Facebook Twitter WhatsApp

İstixarə necə edilir

Sual: İstixarə nədir və istixarə namazı necə qılınır?
CAVAB
İstixarə, bir işin xeyirli olub-olmadığını anlamaq üçün dəstəmaz alıb iki rükət namaz qıldıqdan sonra bu xüsusdakı duanı oxuyaraq o işlə bağlı yuxu görmək məqsədilə yatmaqdır.


İmam Qazali həzrətləri buyurur ki:

Dörd şeyi edən insan dörd şeydən məhrum qalmaz:
1- Şükr edən, nemətin artmasından,
2- Tövbə edən, qəbulundan,
3- İstixarə edən, xeyirdən,
4- İstişarə edən, doğrunu tapmaqdan, həqiqətə çatmaqdan məhrum olmaz.

Hər hansı bir işə başlayarkən, məsələn, evlənərkən, ev alarkən istixarə etmək yaxşıdır. Hədisi-şərifdə buyuruldu ki:
“Xoşbəxtlik, istixarə namazı qılmaqla həyata keçir.” [Hakim]

Müsəlman, evlənmədən əvvəl, bir neçə dəfə istixarə etməli, Haqq təalaya sığınmalıdır. Nəfsin və pis adamların araya girməməsi üçün yalvarmalıdır. Saleh, güvənilən insanlarla istişarədən sonra, istixarə etməlidir.


Bir işə başlayacağınız və ya bir şeydən qurtulmaq istədiyiniz zaman, iki rükət nafilə namaz qılıb [aşağıda bildirilən ərəbcə duanı oxuyaraq] “Əgər bu işim [Məsələn, filankəslə evlənməyim və ya bu evi almaq] dünya və axirətim üçün xeyirlidirsə, bunu mənə mübarək eylə. Əgər mənimçün xeyirli deyildirsə, onu məndən uzaqlaşdır və xeyirli olanı mənə asanlaşdır. Məni qismətimə riza göstərənlərdən eylə, Ya Ərhamərrahimin” demək lazımdır.

Əvvəlcə günahlardan tövbə edilir. Tövbə üçün qısaca, “Ya Rəbb! Həddi büluğumdan indiyə qədər etdiyim günahlara peşman oldum. Bundan sonra da, inşəallah heç vaxt günah iş görməməyə söz verirəm” deyilir. Sonra qüsl alınır. Qüsuldan sonra, o gecə “İstixarəyə niyyət etdim” deyərək iki rükət nafilə namaz qılınır. İlk rükətdə, Sübhanəkə və Fatihədən sonra, Kafirun, ikinci rükətdə Fatihədən sonra İxlas oxunur. İstixarə namazı bitdikdən sonra bu dua oxunur:

“Allahümmə inni əstəxırükə bi-ılmikə və əstəqdirükə bi-qudratikə və əs-əlükə min fədlikəl azımi fə innəkə taqdirü və lə aqdirü və təa-ləmü və lə əa-ləmü və əntə alləmül-ğuyüb.

Bu şəkildə istixarəyə yeddi gecə davam edilir. [Gündüz də istixarəyə yatmaq caizdir.] Qüsl sadəcə ilk gün alınır. Digər günlər qüslə ehtiyac yoxdur.


İstixarəni başqasına etdirmək olmaz. İstixarəni hər kəs özü etməlidir. İstixarə etməyi öyrənməli, bu sünnəti özümüz ifa etməliyik. Bədənlə edilən ibadətləri başqasına etdirmək caiz deyildir.

İstixarə namazını qılıb duasını etdikdən sonra heç kimlə danışmadan yatmaq lazımdır. Ehtiyac olarsa danışmaq olar. Əslində həmişə, yatsı namazını qıldıqdan sonra, ehtiyac olmadıqca danışmamaq müstəhəbdir, yaxşıdır.

İstixarədən sonra, dəstəmazlı, qibləyə çevrilib uzanmaq lazımdır. Yuxu görülsə də, görülməsə də 7 gün istixarəyə davam edilir. Yuxuda bəyaz və ya yaşıl görmək xeyrə, qara və ya qırmızı görmək şərə əlamətdir. Əgər, yuxuda bir şey görülməzsə, qəlbin halına baxılır. O işi etmək arzu, həvəsi varsa, o işə qərar verilir. Qərar verə bilməyən, daha bir neçə dəfə istixarə etməlidir.

Hər iş üçün istixarə etmək sünnətdir və mübarəkdir. Ancaq istixarə etdikdən sonra, o işin görülüb və ya görülməməsini göstərən bir şeyin, yuxuda, yaxud oyaq halda görünməsi şərt deyil. İstixarədən sonra, qəlbə baxmaq lazımdır. O işi etmək arzusu, əvvəlkindən daha çox oldusa, o işi etməyi göstərir. Əgər arzu çoxalmamış və əvvəlkindən daha da azalmamışsa, yenə qadağan deyil. Belə olduqda, o işi etmək arzusu artana qədər, istixarələri təkrarlamaq lazımdır. İstixarələr yeddi dəfəyə qədər təkrar olunur. İstixarədən sonra, o işi etmək arzusunun azaldığı anlaşılarsa, o işi etməməyi göstərir. Bu halda da, istixarələri təkrarlamaq olar, hətta necə olursa-olsun, istixarələri hər zaman təkrarlamaq, daha uyğun və daha yaxşı olar. O işi görmək və ya görməməkdə ehtiyatlı davranmış olarıq.

Başqa bir istixarə
Bir muradı olan kimsə, dəstəmaz alıb, təmiz bir yerə oturub, üç dəfə salavatı-şərifə, sonra hər birinə Bəsmələ çəkərək on Fatihə, sonra 11 İxlas, sonra üç dəfə salavat oxumalıdır. Sonra sağ yanı üstünə, üzü qibləyə qarşı və sağ əlini sağ yanağının altına qoyaraq uzanıb, niyyət etdiyi şeyin yaxşı və ya pis olacağını bi-iznillah yuxuda görər. (Fətavai-Karıül-hidayə)


İstixarəyə əməl etmək
Sual:
 İstixarə etdikdə, yuxuda gördüyümüzə əməl etməliyikmi?

CAVAB
İstixarə, bir işin bizim üçün xeyirli olub-olmadığını anlamaq üçün edilir. Buna görə də şərtlərinə uyğun edilibsə, əməl etmək lazımdır. İki hədisi-şərif məalı:

“İstixarə etmək və taleyinə riza göstərmək insanın xoşbəxt olacağına, bunun əksi isə, insanın bədbəxt olacağına əlamətdir.” [Tirmizi]

“İstixarə edən insan məhrum qalmaz, istişarə edən peşman olmaz. Qənaət edən, darlıq çəkməz.” [Tabərani]

İstixarəyə yatarkən
Sual:
 İstixarə üçün yatarkən qadınlar ərlərindən ayrımı yatmalıdırlar?

CAVAB
Xeyr, ehtiyac yoxdur.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину