik, gözəllik işə yaramaz. Hədisi-şəriflərdə buyuruldu ki:
“Qadın malı, gözəlliyi, əsilzadəliyi və dindarlığı üçün nikah edilər. Sən dindar olanı seç ki, maddi və mənəvi nemətə qovuşasan!” [Buxari]
“Qadını gözəlliyi üçün alma, gözəlliyi onu həlaka sürükləyə bilər. Yalnız malı üçün də alma, malı onu zərərə sala bilər. Dindar olanla evlən!” [İbni Macə]
Saleh kimsə ilə evlənərkən kasıblıqdan qorxmamaq lazımdır. Çünki Allahu təala, “Əgər kasıb isələr, Allah onları [evlənmələri sayəsində] fəzli ilə zəngin edər.” buyurur. (Nur 32)
Sual: Evli bir nəfəri sevirəm. Görüşmürük, yalnız ürəkdən sevirəm. Yenə də çox günah işləyirəm?
CAVAB
Sevgi, insanın əlində olmayan bir hissdir. İffəti [namusu] qorumaq və günah olan işlərdən çəkinmək şərti ilə birinə qarşı sevgi hiss etmək günah olmaz. Hətta iffətini qoruyaraq sevgisini gizləmək çox savabdır. Hədisi-şəriflərdə buyuruldu ki:
“Eşqini gizləyib, iffətini mühafizə edərək ölən şəhiddir.” [Hakim, Hatib]
“Eşqini gizləyib, iffətini mühafizə edərək səbr edəni Allahu təala əfv edib Cənnətə qoyar.” [İ.Asakir]
Demək ki, dinimizdə iffəti mühafizə etmək və sevgisi səbəbi ilə günah işləməməyə səbr etmək çox savabdır. Çünki ümumi olaraq sevgi insanı kar və kor etdiyi üçün insanın özünü günah işləməkdən saxlaması çətindir. Çətin olan işləri bacarmağın savabı da daha böyük olar. Hədisi-şərifdə buyuruldu ki:
“Ümmətimin xeyirliləri eşq bəlasına məruz qalanda iffətini mühafizə edənlərdir.” [Deyləmi]
Sual: Xala uşaqlarının bir-birilə evlənməsi məkruh olar?
CAVAB
Bəli, tənzihən məkruhdur. Əmi uşaqları da elədir.
Sual: Zina etmiş biri ilə evlənilər?
CAVAB
Dörd məzhəbdə də zina edən zina etməmiş biri ilə və ya zina etməmiş olan zina etmiş biri ilə evlənə bilər. (Cəssas)
Sual: Cinlərlə evlənilər?
CAVAB
Cin ilə evlənmək Şafii məzhəbində caiz, Hənəfidə caiz deyildir. Cinin çoxalması qaz [hava] ilədir. Bundan ötəri cin ilə evlənmək həqiqi evlənmək deyildir. Cinin insan şəklinə girib evləndiyi də deyilir. Bu alimlər, “Bəlkıs cin ilə insandan hasil olmuşdur” deyirlər. Cindən, cin ilə məşğul olanlardan uzaq dayanmak lazımdır.
Sual: 24 yaşındayam, bu günə qədər heç qız dostum olmadı. Bəzi səbəblərdən ötəri olmadı. Onlardan biri də bu qarşı cinsə hörmət hiss edirəm və onunla əylənmək istəmirəm. Yaş irəlilədikcə qız dosta ehtiyac hiss edirəm. Çünki özümü çox tək hiss edirəm. Dua edərkən Allahu təaladan müsəlman bir qızla tanış olmağı nəsib etməsini istəməyim caiz olar?
CAVAB
Evlənmək niyyətiylə olarsa caiz olar. Yalnız yoldaşlıq niyyətiylə danışmaq belə caiz olmaz, duası heç caiz olmaz. Özünüzü tək hiss edirsənizsə kişi dost axtarın. Evlənməyə ehtiyac hiss edirsənizsə, evlənin.
Sual: Bir qızla eşqbazlıq edirik, öpüşürük. Evlənmə niyyətim məni günahdan qurtarmazmı?
CAVAB
Qurtarmaz. Evlənməyə qərar vermək, günahı işləməyi mübah qılmaz.
Sual: Dünən püşk atdım. Evlilik işinə qərar vermədən əvvəl, “Ya Rəbbi, əgər bu iş belə isə yazı gəlsin, belə isə rəqəm gəlsin” dedim. Bu fal olar?
CAVAB
Etdiyiniz uyğun bir şey deyil. Dinimizdə istixarə vardır. Bir iş xeyrlimi olacaq şərmi olacaq istixarə ilə bəlli olar. Elə püşklə olmaz. Dində bidət çıxarmamaq lazımdır.
Sual: Əhli-kitab ilə evlənmək caiz isə təsəttürsüz bir müsəlman qadını əhli-kitaba daxil edə bilərik?
CAVAB
Əhli-kitab qadınla evlənmək tahrimən məkruhdur, yəni harama yaxındır. Müsəlmanla əhli-kitabı eyni saymaq olmaz. Müsəlman qadın namaz qılmaq və təsəttürə riayət etmək məcburiyyətindədir.
Sual: İman bilgilərini oxumamış olan iman etmiş olmur?
CAVAB
Sualınızın cavabı bəli də xeyr də ola bilər. Lazımlı iman bilgilərini bilmək fərzdir. Bilmədən iman olmaz. İstər oxuyaraq, istər eşidərək öyrənmək lazımdır. Məsələn, Aməntüdə bidirilən altı əsasa inanmaq şərtdir. Sonra Allahı sifətləri ilə bilmək də şərtdir. Məsələn, Allahın bir olduğunu bilmək, məkansız olduğunu, yaratdıqlarına heç bənzəmədiyini və digər sifətləri ilə öyrənmək fərzdir. Sırası ilə bilmək deyil də, soruşulanda bilməsi lazımdır. Məsələn, Allahın hər şeyə gücü yetərmi deyildiyi vaxt bəli deyə bilməsi lazımdır. Bir Rus qızına Müsəlmanlığı öyrətdik. Tək-tək soruşduq. Məsələn, Allahın bir olduğuna inanırsanmı? Öləndə axirətə gedəcəyimizə inanırsanmı və digər lazımlı bilgiləri soruşduq. Bəli, cavabını alanda kəliməyi-şəhadət gətirib müsəlman oldu. Onun üçün Aməntünü yaxşı bilmək lazımdır.
Sual: Qızımı oğluna istəyənə “Sən də oğluma qızını ver” demək caizdir?
CAVAB
Bəli.
Sual: Gənc bir qızam. Bir illik həyat yoldaşından ayrılmış bir kişi mənimlə evlənmək istəyir. Mən də onu sevdim. Nəyə diqqət etməyimi tövsiyə edərsiniz?
CAVAB
Namaz qılan, namuslu biri isə, istixarə etdikdən sonra qərarınızı verin! Əgər namaz qılmırsa, köhnə zövcəsinə etdiyini sizə də edə bilər. Çünki Allahdan qorxmayan kimsə insanları aldatmaqdan çəkinməz.
Əbu Ləhəbin oğulları
Sual: Rəsulullahın qızları Əbu Ləhəb oğulları ilə nişanlıymış, evlənmədən boşanmışlar. Əbu Ləhəbin uşaqları müşrik deyildimi? Bu iş necə oldu?
CAVAB
Əbu Ləhəb Rəsulullahın azğın düşməni idi. Təbbət surəsi gələrək özünün və Rəsulullahın qapısına tikanları yığan arvadının Cəhənnəmə gedəcəkləri bildiriləndə çox hirsləndi. Oğulları Utbə və Uteybəyə daha əvvəl nişanlı olduqları Rəsulullahın qızlarını boşamalarını əmr etdi. Bunlar da atalarının sözlərinə əməl edərək Rəsulullahın kürəkənliyi kimi bir şərəfi əllərindən çıxardılar, müşrikliklərinə davam etdilər. Uteybə Rəsulullahın hüzuruna da gəlib təhqir etdi. Rəsulullah əfəndimiz də, “Ya Rəbbi, buna bir canavar göndər” buyurdu. Cənabı Haqq Peyğəmbərinin duasını qəbul buyurdu. Şama gedərkən bir gecə bir aslan gəlib, karvan içində iyləyərək bunu tapıb parçaladı.
Bu iki müşrik o iki xanım qızı boşadıqları vaxt nişanlı idilər, daha toyları olmamış idi. Onları boşayaraq Rəsulullahı dolanışıq çətinliyinə soxmaq istəmişdilər. Fəqət Həzrəti Osman bu fürsətdən istifadə edib Utbənin boşadığı Həzrəti Rukayyəni qız olaraq nikah etməklə, Rəsulullahın kürəkəni olmaq şərəfinə qovuşdu. Həzrəti Osman çox yaraşıqlı və ağ bənizli bir gənc idi. Əbu Ləhəbin müşrik uşaqlarından çox daha zəngin idi.
Əbu Ləhəbin oğulları ilə nişanlandıqlarında, Bəqərə surəsinin, “Qadınlarınızı müşrik kişilərlə evləndirməyin” məalindəki 221-ci ayəsi hələ nazil olmamışdı. Çünki o vaxt İslamiyyət daha yeni gəlmişdi.
Sual: İslam Əxlaqında, “Gənc qızları qoca kəslərə verməmək lazımdır. Fəsada səbəb olar” deyilir. Bu, qızları özlərindən yaşca böyük olan kişilərlə evləndirməyin deməkdir?
CAVAB
Xeyr, deyildir. Bu, gənc qızları qoca kişilərlə evləndirməmək lazımdır, məsələn 15-20 yaşındakı gənc bir qız ilə 60-70 yaşındakı qoca ilə evləndirilərsə fitnəyə səbəb olar deməkdir. Yoxsa kişinin qızdan böyük olmasının zərəri olmaz, hətta yaxşı olar. Kişinin yetkin və ciddi olmasını tərcih etmək lazımdır.
Allahı təqsirləndirmək
Sual: Evlilik üçün dua etdim. “Ya Rəbbi, haqqımda xeyirlisi kim isə onu mənə nəsib et!” dedim. Sərxoş və namaz qılmayan biri çıxdı. Mən də dua etdiyim üçün, “ Rəbbim bunu mənə layiq gördü” deyərək qəbul etdim. Yoldaşlarım səhv etdiyimi söyləyirlər. Halbuki mən dua nəticəsində buna qərar verdim. Rəbbimin layiq gördüyünə mənim nə deməyə haqqım var?
CAVAB
Çox səhv bir qərar verib, təqsiri də Allaha yükləyirsiniz. Dua etdiniz, duanız qəbul oldumu? Bunu dəqiq bilirsiniz? Namaz qılmayan birinin gəlməsi etdiyiniz duanın qəbul olduğunu göstərərmi heç? Fasiqlə evlənmək caiz olmadığına görə, dua qəbul olmamış deməkdir.
Zina edənin evlənməsi
Sual: Bir qadın və ya kişi çox kəslə zina etsə, sonra bu işləri tərk etsə, Allah onun tövbəsini qəbul edərmi? İkincisi, bu kimsənin evlənməsində bir zərər vardırmı? Vəziyyəti evlənəcəyi kimsəyə söyləməsi lazımdırmı? Söyləməzsə nə olar?
CAVAB
Edilən günahlar ona aiddir, evlənəcəyi adama bu günahlar yazılmaz, lakin qarşı tərəfi də aldadılmış vəziyyətə salmamaq lazımdır.
В корзине: 0 шт.
на сумму: 0