Facebook Twitter WhatsApp

Qadınların salam verməsi

Sual: Tanış olmadığımız qadınlar telefonla və ya dükanımıza girəndə salam verirlər. Bunların salamlarını almaq günahdır?

CAVAB

Günah deyildir. Salam əmniyyət, dinclik, salamat, sağlamlıq, sülh, rahatlıq, qurtuluş kimi mənalara gəlir. Salam vermək, yəni Səlamün aleykum demək, “Mən Müsəlmanam, məndən sənə zərər gəlməz, salamatlıq üzrə ol, Müsəlman olaraq öl” mənalarına da gələn ən gözəl bir duadır.

Bir qadın bir kişiyə, Allah razı olsun deyə bilirsə və ya əksinə, bir kişi bir qadına Allah razı olsun deyə bilirsə, niyə salam verməsin?

Yad birinə salam verəndə və ya Allah razı olsun deyə dua edəndə, qarşıdakı bu məni sevir ki, mənə belə dua edir düşüncəsi gələ bilər. Qarşı cins olanda, fitnə vəziyyəti də varsa, belə dua edilməz. Yad qadına salam vermək və dua etmək kimi ehtiyacsız danışmaq da caiz olmaz. Əgər ehtiyac halında danışılırsa, salam vermək və ya Allah razı olsun demək də caiz olar. “Yadla hər şeyi danış, salama və duaya gələndə bunlar caiz deyildir” deyilməz.

Sabahınız xeyir, salam, hər vaxtınız xeyir demək də salam vermək kimidir. Bunları da yada söyləmək caiz olmaz. Ehtiyac olduğu vaxt bunları söyləmək caiz olanda, salam vermək də caiz olar.

Məcəllənin 39-cu maddəsində, “Zamanın dəyişməsiylə hökmlər dəyişər” qaydasının şərhi belədir: Zamanın dəyişməsi ilə ənənə və adətə aid hökmlər dəyişə bilər. Nassa (ayəti-kərimə və hədisi-şəriflər), dəlilə söykənən hökmlər zamanla dəyişməz. (Dürər-ül-hüqqam)

Namaz, oruc, zəkat kimi hökmlər zamanla dəyişməz, amma, adətə aid hökmlər dəyişə bilər. Məsələn, küçədə tanış olmadığımız bir kimsəyə salam versəniz, “Bu adam məni haradan tanıyır, niyə salam verdi” kimi sizə qəribə baxar. Salamı yaymaq dinimizin əmri ikən, belə vəziyyətlərdə hər kəsə salam verilməz. Dinimizdə bidət əhlinə fasiqlərə salam verilməz. Amma indiki vaxtda bunlar tanış şəxslər isə qarşılaşanda salam verilir. Salam verməzsəniz və ya salam almazsanız, “Bu adam mənə niyə salam vermədi, salamımı niyə almadı” deyə düşünər. Halbuki köhnə dövrlərdə, bir kimsəyə salam verməyəndə o kimsə anlayardı ki, mən bu günahı açıqca işlədiyim üçün mənə Müsəlmanlar salam vermirlər. İndiki vaxtda bunu tətbiq etmək fitnəyə səbəb olar. Lazım olanda kafirə də salam vermək caizdir. 

Bəzi hökmlər Darül-hərb deyilən müsəlman olmayan ölkələrdə fərqlidir. Peyğəmbər əfəndimiz belə ölkələrdə onlardan faiz almağın caiz olduğunu bildirmişdir. Alış-verişə aid fasid hökmlər də caizdir.

Həzrəti Ömər günah işləyən müğənni qadına qamçı ilə vurarkən, qadının başı açıldığında, “Haram işləməyi adət etdiyi üçün hörməti qalmamışdır, ehtiyac qədər saçlarına baxmaq günah olmaz” buyurmuşdur. Əbu Bəkir Bəlhi həzrətləri də dərə kənarında gedərkən başları və qolları açıq qadınlar görür, “Bunların hörmətləri qalmadığı üçün ehtiyac qədər baxmaq günah deyildir” buyurur. İş zərurəti belə qadınlara salam vermək və salamlarını da almaq caizdir.

Çalışmağa məcbur qalan möhtac, kimsəsiz qadınlar işin tələb etdiyi qədər, ayaqlarını və qollarını aça bilər. Kişilərin bunları, iş üçün görmələri, şəhvətsiz baxmaları, verdikləri salamı almaları və onlara salam vermələri caiz olar.

Yuxarıda açıqlanan səbəblərlə bəzi qadağalar mübah hala gəlir. Məsələn, iş yerimizə gələn və ya onların iş yerlərinə getdiyimiz zaman danışmaq məcburiyyətində qaldığımız qadınlara salam vermək, salamlarını almaq günah olmur. Hətta qadın, xoş gəlmisiniz, deyərək əlini uzadarsa, əllə görüşmək belə caiz olur. Halbuki ehtiyacsız bir qadınla əllə görüşmək haramdır. Bu mövzudakı bir neçə hədisi-şərif məali belədir:

“Başından bir şişlə vurulmaq, yad qadına toxunmaqdan daha yüngüldür.” [Beyhəqı]

“Yad qadına şəhvətlə baxmaq göz zinası, ona toxunmaq əl zinasıdır.” [R.Nasıhin]

“Pislik içindəki bir donuza sürtünmək, yad qadına toxunmaqdan yaxşıdır.” [Tabərani]

“Yad qadınla əllə görüşənin əlləri bağlanıb Cəhənnəmə atılar.” [R.Nasıhin]

Dinimizin verdiyi icazələrdən ehtiyac qədər faydalanıb, fitnəyə səbəb olmamaq lazımdır. Fitnə yoxdursa dinin əmri nə isə ona riayət etmək lazımdır.