Sual: Qurani-kərim oxunduqdan sonra bütün Müsəlmanlar deyilərkən, hamısına eyni savab getdiyinə görə filan şəxsə, filan övliyaya deyə adının çəkilməsinin faydası nədir?
CAVAB
Peyğəmbər əfəndimizin ruhuna göndərmək duanın qəbulu üçün şərtdir. Ad ilə bildirilərsə, “Filankəs tərəfindən göndərilmişdir” deyə vəfat edən o şəxsə bildirilir. O da, göndərənə təvəccüh edər. Göndərən kəs qəflətdə deyildirsə, ruhundan o anda istifadə edər, feyz alar. Ad ilə bildirilməzsə, savab yenə hər kəsə paylanır, amma kimin göndərdiyi bildirilməz. “Bir Müsəlmandan hədiyyədir” deyilir. Ad bildirilərsə, məsələn; “Əli Əfəndi, sizə oxuduğu Qurani-kərimin savabını göndərdi” deyilir. Yəni, o şəxs, kimin göndərdiyini ismən bilmiş olur.
В корзине: 0 шт.
на сумму: 0