Facebook Twitter WhatsApp

İstiğfar və Təvhid duası

   [Bir çox ayəti-kərimədə, Məni çox zikr edinİza caə surəsində, “Mənə istiğfar edin. Dualarınızı qəbul edər, günahlarınızı əfv edərəm” buyuruldu. Görünür ki, Allahü təala çox istiğfar edilməsini (bağışlanma istəmək) əmr edir. Bunun üçün Muhamməd Masum həzrətləri ikinci cild, 80-cı məktubunda, “Bu əmrə tabe olaraq hər namazdan sonra üç dəfə istiğfar duası oxuyuram və 67 dəfə Əstağfirullah deyirəm. İstiğfar duası, “Əstağfirullahəlazim əlləzi la ilahə illa hüv əl hayyəl qayyumə və ətübü iləyh”dir. Siz də bunu çox oxuyun! Hər birini söyləyərkən mənasını, Məni əfv et Allahım kimi düşünməlidir. Oxuyanı və yanındakıları dərdlərdən, çətinlikərdən qurtarar. Çox kimsə oxudu. Faydası həmişə görüldü”-buyurdu.] [Yatarkən ya Allah, ya Allah və üç dəfə Əstağfirullah min külli ma kərihallah” deməli və yatana qədər, təkrar etməlidir.]

  Seyx-ül-islam Əhməd Namiki Cami h.536, m.1142-ci ildə vəfat etdi. “Miftah-ün-nəcat” kitabında buyurur ki, bir kimsə tövbə və istiğfar edər və şərtlərini yerinə gətirərsə, hər keçdiyi küçə və hər oturduğu yer iftixar edər. Ay, günəş, ulduzlar onun üçün dua edər. Qəbri Cənnət bağçası olar. Bu cür tövbə nəsib olmayan adam bu cür tövbə edənlərlə birlikdə olmalıdır. Hədisi-şərifdə “İbadətlərin ən qiymətlisi, övliyanı sevməkdir” buyuruldu və “Tövbə və istiğfar edənin bütün günahları əfv olar” buyuruldu. [Tövbə qəlb ilə olur. İstiğfar söyləməklə olur.]

TƏVHİD DUASI

   Ya Allahü, ya Allahü. Lə iləhə illəllahü Muhammədün Rəsulullah. Ya Rahman, ya Rahım, ya afüvvü ya Kərim, fafü anni vərhamni ya ərhamərrahimin! Təvəffənni müslimən və əlhikni bissalehin. Allahümməğfirli və li-abai və ümməhati və li aba-i və ümməhat-i zəvcəti və li-əcdadi və cəddati və li-əbnai və bənati və li-ihvəti və əhavati və li-amami və ammati və li-ahvali və halati və li-üstazi Abdülhakim-i Arvasi və li kaffətil mömininə vəl-möminat. “Rahmətullahi Təala aləyhim əcmain.”


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину