Facebook Twitter WhatsApp

Hüllə nədir

Sual: Dinə hücum etmək üçün hülləni dillərinə dolayıb lağ mövzusu edənlər olur. Hüllə nədir?

CAVAB

Hüllənin məşru və qeyri-məşru olanı vardır. Qeyri-qaynuni olanını göstərib İslamiyyət belə edir demək insafsızlıq olar. Dinimizdə, bir kişi bir qadını üç talaqda boşadıqdan sonra, artıq o qadınla evlənməsi halal olmaz. Yəni nikah edilsə də nikah etibarlı olmaz. Kişi qadını boşayanda qadın üç heyz müddəti olan iddəti gözləyər. Sonra, istəyərsə bu qadın başqa bir kişilə evlənə bilər. Qadın bu kişilə də dolana bilməyib ayrılsalar, o zaman bu qadın yenə iddət müddəti gözlədikdən sonra, istədiyi kişilə evlənə bilər. Əvvəlki əri talib olarsa, onunla da evlənə bilər.  

Qurani-kərimdə məalən buyurulur ki:

“İki dəfə boşadıqdan sonra, ya yaxşılıqla saxlayar və ya xoşluqla tərk edilər. Qadınlarınıza verdiklərinizi [mehrlərini] geri almağınız sizə halal olmaz. Əgər, bu ər arvadın Allahın əmrlərini yerinə yetirmələrindən qorxsanız, o zaman qadının [sərbəst boşanması üçün] fidyə verməsində [haqqından imtina etməsində] günah yoxdur. Bunlar Allahın qoyduğu sərhədlərdir, onları tapdalamayın, Allahın sərhədlərini aşanlar ancaq zalımlardır.” [Bəqərə 229]

Əgər kişi qadını [üçüncü dəfədə] boşayarsa, ondan sonra qadın bir başqa kişilə evlənmədikcə [zifaf olmadıqca] onunla evlənməsi özünə halal olmaz. Əgər bu adam da onu boşayarsa, Allahın qoyduğu sərhədləri mühafizə edəcəklərinə inandıqları təqdirdə, yenidən evlənmələrinə mane yoxdur. Bunlar Allahın təyin etdiyi sərhədlərdir. Bunlar, anlayan [əmri yerinə yetirəcək olan] bir qövm üçün Allahın açıqladığı sərhədlərdir.” [Bəqərə 230]

“Qadınlara mehrlərini könül rizası ilə verin.” [Nisa 4]

Bu şəkildə qadının evlənməsi məşrudur (dinə uyğun), dinimizin əmrinə zidd deyildir.

Boşanan qadının mehrini ödəməmək qul haqqıdır. Ödənməzsə axirətdə əzabı çox şiddətlidir.

Mehr, evliliyin nizamlı, xoşbəxt olaraq davam etməsi, qadının haqq və azadlıqlarının qorunması, din cahili, pis xasiyyətli kişinin əlində oyuncaq olmaması üçündür. Mehr pulunu vermək və uşaqların aliment pullarını hər ay ödəmək qorxusundan kişi xanımını boşaya bilməz. Boşayarsa, maddi həyatı iflicə uğrayar. Mehr vermək qorxusu kişinin yaxşı dolanmasına da səbəb olar.

Hüllə etmək demək, bir kişinin üç talaqda boşadığı xanımı ilə təkrar evlənə bilməsi üçün o qadını razılığı ilə başqa bir kişilə nikahlayıb bir gecəliyinə zifafa girməsi deməkdir.

Üç talaqla boşanmış olan qadını, Ər kimi rəftar etmədən əvvəlki əri ilə evlənə bilməz” hədisinin lazımınca hüllə etmək istəyən, ikinci əri ilə əlaqə olmadan yalnız xəlvətdə olması ilə ilk ərə halal olmaz. (Məcmuə zühdiyyə)

Əgər o kişi zifafdan sonra boşayarsa, o vaxt bu qadın da istəyərsə ilk əri ilə evlənə bilər. Belə bir tətbiq isə bir kişi üçün zillətdir, alçaqlıqdır. Allahu təala kişilərə boşamaq haqqını verdisə də, bu haqdan gözəl istifadə etməmələri və qadınlar kişilərin əlində oyuncaq olmamaları üçün kişilərə bu hüllə zillətini vermişdir. Hüllə qorxusundan bir kişi boşanma sözünü ağzına belə ala bilməz. Ailə arasında boşanmağın zarafatı da ola bilməz. 

Hüllə üçün hiyləyə baş vuranlar olmuş, iddət gözləmədən evlənmək caiz deyil ikən, nikah edənlər çıxmışdır. Bu gecə evlənib səhər boşayacaq kirayəlik adam axtarmışlar. Dinimizdə belə müvəqqəti nikah yoxdur. Biri ilə razılaşıb bu gecə evlən, sabah boşayarsan deyə bir razılaşma etmək, yəni bəlli bir müddət üçün evlənmək səhih deyildir. Peyğəmbər əfəndimiz hülləcini kirayə oğlaq kimi tərif edib buyurdu ki: “Hüllə edənə də etdirənə də Allah lənət etsin.”  [İbni Macə, Tabərani, Hakim, Beyhəqı]

Boşadığı qadını kirayəlik oğlağa nikahlayan adam zillətə düşdüyü kimi kirayəlik oğlaq da nikahladığı zövcəsini səhər boşayıb ona verməklə də eyni zillətə düşmüş olur.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину