Sual: Əuzü və Bəsmələnin mənası nədir?
CAVAB
Əuzübillahiminəşşeytanirracim demək, Allahın rəhmətindən uzaq olan və qəzəbinə məruz qalaraq dünyada və axirətdə həlak olan şeytandan Allahü təalaya sığınıram, qorunuram, yardım gözləyirəm. Ona səslənir, fəryad edirəm deməkdir.
Bismillahirrahmanirrahim demək isə, hər var olana, onu yaratmaqla və varlıqda saxlamaqla, yox olmaqdan qorumaqla yaxşılıq etmiş olan Allahü təalanın yardımı ilə bu işimi edə bilirəm deməkdir.
Bəsmələnin fəziləti
Sual: Bəsmələnin fəziləti nədir?
CAVAB
İlk yazılan Bəsmələdir. Adəm əleyhissalama ilk gələn Bəsmələdir. Möminlər Bəsmələnin köməyilə Siratdan geçəcək. Cənnət dəvətnaməsinin imzası Bəsmələdir.
Hədisi şəriflərdə buyuruldu ki:
“Müəllim uşağa Bəsmələ oxusa, uşaq da təkrar etdikdə, Allahü təala uşağın, anasının, atasının və müəlliminin Cəhənnəmə girməməsi üçün sənəd yazdırar.” [S. Əbədiyyə]
“Qurani-kərimin açarı Bəsmələdir”. [S. Əbədiyyə]
“Bəsmələ hər kitabın açarıdır.” [Xətîb]
“Bəsmələylə yeyilən yemək bərəkətli olar.” [İbni Macə]
“Bəsmələylə başlanmayan hər vacib iş nöqsanlı olar”. [Beyhəqı]
“Evə girərkən Bəsmələ çəkilərsə, şeytan, “Bu evə girməyimə imkan yoxdur” deyib, geri dönər”. [Tibyan]
“Əməl dəftərində 700 Bəsmələ olan müsəlmanı Allahü təala Cəhənnəmdən çıxarar”. [Tərgib-us-salat]
“Bəsmələylə yazı yazanın hacəti asan olar, Allahü təala da razı olar”. [Deyləmi]
“Bəsmələylə işə başlayanın günahları bağışlanar”. [İ. Rafii]
“Yeməyi Bəsmələylə yeyib, bitirdikdən sonra Əlhamdülillah deyənin, daha süfrə yığışdırılmadan günahları bağışlanar”. [Tabəranî]
“Sıxıntıya düşən, “Bismillahirrahmanirrahim və la havlə və la qüvvətə illa billahil aliyyil azim” deyərsə, hər cür sıxıntıdan qurtular.” [Deyləmi]
“Min dəfə Bəsmələ oxuyanın dörd min böyük günahı bağışlanar.” [Tərgib-us-salat]
“Bəsmələ yazılı bir kağızı yerdən qaldıran, siddiqlərdən yazılar.” [Tərgib-us-salat]
“Bəsmələsiz ətir vuran, şeytanlara da ətir vurmuş olar.” [İbni Sünni]
“Şeytandan qorunmaq üçün, yeməyə Bəsmələylə başlayın!” [Tabəranî]
“Su içərkən Bəsmələ çəkib, bitirdikdə də Əlhamdülillah deyib , üç nəfəstə için!” [İbni Sünni]
“Yeməyə başlayarkən Allahü təalanın adını anın, yəni Bəsmələ çəkin! Əvvəlində Bəsmələ çəkməyi unudan, xatırladığı vaxt, “Bismillahi ala əvvəlihi və axirihi” desin!” [Əbu Davud, Tirmizi, Hakim]
“Yeməyə başlayan kimsə, Bismillahi desin. Bismillah deməyi unudarsa xatırladıqda, “Bismillahi əvvəlihi və axirihi” desin.” [İbni Macə]
“Şeytandan qorunmaq üçün yemək yeyərkən, istirahət edərkən və gecə yatarkən Bəsmələ çəkin!” [Tabəranî]
“Vanna otağına girərkən çəkilən Bəsmələ, cinlərin gözünə pərdə olar, övrət yerini görə bilməzlər.” [Tirmizî]
“Qapısını Bəsmələylə bağlayan şeytandan qorunar. Bir çubuqla da olsa qabların üzərini Bəsmələylə örtün!” [İ. Hibban]
“Şeytan Bəsmələ çəkilməmiş yeməyi özünə halal görür.” [Müslim]
“Şeytandan qorunmaq üçün evə girərkən salam verin və yeməyi Bəsmələylə yeyin!” [Tabəranî]
“Evə girərkən Bəsmələ çəkilərsə, şeytan, “Bu evə girməyimə imkan yoxdur” deyib, geri dönər.” [Tibyan]
“Evdən çıxarkən “Bismillahi, təvəkkəltü aləllah, la havlə və la qüvvətə illa billah” deyən, təhlükələrdən qorunar və şeytan ondan uzaqlaşar.” [Tirmizi]
“Ya Rəsulallah, çox yeyirik, amma doymuruq, yeməyin bərəkəti olmur” dedilər. Rəsulullah, “Yemək ayrı deyil birlikdə yeyilərsə, Bəsmələ çəkilərsə, bərəkətli olar”. buyurdu. (İbni Macə)
Rəsulullah əfəndimiz Bəsmələ çəkib suyu üç nəfəsdə içər, bitirdikdə Əlhamdülillah deyərdi. (İ. Sünnî)
Sual: İşə başlayarkən qısaca Bəsmələ oxumaq kifayətdirmi?
CAVAB
Bəsmələ oxumaq, “Bismillahirrahmanirrahim” demək kifayət edər.
Bəsmələ ilə başlanılan iş bitdikdə də, “Əlhamdülillah” deməli, yəni Allahü təalaya şükr edilməlidir!
İbrahim surəsinin, “Əgər şükr etsəniz, əlbəttə nemətimi artıraram” məalindəki 7-ci ayəti kəriməsi ilə “Az-çox bir nemətə çatan “Əlhamdülillah” deyərsə, Allahü təala o kimsəyə bu nemətdən daha yaxşısını verər” və “Yeyib-içdikdən sonra “Əlhamdülillah” deyəndən Allahü təala razı olur” hədisi-şərifləri nemətə şükr edilərsə, həm əldəki nemətin getməsindən qurtulacağını, həm də yeni nemətlərin ələ keçməsinə səbəb olacağını bildirməktədir. (T.Qafilin)
Bəsmələylə başlamaq
Sual: Hər xeyirli işə Bəsmələylə başlamaq lazım olduğuna görə məktublara, maillərə də Bəsmələylə başlamaq lazımdır?
CAVAB
Bəsmələni İslam hərfləriylə yazmaq lazımdır. Ancaq Bəsmələ müasir məktubların yerlərə atıla biləcəyi ehtimalı olduğu üçün məktublara yazmamaq daha uyğundur. Maillərdə və məktublarda İslam hərfləriylə yazılı şəklini Latın hərfləriylə qarışıq yazılmamalıdır. İslam hərfləriylə yazılı olub əldən götürüləcək məktublara və yenə İslam hərfləriylə yazılan maillərə Bəsmələylə başlamaq sünnətdir. Böyük İslam alimi Dost Muhamməd Kandihari Həzrətləri 29-cu məktubunda buyurur ki:
Peyğəmbər əfəndimiz məktubların əvvəlinə Bismillahirrahmanirrahim yazardı. Məsələn, Dıhyəyi-Kəlbinin vasitəçiliyi ilə Bizans hökmdarı Herakliusa göndərdiyi məktuba Bəsmələylə başlamışdı. Kafirə belə yazılan məktuba Bəsmələylə başlamaq sünnətdir. Hudeybiyyə sülhündə Həzrəti Əliyə Bəsmələ yazmasını əmr etmişdi.
Hər xeyirli işə Bəsmələylə başlamaq lazımdır.
В корзине: 0 шт.
на сумму: 0