Facebook Twitter WhatsApp

Yalan danışmağın caiz olduğu yerlər

Sual: Qadınların əri ilə yola getmək üçün yalan söyləməsi caizdir? Yalan söyləməyin caiz olduğu başqa hallar da vardırmı?

CAVAB

Din düşmənlərinin zərərindən qorunmaq və ya müsəlmanları qorumaq üçün hər vaxt yalan söyləmək caiz olar. Zalımdan bir müsəlmanın olduğu yeri, malını, günahını gizləmək də caizdir. Bir-birindən küsən iki müsəlmanın arasını düzəltmək üçün, malını qorumaq üçün, müsəlmanın sirrinin, ayıbının meydana çıxmaması üçün və bunlar kimi haramların qarşısını almaq üçün yalan caizdir. Ölməmək üçün leş yeməyə bənzəyər. Həzrəti Sevban, “Bir müsəlmana faydası toxunan və ya bir müsəlmanın zərərini aradan qaldıran yalan, yalan sayılmaz.” buyurur. 

Qadın da ərini idarə etmək üçün yalan söyləyə bilər. Hədisi-şərifdə buyuruldu ki:

“Kişi xanımını, xanım da ərini idarə etmək üçün yalan söyləyərsə günah olmaz.” [Müslim]

İbni Erkam həzrətləri, Həzrəti Ömərə, “Xanım məni sevmir. Məni sevməyən bir xanımla mən necə birlikdə yaşayaram” dedi. Həzrəti Ömər qadından soruşdu:

  • Ərinə, səni sevmirəm dedinmi?
  • Bəli,
  • Nə üçün?
  • Mənə and iç Mən də yalan söyləyə bilmədim. Yoxsa burada yalana icazə vardı?
  • Əlbəttə burada yalan söyləməyə icazə vardı Bir qadın ərini sevməsə də onu üzməmək üçün yalan söyləyərsə günah olmaz.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину