Sual: Bəziləri, “Vəfat etmiş insanın əməl dəftəri bağlandığına görə onun üçün dua etmək, sədəqə vermək, qurban kəsmək, Fatiha oxumaq və ya dua etmək faydasızdır”, deyirlər.
İnsan öldükdə əməl dəftəri bağlanırmı?
CAVAB
Hər gün dinin bir əmrini tənqid edərək, sorğulayaraq müsəlmanları dinimizdən soyutmağa çalışırlar. Bir insan öldükdə əməl dəftəri bağlanmaz.Yəni, ona savab göndərilməzsə savab ala bilməz. Göndərən olarsa alar. Bir hədisi-şərifdə buyuruldu ki:
“Bir mömin vəfat etdikdə hər əməli kəsilir. Ancaq üç əməlinin savabı əməl dəftərinə yazılmağa davam edər. Bunlar, sədəqəyi-cariyələrinin, faydalı kitablarının savabı və saleh uşaqlarının onun üçün etdikləri dua və istiğfarların savablarıdır.” [Əbuşşeyx]
Bu hədisi-şərif əməl dəftərinin bağlanmadığını göstərir. Burada bildirilən üç əməl nədir?
Sədəqəyi-cariyə davam edən xeyir-həsənət deməkdir. Məscid, bulaq, yol salmaq, ağaç əkmək, məktəb tikdirmək, su kanalları çəkmək kimi insanlara faydası toxunan bütün işlərdir. Bunlar isə sayılmayacaq qədər çoxdur.
Faydalı əsər qoyub getmək dinimizə, dünyamıza faydalı olan hər əsər buna daxildir. Fiqh kitabı, təfsir kitabı, elmihal kitabı, tibb kitabı, fizika, kimya kitabı faydalı kitablardandır. Kasetlər, CD-lər, filmlər faydalı olmaq şərti ilə hamısı sədəqəyi-cariyə hökmündədir. Faydalı bir radio, faydalı televiziya, faydalı qəzet, faydalı jurnal, faydalı bir internet saytı kimi hər növ yayım, sədəqəyi-cariyəyə daxildir.
Saleh uşaqların duası və istiğfarları hərəsi bir sədəqəyi-cariyədir. Yəni, ana-atanın dəftərinə davamlı savab yazılmasına səbəb olurlar. Uşaqlar ölmüş ana-ataları üçün qurban kəsərsə, Fatiha oxuyarsa, sədəqə verərsə, yemək yedirərsə, yaxud dua edərsə, ana-atasının günahları əfv olar, əməl dəftərlərinə savab yazılar. Məsələn; İbrahim əleyhissalam, “Ey Rəbbimiz, [Qiyamətdə] hesaba çəkildiyi gün, məni, ana-atamı və bütün möminləri məğfirət et” deyə dua etmişdir. (İbrahim 41)
Bu ayəti-kərimədə bir möminin duası ilə digər möminlərin günahları əfv edilməsi üçün belə dua edilməsi əmr edilmişdir. Duanın fəziləti haqqındakı hədisi-şəriflərdən bir neçəsi belədir:
“Dua, ibadətdir.” [Tirmizi, Nəsai]
“Ölmüş ana-atan üçün dua və istiğfar et!” [İbni Macə]
“Dirilərin də ölülərə hədiyyəsi onlar üçün dua və istiğfar etməkdir.” [Deyləmi]
“Dəfn edilən qardaşınız indi sorğuya çəkilir, ona dua edin!” [Əbu Davud]
“Cənazə namazında üç cərgə camaat olan mömin Cənnətə girər.” [Tirmizi]
“Qırx müsəlman bir möminin cənazəsində olub onun əfvi üçün dua edərlərsə, duaları qəbul olar.” [Müslim]
Ölü üçün dua edilir, Qurani-kərim oxunur, sədəqə verilir. Sadəcə onlar üçün namaz qılınmaz və oruç tutulmaz; ancaq onların savabları bağışlanar. Tahtavi haşiyəsində buyurulur ki:
“Bir insanın qəza edə bilmədiyi namazlarının isqatının olunması üçün bütün alimlərin söz birliyi vardır. Namazın iskatı olmaz demək çox yalnışdır. Çünki bu xüsusda məzhəblərin icması vardır. [Nəsaidəki] hədisi-şərifdə “Bir insan başqasının yerinə oruc tuta bilməz və namaz qıla bilməz. Amma onun orucu və namazı üçün kasıb doyura bilər” buyuruldu.” [s.356]
Neməti-İslamdakı bu hədisi-şərif Dürərdə də mövcuddur.
Oruc, namaz, sədəqə və digər ibadətlərin savabını başqalarına bağışlamaq caizdir. (Hidayə)
Tatarxaniyyə fətva kitabında “Sədəqə verən insan savabının bütün möminlərə verilməsi üçün niyyət edərsə, öz savabından heç azalmadan bütün möminlərə də savabı çatır. Əhli-sünnət məzhəbi belədir”, buyuruldu. (Rədd-ül-muxtar)
Ölüyə savab-günah yazılması
Ölənin əməli kəsilir, amma yaxşı və ya pis cığır açanların, sədəqəyi-cariyə qoyub gedənlərin əməli kəsilməz. Hədisi-şəriflərdə buyuruldu ki:
“Yaxşı işə vəsilə olan, həyatında da, öldükdən sonra da o işi edənlər qədər savab qazanır. Pis işə səbəb olana da bu iş tərk edilincəyə qədər bunun günahı yazılır.” [Tabərani]
“Mömin öldükdən sonra yeddi əməlinin savabı qəbrində də dəftərinə yazılır. Bunlar: Elm öyrətmək, bulaq çəkmək, su quyusu qazmaq, meyvə ağacı əkmək, məscid tikdirmək, özündən sonra Mushaf qoymaq, ölümdən sonra özü üçün istiğfar edəcək saleh övlad qoyub getməkdir.” [Əbu Davud]
“Ana-atası vəfat etdikdən sonra onlar adına həcc edənə Cəhənnəmdən azadlıq yazılır və onların əcrindən bir nöqsanlıq olmadan tam bir həcc savabı verilir.” [Beyhəqı]
Qurani-kərimdə də bu xüsus bildirilmişdir: “İnsanları azdıranlar öz günahlarına yükləndikləri kimi azdırdıqları insanların günahlarından bir qisminə də yüklənirlər”. (Nəhl 25)
Yuxarıdakı ifadələrdən aydın olduğu kimi ölənlərin əməli kəsildiyi halda sağlığında yaxşı və ya pis bir əsər qoyanların əməlləri kəsilmir. Saleh övlad qoyanların da kəsilmir. Saleh övlad ana-atasına dua edər, onlar üçün sədəqə verər, qurban kəsər. Bu savablar ölən adamın əməl dəftərinə yazılır. Heç kimsəsi olmayan günahkar ölülərin halları çətindir. Bir hədisi-şərifdə buyuruldu ki:
“Ölünün məzardakı halı imdad deyə bağıran, dənizə düşmüş adama bənzəyər. Boğularkən onu xilas edəcək birini gözlədiyi kimi, ölü də ana-atasından, qardaşından, dostundan gələcək bir dua gözləyir. Ona bir dua gəldikdə dünyaya və dünyada olanların hamısına qovuşmaqdan daha çox sevinər. Allahü təala yaşayanların duaları səbəbi ilə ölülərə dağlar qədər çoxlu rəhmət verir. Dirilərin ölülərə hədiyyəsi onlar üçün dua və istiğfar etməkdir.” [Deyləmi]
Bu vəziyyəti yaxşı bilən Məzhəri Canı Canan həzrətləri bir qəbrin yanında oturmuşdu. “Bu məzarda Cəhənnəm atəşi var. Hədisi-şərifdə, “Özü üçün və ya başqa müsəlman üçün 70 min kəlimeyi-tövhid oxuyanın günahları əfv olur” buyurulur. Ruhuna “Xətmi təhlil” savabı bağışlayacağam. İnşallah əfv olar” buyurdu. Xətmi təhlilin savabını bağışladıqdan sonra, “Əlhamdulillah bu günahkar qadın Kəlimeyi-təhlil sayəsində əzabdan qurtuldu” buyurdu. (Məqamatı Məzhəriyyə)
Heç kim etdiyi pisliyin günahını başqasına verə bilməz. Ancaq mömin ibadətlərinin savabını ölü-diri hər kəsə hədiyyə edə bilər. Öz savabından da heç əksilmə olmaz. (Hidayə)
Müsəlman ölülər üçün dua etmək, Quran oxumaq çox faydalıdır. Bir hədisi-şərifdə, “Ölülərinizə [Müsəlman ölülərə] Yasin oxuyun” buyuruldu. (İ.Əhməd)
Ənəs ibn Malik həzrətləri bildirir: Bir cənazə pisləndikdə Rəsuli əkrəm, “O cəzaya layiq oldu” buyurdu. Başqa bir cənazəni də təriflədilər, “Ona da yaxşılıq vacib oldu. Bunu təriflədiniz Cənnətə, o birini pislədiniz Cəhənnəmə layiq oldu. Sizlər yer üzündə Allahın şahidlərisiniz” buyurdu. (Buxari) [Sizlər demək salehlərdir. Fasiqlər, qeyri-müsəlmanlar Allahın şahidləri deyildir. Onların sözləri ilə bir adam Cənnətə və ya Cəhənnəmə layiq ola bilməz. Salehlərin şahidliyi Allah dərgahında məqbuldur.
Bu da, ümməti Muhammədin üstünlüyünü göstərir. Bir ayə məalı:
“Siz ən xeyirlı ümmətsiniz.” [Ali İmran 110]
Sual: Bir nəfər fərz və ya nafilə bir ibadətini ölü, diri başqasına bağışlaya bilərmi? Və ya ödənişlə ibadət edilə bilərmi?
CAVAB
Fərz olsun, nafilə olsun hər hansı bir ibadəti edərkən və ya etdikdən sonra savabını ölü, diri hər kəsə hədiyyə edilə bilər. Namaz, oruc, həcc, ümrə, sədəqə, Qurani-kərim oxumaq, övliyanın qəbrini ziyarət, qurban, zikr kimi ibadətlərin savabları başqasına hədiyyə edilə bilər.
Hədiyyə edənin öz savabından heç azalmadan bütün möminlərə də savabı çatır. Yəni savab hədiyyə edilən kəslərə bölüşdürülmədən, hər birinə eyni sayda çatır. [Günümüzdə e-mail göndərmə işi buna bənzəyir. Eyni e-maili minlərlə adama göndərə bilirik hamısına eynisi çatır, əsli isə yenə qalır.]
İbni Ömər həzrətləri Peyğəmbər əfəndimiz üçün ümrə etmiş, İbn-is Sərrac Rəsulullah əfəndimiz üçün on min xətm oxumuş, mübarək ruhu üçün qurban kəsmişdir.
Ödənişlə ibadət etdirmək və ya ibadətin savabını başqasına satmaq batildir. İbadəti etmədən bazarlıq edilərsə, ödəniş sayılır. Etdikdən sonra bazarlıq edilərsə, ibadəti satmaq deməkdir.
Sual: Kəndimizə kiçik bir bulaq çəkdirmişdim. İndi onu söküb böyük bir bulaq salacaqlar. Bulaq dağıldıqdan sonra mənim savabım kəsiləcəkmi?
CAVAB
Xeyr, sizin savabınız da davam edəcək.
Sual: Qədim məscidin yerinə yenisi tikilsə köhnəsinin savabı kəsilərmi?
CAVAB
Kəsilməz, köhnəsinin savabı da davam edər.
В корзине: 0 шт.
на сумму: 0