Facebook Twitter WhatsApp

Dua hədər olmaz    

Sual: Allahü təala, Mömin surəsinin 60 cı ayəsində, Dua edinqəbul edim buyurur. Amma mənim dualarım həmişə hədər olur, qəbul olmur. Bunun səbəbi nədir?
CAVAB
Xeyr, dua hədər olmaz. İki hədisi şərif məali də belədir: 

Rəbbinizlbəttə həyvə kərəm sahibidirQulları əllərini qaldırıb bir şey istədikləri zaman onlarıəllərini boşa çevirməkdən həya edər. [Tirmizi, Əbu Davud]
“Allahü təala buyurdu ki: Ey insanoğlu, əgər mənə ortaq qoşmadan qulluq etsən, əməlinin qarşılığını verərəm. Dua etmək, istəmək səndən, qəbul edib vermək də məndəndir.) [Tabərani]
Allahü təala, “Duanızı qəbul edərəm, əlinizi boşa çevirmərəm” buyurur. Deməli dua boşa getmir. Amma bizim istəyimiz yerinə yetmədikdə boşa getdiyini zənn edirik. Kitablarda deyilir ki:
Dua səbəbiylə ya günahlar əfv olar, ya gələcək bir bəlanın qarşısı alınar, ya mövcud bir bəla aradan qalxar, yaxud axirətdə böyük savaba nail olunar. (Şir’a)
Deməli, dua sayəsində günahlarımız əfv edilir, gələcək bir bəlanın qarşısı alınmış olur, mövcud bir bəla və ya dərd keçir, yaxud dua səbəbiylə savablara nail oluruq. İki hədisi-şərif məali də belədir:

“Dua edən üç şeydən məhrum olmaz: Ya günahı əfv olar və ya dərhal xeyirli qarşılığını görər, yaxud axirətdə mükafatını görər.” [Deyləmi]
“Qul bir dua etdiyi zaman istəyi yerinə yetməzsə, ona bir hasənə [savab] yazılır.” [Darə Kutni]
Əlbəttə ki, gecikən dua da olur. Onun da hikmətləri vardır. Bir hədisi-şərifdə buyurulur ki:
“Mömin dua etdiyi zaman Allahü təala Cəbrail əleyhissalama, “İstəyini dərhal yerinə yetirmə, mən onun səsini sevirəm” buyurur. Facir dua etdikdə də, “Bunun istəyini dərhal yerinə yetir, mən onun səsini sevmirəm” buyurur.” [İbni Nəccar]
Cənabı Haqq duanın qəbulunu gecikdirdikdə də çoxlu nemət vərəcək deməkdir. Ona görə də tələsib duam niyə qəbul olmur deməməlidir. Bir hədisi-şərif məali də belədir:
“Günah olan bir şey üçün və ya qohumluq bağının kəsilməsi üçün dua edilmədikcə, yaxud tələsib, “Dua etdim qəbul olmadı” deyilmədikcə, edilən dua qəbul olar.” [Müslim]
Sual: Dini bir söhbətdən çıxan adamın günahları əfv olarmı?
CAVAB
Əgər o söhbətdə dinə zidd olan sözlər danışılmayıbsa, əlbəttə günahlar əfv olar. İmamı Rəbbani həzrətləri, “Salehlərlə birlikdə olan imanını qorumuş olur” buyurur. Tabeinin böyüklərindən Sabit ibn Əsləm həzrətləri buyurdu ki: Bir Müsəlman Allahü təalanın anıldığı yerə dağlar qədər günahla getsə, çıxdıqda üzərində zərrə qədər günah qalmaz. Mömin Qiyamət günündə Allahü təalanın hüzurunda durar. Allahü təala ona, “Ey qulum! Sən, dünyada mənə ibadət edən qullarımla birlikdə ibadət edirdinmi?” deyə soruşanda o mömin, “Bəli, onlarla birlikdə mən də ibadət edirdim ya Rəbbi!” deyər. Yenə Allahü təala, “Ey qulum, dünyada olanda mənə dua edib yalvaran və məni zikr edib ananlarla birlikdə sən də yalvarıb məni andınmı?” deyə soruşar. O mömin yenə, “Bəli, ya Rəbbi!2 deyə cavab verər. Bundan sonra Allahü təala, “İzzətim haqqı üçün məni zikr edib, andığın hər yerdə mən də səni andım. Harada dua edib yalvardınsa, o duanı qəbul etdim” buyurur. Sabit ibn Əsləm həzrətləri sonra bu hədisi-şərifi bildirdi:

“Möminin heç bir duası rədd edilməz. Ya günahı əfv olar və ya xeyirli əvəzini görər [məsələn gələcək bir bəlanın qarşısını alar ] yaxud axirətdə qarşılığını görər.” [Deyləmî]


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину