Facebook Twitter WhatsApp

Qonaq üçün əlavə zəhmət çəkmək

Sual: Qonağı incitmədən ona necə qulluq etmək lazımdır?

CAVAB

Qonağı nemət bilmək lazımdır. Hər nemətin bir zəhməti, külfəti olduğu da unudulmaması lazımdır. Zəhmətsiz nemət olmaz. Əlbəttə qonağın çətinliyi olar. Tənbəllik etmədən xidmət etmək lazımdır! Yəni, tənbəllik etsək belə bunu əsla qonağa hiss etdirmək olmaz. Ülfətin şərti külfəti tərk etməkdir. Külfəti olmayanın ülfəti artar. Hədisi-şəriflərdə buyuruldu ki:

“Salehlər külfətə girməz və zəhmət verməz.” [Darə Qutni]

“Qonaq üçün əlavə xərcə düşmə, qonaq üzülə bilər. Qonağını üzən Allahu təalanı üzmüş olar.” [İbni Lal]

“Möminin külfəti azdır.” [Beyhəqı]

Külfət: Lüzumundan çox qulluq, xərcə düşmək, zəhmətli iş, çətinlik.

Ülfət: Səmimiyət, dostluq yaxşı dolanmaq.

Qonağa yaxşı rəftar etmək lazımdır. İmam Əvzai, “Qonağa qulluq ona qarşı gülər üzlü və şirin dilli olmaqdır” buyurdu. Evdə olan şeylərə bol-bol qonaq etmək, qonağa verilən çox yeməyi israf saymamaq lazımdır. Allah üçün olan şey çox olsa da israf olmaz. Allah üçün olmayan şey az olsa da israfdır.

Qonağa ye, deyə üç dəfədən çox təklif etməmək lazımdır. Hələ “Allah xatirinə ye” deyə məcbur etməmək lazımdır. Bunlar qonağı incidə bilər.

Həzrəti Əli (radıyallahu anh) buyurur ki:

“Dəvəti ancaq bu üç şərtlə qəbul edirəm:

1- Bir şey almaq üçün bazara gedilməyəcək.

2- Evinizdə olan da əsirgənməyəcək.

3- Mənə görə uşaqlar da ac qalmayacaq”.

Dostların pisi sənin üçün əlavə xərcə düşən, səni üzr istəməyə məcbur qoyandır. (Həzrəti Əli)

Yoldaşlarımdan mənə ən çox ağırlıq verəni mənim üçün külfətə girən və bu surətlə özündən çəkindiyim kimsədir. Tək ikən necə oluramsa, onunla birlikdə olduğum vaxt da davranışımı dəyişdirmədiyim kimsəni isə çox sevirəm. (İmam Cəfəri Sadiq)

İki yoldaşın aralarının açılması gərəksiz zəhmətlər üzündəndir. Ziyarətinə getdiyi yoldaşı gərəksiz bir çox zəhmət verəndə insan bir daha ziyarətinə getməz. (Fudayl ibn İyad)

İki yoldaşdan birinin digərindən çəkinməsi mütləq birinin qüsurundandır. (Cüneydi Bağdadi)

Müxtəlif zəhmətlərə girən yoldaşına ağırlıq vermiş olar. Bu surətlə özündən çəkinirlər. Yalnız ikən necə hərəkət edirsə, yoldaşı varkən də elə hərəkət edən kimsə ilə yoldaşlıq asan olar. Yanımızda ev paltarı ilə dayana bilməyən yoldaş bizdən çəkinir deməkdir. Bu isə səmimi olmamağın əlamətidir.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину