Facebook Twitter WhatsApp

Oxunacaq dualar

Rəsulullah (səllallahu təala aleyhi və səlləm) buyurdu ki:

“Yunus əleyhissəlam balığın qarnında, “Lə ilahə illə əntə sübhanəkə inni küntü min-əz-zalimin” söyləyərək dua etdi. [Duasını qəbul etdi və qiyamətə qədər bunu oxuyan möminlərin dualarını qəbul edəcəyini bildirdi] Bir Müsəlman bu ayəti-kəriməni oxuyub dua edincə, Allahu təala duası mütləq qəbul edər.” [40 dəfə oxumaq lazımdır.]

Hədisi-şərifdə buyuruldu ki: “Allahu təalanın bir nemət verməsini və bunun davamlı olmasını istəyən, “Lə havlə vələ quvvətə illa billah.” çox oxusun!”

Rəsulullah əfəndimiz qəm və çətinliyi aradan qaldırmaq üçün, “Lə iləhə illallahül azım-ül-halim. Lə ilahə illallahü Rəbbül-Ərş—il-azım. Lə ilahə illallahü Rabbüs-səmavati və Rabbül-ərdı Rabbül Ərş-il-kərim” oxuyardı.

Qorxulu yerlərdə və düşmən qarşısında əmin və rahat olmaq üçün, “Li ilafi” surəsini oxumaq lazımdır. Hər gün və hər gecə heç olmazsa 11 dəfə oxumaq lazımdır.

Arəfə günü 1000 (min) ədəd “İxlas” oxuyanın bütün günahları əfv olar və hər duası qəbul olar. Hamısını Bəsmələ ilə oxumaq lazımdır.

İki Qul-əüzünü çox oxumaq da faydalıdır.

Hədisi-şəriflərdə buyuruldu ki:

“Bir kimsə, qəbiristanlıqdan keçərkən 11 dəfə İxlas surəsini oxuyub savabını meyitlərə hədiyyə edərsə özünə ölülər ədədincə savab verilər.”

“Bir kimsə evindən çıxarkən Ayət-əl-kürsini oxuyarsa, Haqq Təala 70 mələyə əmr edər, o kimsə evinə qayıdana qədər ona dua ilə istiğfar edərlər.”

“Evə girərkən İxlası-Şərifi oxuyan kasıblıq görməz.”

“Bir yerə gələn kimsə, “Əuzu bikəlimatillahi-tammati min şərri ma xaləqa” oxuyarsa, o yerdən qalxana qədə, ona heç bir şey zərər, pislik etməz.”

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину