Sual: İnsanlara zülüm, əziyyət edənlərə və günah işləyərək üsyan edənlərə, bəddua etməyin dinən zərəri vardırmı?
Cavab: Zalımdan başqasına bəddua etmək haramdır. Zalıma da zülmü qədər bəddua etmək caiz olar. Caiz olan bir şeyin miqdarı da, qəbahətin miqdarı qədər olmalıdır. Zalıma da bəddua etməmək, səbir etmək və hətta, əfv etmək daha yaxşıdır. Rəsulullah əfəndimiz bir nəfərin zalıma bəddua etdiyini gördükdə; “İntisar eylədin!” buyurdu. Yəni əfv etsəydi, daha yaxşı olardı. Hədisi-şəriflərdə buyuruldu ki:
“Özünüzə, övladınıza pis dualar etməyin. Allahın qədərinə razı olun. Nemətlərini artdırması üçün dua edin.”
“Ananın, atanın uşağına olan və məzlumun zalıma olan bədduaları rədd olunmaz.”
Tufeyl ibn Amr Dusi həzrətləri özü rəvayət edir: Bir gün “Rəsulullah əfəndimizə gedərək:
-Ya Rəsulallah! Qövmümə bəddua edin. Çünki çox zina edirlər, dedim. Rəsulullah əfəndimiz:
-Allahım, Dusi qövmünə hidayət ver, deyə dua buyurdular və mənə dönərək:
-Yenə qövmünün arasına qayıt, onları İslama dəvət et, buyurdu. Gedib qövmümü İslama dəvətə davam etdim.”
Said ibn Cübeyr həzrətlərinin bir xoruzu var idi. Hər gecə banlayar, onu təhəccüd namazına oyadardı. Bir gecə hər nə oldusa banlamadı və Said ibn Cübeyr həzrətləri təhəccüdə qalxa bilmədi. Sabahı gün bu iş ona çox ağır gəldi və xoruza: “Allahü təala səsini kəssin” dedi. Ondan sonra o xoruz heç vaxt banlamadı. Anası bu vəziyyəti görərək oğlu Said ibn Cübeyr həzrətlərinə: “Əsla heç kimə bəd dua etmə” deyə təmbeh etdi.
В корзине: 0 шт.
на сумму: 0