Facebook Twitter WhatsApp

Bəzi duaların mənaları

Səhər-axşam 100 dəfə oxunarsa bütün günahların bağışlanacağı təsbeh:
“Sübhanallahi və bi-hamdihi, sübhanallahil azim”
Mənası: 
Kamal sifətlərlə müttəsif və nöqsan sifətlərdən uzaq olan Allahı həmd ilə təsbeh edirəm.

Namazda təsbehləri çəkdikdən sonra əlləri duaya qaldırarkən oxunarsa günahların əfv ediləcəyi dua:
“La ilahə illallahü vəhdəhü la şerikə ləh ləhülmülkü və ləhülhamdü və hüvə ala külli şəy’in qadir” 
Mənası: 
Allahdan başqa ilah yoxdur. İbadətə layiq yalnız Allahdır, O birdir, ortağı yoxdur, kainat Onun mülküdür, həmd Ona məxsusdur, O hər şeyə qadirdir.

Sıxıntılardan qurtulmaq üçün oxunan kəliməi təmcid:
“La havlə vəla qüvvətə illa billahilaliyyilazım” 
Mənası:
Allahdan başqa güc qüvvət sahibi yoxdur. Hər şeyə güc və qüvvət verən ancaq zatı və sübuti sifətlərın sahibi uca Allahdır.

Qorxu və bəlalardan qurtulmaq üçün səhər-axşam üç dəfə oxunan dua: 
“Bismilləhilləzi la yədurru məasmihi şəy ün fil ardı və lə fissəməi və hüvəs-səmi ul alim” 
Mənası: 
Allahın uca adına sığınana yerdə və göydə heç bir şey zərər verə bilməz. O, hər şeyi eşidir və bilir.
Nəzərdən və hər cür zərərdən qorunmaq üçün oxunan dua:
“Əuzü bikəlimatillahittammati min şərri mə xaləqa” 
Mənası: 
Bütün canlıların şərindən Allahın qüsursuz kəlamlarına [ayələrinə,yəni Qurana] sığınıram. [Əlbəttə ki ayələrində gizli açıq hər cür elm,hər cür ehsan, hər cür tədbir vardır.] 

Nəzər dəyənə oxunacaq dua:
“Əuzü bi-kəlimətillahittamməti min şərri külli şeytanin və hammətin və min şərri külli aynin lammətin” [Bu dua hər səhər və axşam üç dəfə oxunub öz üzərinə və ya xəstənin üzərinə üfülənərsə, göz dəyməsindən, şeytanların və heyvanların zərərindən qoruyar.]
Mənası: 
Şeytanların, həşəratın və kəm gözlərin şərindən Allahın qüsursuz kəlamlarına [ayələrinə,yəni Qurana] sığınıram.

[Əlbəttə ki, ayələrində gizli-açıq hər cür elm, hər cür ehsan, hər cür tədbir vardır.] 

Günahları əfv etdirən ən qiymətli təsbeh:
“Sübhanallahi vəlhamdü lillahi və la ilahə illallahü vəllahü əkbər”

Mənası:

Allahı həmd və təsbeh edirəm. Allahdan başqa ilah yoxdur və ənböyük olan Odur. 
Səhər axşam oxunması lazım olan istiğfar:
“Allahümmə əntə rabbi la ilahə illa əntə xalaqtəni və ənə abdükə və ənə ala ahdikə və vədikə məstətatü əuzü bikə min şərri masənətü əbuü ləkə bi-nimətikə aləyyə və əbuü bi zənbi fağfirlizünubi fəinnehü la yağfirüzzünübə illa əntə. La ilahə illa əntəsübhanəkə inni küntü minəz zalimin” [Bunu səhər oxuyan axşama qədər, axşam oxuyan səhərə qədər ölərsə şəhid olar.]
Mənası: 
Allahım, sən mənim rəbbimsən, səndən başqa məbud yoxdur, ancaq Sən varsan, məni yoxdan yaradan Sənsən və mən Sənin qulunam,gücüm çatdığı qədər Sənə  verdiyim əhdimdə və sözümdə dururam,etdiyim pis işlərin şərindən Sənə sığınıram, mənə  verdiyin nemətlərinivə günahlarımı da Sənə etiraf edirəm, mənim günahlarımı bağışla,çünki Səndən başqa bağışlayıcı yoxdur. Səndən başqa heç bir ilah yoxdur, Səni bütün nöqsanlardan tənzih edirəm. Həqiqətən mən nəfsimə haqsızlıq edənlərdənəm.

Dində səbat edib son nəfəsdə iman ilə ölmək üçün:

(Allahümmə, ya mukallibəl kulüb, səbbit qalbi, ala dinik)

Mənası:

Ey böyük Allahım, qəlbləri yaxşıdan pisə, pisdən yaxşıya çevirən,ancaq Sənsən. Qəlbimi, dininde sabit qıl, dinindən döndərmə,Müsəlmanlıqdan ayırma!

Təcdidi iman və nigah duası:
(Allahümmə inni üridü ən ücəddidəl-imənə vən-nikahə təcdidənbikavli la ilahə illallah Muhammədün Rasulullah) 
Mənası: 
Ya Rəbbi, la ilahə illallah Muhammədün Rasulullah deyərəkimanımı və nikahımı təzələyirəm. Səhər və axşam oxunan iman duası:(Allahümmə inni əuzü bikə min ən üşrikə bikə şəy-ən və ənəaləmü və əstəğfirü-kə li-ma la-aləmü innəkə əntə allamül-quyub) 
Mənası: 
Allahım bilərək şirk qoşmaqdan Sənə sığınıram.Bilməyərək qoşdumsa məni bağışla,Sən hər şeyi bilirsən. 
Süfrə duası:
(Əl-hamdü-lilləhilləzi əşbəana və ərvana min-qayrı-havlin minnavə la quvvəh. Allahümmə at'imhüm kəma at'amuna.Allahümmərzukna kalmən takıyyən, minəşşirki bəriyyen lakafirən və şakıyyən vəlhamdülillahi rabbilaləmin)
Mənası: 
Bizim gücümüz, qüvvətimiz olmadan, bizi nemətləri ilə doyuran vəsusuzluğumuzu götürən Allahü təalaya həmd olsun. Ya Rəbbi, bizə buyeməyin hazırlanmasında zəhmət çəkən və bizə bu nemətləriverənlərə sən də ehsan et. Ya rəbbi, bizim qəlbimizi şirk vəpisliklərdən qoru. Bizlərə, dinimizin əmrlərini dinləyən bir qəlb nəsibet. 
Şükür duası: 
“Allahümmə mə əsbaha bi min nimətin əv bi-əhadin min halqıkə,fə minkə vəhdəkə, lə şərikə ləkə, fə ləkəl hamdü və ləkəşşükür” 
Mənası: 
Ya Rəbbi, mənə və digər yaratdıqlarına verdiyin maddi və mənəvinemətlərin səhərə (axşama) qədər bizim yanımızda qalması yalnız Səndəndir. Sənin ortağın yoxdur.Sənə həmd və şükr edirik.
[Axşam oxuyarkən “Mə əsbaha” yerinə “Mə əmsa” deməlidir.]
Salavat: [Ən qısası] 
Allahümmə salli ala Muhamməd və ala əli Muhamməd:
Mənası: 
Allahım Muhamməd əleyhissalama və Onun alinə səlatü salam olsun.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину