Facebook Twitter WhatsApp

Dua edən Allahın sevgili quludur

Məsnəvidə deyilir ki: 
Bir nəfər hər gecə durub namaz qılardı, Allahı anıb, Ona dua edərdi, yalvarıb-yaxarardı. Şeytan ona bir gün vəsvəsə verdi: “Ey axmaq adam, hər gecə Allah deməyin, Onu zikr etməyin nə mənası var ki? Səhərə qədər yuxusuz qalıb yalvarırsan, bütün qapılar üzünə qapalıdır. Sənə,”Bir istəyin varmi” deyilirmi? İndiyə qədər üzünə bir qapı açıldımı? Heç buyur deyən oldumu? İstənməyən yerə heç gedilərmi? Allah sənin bu yalvarıb-yaxarmana əhəmiyyət versəydi diləklərini qəbul edərdi, bir cavab verərdi. Boş yerə kürək çəkib durma.”
Adam qəlbinə gələn bu düşüncəni doğru bilib qəlbi qırıldı, başını yerə qoyub zikr etmədən hüzün içində yuxuya getdi. Yuxusunda ona, ”Niyə bu gün Allahı zikr etmədən yatdın?” deyildi. Adam, “Yalvarıb çağırmalarıma bir cavab gəlmir axı...Qapıdan qovulduğumu anladığım üçün artıq o qapını döymürəm” dedi. Adama belə deyildi: “Sənin Allah deməyin, Onun qəbul etməsi, Buyur deməsi sayəsindədir. Sənin yalvarışın, Allahın sənin ruhuna duyurmasındandır. Sənin cəhdlərin Allahın səni Özünə yaxınlaşdırmasındandır. Sənin qorxun, sevgin, ümidin Allahın lütfü ilədir. Sənin hər dəfə “Ya Rəbbi” deməyin altında, Allahın “Buyur qulum” deməsi vardır. Qafilin, cahilin könlü bu duadan uzaqdır. Qafillər dua edə bilmir. ÇünkiYa Rəbbi“ deməyə gücləri çatmır. Onun ağzında da, dilində də qıfıl vardır. Dərd içindəykən belə ağlayıb sızlaya bilmir. Allah ona dərd, ağrı, sıxıntı, qəm, kədər verməz. Versə də o həkim deyər, Allah deyə bilməz. Artıq başa düş ki, Allaha dua etməyini, Onu çağırmağını təmin edən dərd dünya səltənətindən daha yaxşıdır. Dərdsiz dua soyuqdur. Dərdliykən olunan dua isə könüldən qopub gəlir, məqbuldur.”
Adam yuxudan oyananda sevinir, yenidən dua etməyə başlayır və muradına çatır. Günahkar müsəlmanın duası qəbula şayan deyildirsə də, Cənabı Haqq dua edənin əlini boş çevirməz. Dua səbəbiylə ya günahlar əfv olar, ya gələcək bir bəlanın qarşısı alınar, ya mövcud bir bəla aradan qalxar, yaxud axirətdə böyük savaba çatar. 
Günah içində üzən bir insanın dünya işləri ilə bağlı duasının qəbul olması, istəklərinə çatması, onun əleyhinə olur. Hədisi-şəriflərdə buyuruldu ki: 
“Mömin dua etdiyi zaman Allahü təala Cəbrail əleyhissalama, “İstəyini dərhal vermə, mən onun səsini sevirəm” buyurur. Günahkar dua edəndə də, “Bunun istəyini dərhal yerinə yetir, mən onun səsini sevmirəm” buyurur.” [İbni Nəccar]
Kafirin etdiyi duanın dərhal qəbul olmasını, Allahü təala  möminin duasının gecikməsindən narahat olan mələklərə buyurur ki: 
“Mən kafirə və səsinə qəzəblənirəm. Məni anmasın, mənə dua etməsin deyə dərhal istəyini verirəm. Mömini və yalvarmasını sevirəm. Məndən və Məni anmaqdan uzaq durmaması üçün istəklərini gecikdirirəm.” [Ramuz]
Namaz qılıb Ya Rəbbi deyən quluna Allahü təala, “Ləbbeyk = Söylə verilsin” buyurur. Namaz qılmayan kəsə belə söyləməz. Onun duası qəbul olunacaq yerə gətirilməz.
Allahdan çox istəmək
Sual: Günahkar birinin Allahdan yüksək dərəcələr istəməsi caizdirmi?
CAVAB
Heç bir zərəri yoxdur, əksinə daha yaxşı olar. İmam Rəbbani həzrətləri “Çox yüksəkləri istəmək lazımdır” buyurur. (3/19)

Allahü təala kərimdir. Kərim, kərəmi, lütf və ehsanı bol, qarşılıqsız verən, bol-bol ikram edən deməkdir. Xəzinəsi sonsuzdur, verməklə əsla bitməz. İstənməsi caiz olan şeylərin ən çoxunu istəmək lazımdır. İki hədisi şərif:
“Rəbbiniz həya və kərəm sahibidir. Qulları əllərini qaldırıb bir şey istədikləri zaman onların əllərini boş çevirməkdən həya edər.” [Əbu Davud] (Yəni boş çevirmək kərəminə yaraşmaz.)
“Bir Müsəlman üç dəfə Allahdan Cənnəti istəyərsə Cənnət, “Allahım onu Cənnətə sal” deyər. Yenə o kəs ki, üç dəfə Cəhənnəmdən uzaqlaşmağı Allahdan istəyərsə Cəhənnəm, “Allahım onu məndən uzaqlaşdır” deyər.” [Hakim]


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину