Facebook Twitter WhatsApp

İddət müddəti  gözləmək

Sual: Bir qadın boşandıqdan və ya əri öldükdən sonra bəlli bir müddət evlənmədən gözləməsi lazımdır? Bu iddət müddətində evdən çölə çıxa bilər? İddət müddəti içində nikah edə bilər?

CAVAB

Bain talaq (boşanma) və ölüm iddətində qadın bəzənməz və ətir vurmaz.

Talaq iddətində, iddət bitənə qədər nəfəqəsini alar. Amma gecə və gündüz evdən çıxmaz. Evdən çıxarsa nəfəqə ala bilməz.

Ölüm iddətində aliment verilməz. Amma qadın ərinin evində iddət gözləyər. Çünki qadın iddət müddəti bitənə qədər ölən ərinin xanımı sayılır.

İddət bitmədən də kimsə ilə evlənə bilməz.

Ölüm iddəti dörd ay on gündür.

Heyz görməyən qadın boşananda üç ay iddət gözləyər.

Heyz görürsə, ilk təmizlik başından, üçüncü hayzın sonuna qədər gözləməsi lazımdır.

Sual: 20 il əvvəl Almaniyaya gedib heç gəlməyən kişi orada ölür. Azərbaycandakı xanımı iddət gözləmədən evlənə bilər?

CAVAB

İddət gözləmədən evlənə bilməz.

Xəlvət olmuşsa

Sual: Dini nikahları varkən, cima olmayıb yalnız xəlvət olmuş qadın boşananda iddət gözləməsi lazımdırmı?

CAVAB

Bəli, iddət gözləməsi lazımdır, çünki S.Əbədiyyədə, “İddət; cima və ya xəlvət olunmuş zövcənin yenidən evlənməsi haram olan vaxtdır” deyilir.

İddət gözləmək

Sual: Almaniyada yaşayan bir şəxs üç-beş ildir yanına getmədiyi Azərbaycandakı qoca xanımını boşasa və ya özü ölsə, heyzindən kəsilən bu qadının hamilə olmaq vəziyyəti olmadığına görə yenə iddət gözləməsi lazımdırmı?

CAVAB

Bəli, yenə lazımdır. İddət gözləməyin yaşla və hamilə olmamaqla əlaqəsi yoxdur. Dinimizin əmri elədir. Dini əmrləri məntiqimizə uyğunlaşdırmaq çox səhvdir. Çünki bizim məntiqimizə uyğun gəlməyən şeylər ola bilər. Məntiqimizə uyğun gəlmədi deyə o əmri bəyənməsək, dinimizi bəyənməmiş olarıq. Bu da küfr olar.

İddət müddəti, Hənəfi və Hənbəlidə ilk təmizlik başından, üçüncü heyzin sonuna qədər olan vaxtdır. Şafii və Malikidə üç təmizlik keçənə qədərdir. Heyz görməyən qadın talaq üçün üç ay, ölüm üçün dörd ay on gün iddət gözləyər. (S.Əbədiyyə)


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину