Facebook Twitter WhatsApp

Kəlimeyi-təvhidin fəziləti

Sual: Bir müsəlmana hər şeydən əvvəl Lə iləhə illəllah, Muhammədün rasulullah kəliməsinin mənasını bilmək və inanmaq fərzdirmi?

CAVAB
Bəli fərzdir. Bu kəliməyə Kəlimeyi-təvhid deyilir. Qısaca mənası, “Allahdan başqa ilah yoxdur. Muhamməd əleyhissalam da Onun Rəsuludur” deməkdir.

Müsəlmanın hər fürsətdə söylədiyi Kəlimeyi-təvhidin fəziləti çoxdur. Hədisi-şəriflərdə buyurulur ki:
“Zikrin [Allahı anmanın] ən fəzilətlisi Lə iləhə illəllah deməkdir.” [Nəsai]
“Lə iləhə illəllah demək 99 bəlanın qarşısını alır. Bunun ən zəifi sıxıntıdır.” [Deyləmi] 
“Mənim və digər Peyğəmbərlərin dediyi ən üstün söz, Lə iləhə illəllah sözüdür.” [Tirmizi] 
“Lə iləhə illəllah deyənin günahları silinir, yerinə o qədər savab yazılır.” [E.Yala] 
“Lə iləhə illəllah Cənnətin açarıdır.” [İ.Əhməd]

“Lə iləhə illəllah deyən, sözündə sadiqdirsə, bütün günahları əfv olunar.” [İ.Qazəli] 
“Ölüm vəziyyətində olanlara Lə iləhə illəllah söyləməsini təlkin edin, onları Cənnətlə də müjdələyin. Şeytanın insana ən yaxın olduğu an bu vaxtdır.” [Əbu Nuaym]
“Ağır xəstəni, Lə iləhə illəllah deməyə məcbur etməyin, sadəcə təlkin edin.” [Darə Qutni]
“Son sözü Lə iləhə illəllah olanın ruhu asan çıxar və o söz Qiyamətdə ona nur olar.” [Hakim]
“Axirət dünyadan üstün tutularsa, Lə iləhə illəllah sözü, Allahın qəzəbindən qoruyar. Dünyanın xeyrini axirətə dəyişən, Lə iləhə illəllah dediyi vaxt, Allahü təala, “Yalan deyirsən, sözündə sadiq deyilsən” buyurar.” [Beyhəqı]
“Lə iləhə illəllah deyənə etdiyi günahlara görə kafir deməyin! Ona kafir deyənin özü kafir olar.” [Buxari]
“Gündə yüz dəfə Lə iləhə illəllah deyənin üzü Qiyamətdə bütöv ay kimi parlayar.” [Tabərani]
[Yüzüncünü deyərkən “Muhammədün rasulullah” əlavə etmək yaxşı olar. Təcvidə görə oxunarkən “Muhammədür-rasulullah” deyilir.]

“İxlasla Lə iləhə illəllah deyən Cənnətə girər. İxlasla söyləmək söyləyəni haramlardan uzaqlaşdırmasıdır.” [Tabərani]
İxlas, qəlbdə Allah sevgisindən başqa şeyə yer saxlamamaq, başqa şeyləri təmizləmək deməkdir.
Hədisi-şəriflərdə buyuruldu ki:

“Allahü təalanın birliyinə iman edib, şirk qoşmadan və ixlasla namazını qılıb, zəkatını verəndən Allah razı olur.” [İbni Macə]

“İxlasla əməl edin! Allahü təala ancaq ixlasla olunan əməli qəbul edər.” [Darə Qutni]

“İbadətləri ixlas ilə et! İxlas ilə olunan az əməl Qiyamətdə sənə bəs edər.” [Əbu Nuaym]
“İbadətlərini ixlas ilə edənlərə müjdələr olsun! Onlar hidayət ulduzlarıdır. Fitnələrin qaranlıqlarını yox edərlər.” [Əbu Nuaym]

“Qırx gün ixlasla ibadət edənin, qəlbindən dilinə hikmət bulağı axar.” [Əbuşşeyx]
Sual: Xətmi-təhlil nədir?

CAVAB
Kəlimeyi-təvhid və ya təhlil Lə iləhə illəllah deməkdir. 70 min Kəlimeyi-təhlil oxumağa xətmi- təhlil deyilir. 
Mazhəri-Canı-Canan Həzrətləri bir qəbrin yanında oturmuşdu. “Bu məzarda Cəhənnəm atəşi var. Hədisi- şərifdə özü üçün və ya başqa müsəlman üçün 70 min kəlimeyi-təvhid oxuyanın günahları əfv olar” buyurulur. Ruhuna Xətmi-təhlil savabı bağışlayacağam. İnşallah əfv olar” buyurdu. Xətmi-təhlilin savabını bağışladıqdan sonra, “Əlhamdülillah bu günahkar qadın, Kəlimeyi-təhlil sayəsində əzabdan qurtuldu” buyurdu. (Məqamatı-Mazhəriyyə) 

70 min Kəlimeyi-təvhidi bir və ya bir neçə nəfər oxuya bilər. (Mənahic-ül-ibad)
Xətmi-ə təhlilin dirilərə də faydası çoxdur. (Məkatibi-şərifə) 

Sual: Kəlimeyi-təhlil dəqiqədə filan qədər oxunur deyə təxmini say götürmək olarmı?

CAVAB
Xeyr. Belə çəkilən təsbehlər hesaba qatılmamalıdır.
Sual: Kəlimeyi-təhlili 99 -mu, yoxsa 100- mü deyib çaşan, 99 qəbul etsə caizdirmi?

CAVAB
Bəli.
Sual: Müəyyən sayda kəlimeyi-təhlil söylədikdən sonra, sayını bilmədən daha çox söyləmək də caizdirmi?
CAVAB
Əlbəttə, çox yaxşı olar. 

Sual: Kəlimeyi-təhlili oxuyarkən, çaşıb yenidən başlamaq caizdirmi?

CAVAB
Bəli.
Sual: Namaz qılarkən, yatağa girdikdə, dua və ya kəlimeyi-təvhid oxuyarkən, ağzımız qapalı vəziyyətdə qəlbdən səssiz oxumaq doğru olarmı?

CAVAB
Qiraət, ağız ilə oxumaq deməkdir. Öz qulaqları eşidəcək qədər səsli oxumağa, yavaş oxumaq deyilir. Yanında olan adamların da eşidəcəkləri qədər səsli oxumağa, yüksək səslə oxumaq deyilir. Yavaş səslə oxuyanı bir-iki adamın eşitməsi məkruh olmaz. Səsli oxumaq, çox adamın eşitməsi deməkdir. (Bəzzaziyyə) 
Özü eşidəcəyi qədər səslə oxumadan qılınan namaz səhih olmaz. Dua edərkən də, özü eşidəcəyi səslə oxuması, söyləməsi lazımdır.

Kəlimeyi-təhlili də ibadət savabı hasil olması üçün dil ilə özü eşidəcək qədər səsli söyləmək lazımdır. Xətmi-təhlil oxuyanların da ən az özləri eşidəcəkləri qədər səsli oxumaları lazımdır. Kəlimeyi-təhlil ibadət kimi deyil, qəlbi təmizləmək üçün oxunarkən dil tərpədilmir. (Rəddül-Muxtar) 
Xətmi - təhlil

Sual: Xətmi-təhlilin, yəni 70 min kəlimeyi-təvhidin yalnız ölülərə faydası vardır?

CAVAB
Xətmi-təhlilin ölü-diri hər kəsə faydası vardır. (Məkatibi-şərifə)

Təsbeh çəkərkən

Sual: Bir neçə dəfə təcrübə etdim, yarım saatda, bir saatda çəkə bildiyim Kəlimeyi-təvhidləri hesabladım. Məsələn 10 dəqiqədə 500 kəlimeyi-təvhid çəkə bilirəm. Dəqiqədə orta hesabla 50 dəfə çəkmiş oluram. 40 dəqiqə təsbeh çəksəm, 2000 dəfə təsbeh çəkmiş sayılıram. Bu üsulla təxmini təsbeh çəkməkdə bir zərər vardırmı?
CAVAB
Namazdan sonra çəkilən 33-lü təsbeh kimi, sayı bildirilmiş olanlarda, qəstən əksik və ya artıq oxunmaz. Hesaba qatmaq üçün çəkilən təsbehlərdə belə təxminlə çəkilən təsbehlər hesaba qatılmaz. Hesaba qatılmayan zikrlərdə, təxminlə, hətta heç saymadan, təxmin də etmədən təsbeh çəkmənin bir zərəri  olmaz.

Kəlimeyi-təvhidin fəziləti

Sual: Kəlimeyi-təvhid və kəlimeyi-şəhadət oxumanın fəziləti nədir?
CAVAB
Bunları oxumanın fəziləti çoxdur. Hədisi-şəriflərdə buyuruldu ki:
“İxlasla Lə iləhə illəllah deyəni Allah atəşə haram qılmışdır.” [Buxari, Müslim]
“Bir mömin, Əşhədü ən Lə iləhə illəllah dediyində, Allahü təala, “Ey mələklərim, qulum Məndən başqa Rəbbi olmadığını bildi. Şahid olun ki, Mən o qulumu əfv etdim” buyurur.” [İ. Əsakir]
“Sübhanallah deyən Allahı zikr etmiş olur. Allah da onu anar. Əlhamdülillah deyərsə, Allaha şükr etmiş olar. Allah da ehsanını artırar. Lə iləhə illəllah deyərsə, budur o elə bir kəlimeyi-təvhiddir ki, kim bu kəliməni şübhə, təkəbbür və zülm etmədən söyləyərsə, Allah onu atəşdən qoruyar.” [Hakim]
“Cənnətin qarşılığı Lə iləhə illəllahdır. Nemətin qarşılığı isə Əlhamdülillahdır.” [Deyləmi]
“Qəlbdən İxlasla Əşhədü ən Lə iləhə illəllah və əşhədü ənnə Muhammədən abdühü və Rəsulühü deyən Cənnətə girər və Cəhənnəm atəşi ona toxunmaz.” [Tabərani]
“İxlasla Lə iləhə illəllah deyənə Cənnət vacib olar.” [İ. Nəccar]
“Lə iləhə illəllah demək 99 dərdə dəvadır. Bunun ən zəifi sıxıntıdır.” [Deyləmi]
“Lə iləhə illəllah deyən və qəlbində zərrə qədər imanı olan insan atəşdən çıxar.” [Buxari, Müslim]
“Lə iləhə illəllah kəlimeyi-təvhidini çox söyləyərək imanınızı yeniləyin!” [Əhməd]
“Allah dörd sözü digər sözlərdən üstün qıldı: Sübhanallah, Əlhamdülillah,

Lə iləhə illəllah və Allahü əkbər. Kim Sübhanallah və ya Allahü əkbər yaxud Lə iləhə illəllah deyərsə, ona on savab yazılar, on günahı da silinər. Bir nemətə qarşılıq olmasa da, Əlhamdülillah deyərsə otuz savab yazılar, otuz günahı silinər.” [Əhməd]
Yalnız Lə iləhə illəllah və ya Lə iləhə illəllah Muhammədün Rəsulullah deməklə də Cənnətə girilməyəcəyi, mühüm şərtlərin olduğu saytımızda açıqlanmaqdadır.
Sual: Kəlimeyi-təvhid oxuyarkən, yüz dəfədən bir dəfə, “Muhammədün Rəsulullah” demək lazımdırmı? Zikrmatiklə çəkdikdə unuduruq, bir zərəri olurmu?
CAVAB
Ara-sıra “Muhammədün Rəsulullah” demək lazımdır, ancaq bunu mütləq yüzüncüdə demək lazım gəlməz. Xatırladıqda deyilir. Unudularsa zərəri olmaz.
Kəlimeyi-təmcid və Kəlimeyi-təvhid oxuyarkən
Sual:
 İmamı-Rəbbani Həzrətlərinin xətmi-hacəganı oxunarkən 500 dəfə, “La havlə və la quvvətə illa billah” deyilməlidir deyilir. Niyə bütöv, yəni “Aliyyil azım” qismi də söylənmir? Söylənsə zərəri olarmı? Bir də, Kəlimeyi-təvhidi oxuyarkən, “Muhammədün Rəsulullah” da demək lazımdırmı?

CAVAB
“Aliyyil azım” qismi də söylənsə zərəri olmaz, ancaq kitablarda necə deyilirsə, ona əməl olunmalıdır.
Kəlimeyi-təvhid, yəni “Lə iləhə illəllah Muhammədün Rəsulullah” demək də belədir. 70 min ədəd çəkilməsinə xətmi-təhlil deyilir. Bunu çəkərkən də yalnız, “Lə iləhə illəllah” demək, yüzüncüdə və ya hər oxunuşu kəstiyi vaxtda, “Muhammədün Resulullah” ifadəsini də söyləmək caiz olduğu kimi, ən sonda bir dəfə söyləmək də caizdir. Söyləmək lazımsız görülərsə, haşa Rəsulullahın Peyğəmbərliyini qəbul etməmək kimi bir məna çıxa bilər.
İmamı-Rəbbani Həzrətləri buyurur ki:
Bu müqəddəs “Lə iləhə illəllah” kəliməsinin bərəkətlərini, faydalarını, bütün məxluqlara Qiyamətə qədər bölsələr, hamısını doyuracağını görürəm. Hələ, bu müqəddəs, gözəl kəliməyə “Muhammədün Rəsulullah” kəliməsi də əlavə olunaraq, təbliğ və təvhid, inci kimi, yan-yana düzülərsə, övliyalığın və Peyğəmbərliyin bütün üstünlükləri və yüksəklikləri bir yerə toplanmış olar. Bu ikisi səadət yoluna qovuşdurur. (2/37)
Qəstən “Muhammədün Rəsulullah” deməkdən qaçanlara etibar edilməməlidir.
Televizor izləyərkən zikr çəkmək
Sual: “Çalğı çalarkən, əyləncə, oyun arasında ibadət caiz deyildir” hədisi-şərifinə görə Televizor izləyərkən zikr çəkmək küfr olarmı? Xəbərləri dinləyərkən, sənədli film izləyərkən zikr çəkmək caiz deyildirmi?
CAVAB
Çalğı çalınarkən, müsiqi sədası altında zikr etmək caiz deyildir. Ancaq marketdə, küçədə, bazarda, iş yerində, istəyimiz xaricində müsiqi çalınırsa, orada zikr etmək caiz, hətta çox savabdır. Bəziləri, qəflət içində müsiqi dinləyərkən, bizim Allahı anmamız böyük nemət olar. Bir hədisi-şərifdə, “Qafillər arasında Allahü təalanı anan, quru ağaclar arasındakı yaşıl ağac kimidir” buyurulur. Xəbərlər, söhbət dinləyərkən, sənədli film izləyərkən də zikr etmənin zərəri olmaz. Ancaq hər insan iki işi eyni anda edə bilməz, işin biri zəif olar. S. Əbədiyyədə, “Mənasını düşünərək bir ayə oxumaq, başqa şey düşünərək, bütün Quranı xətm etməkdən daha çox savabdır” deyilir. Əli işdə, gözü başqa yerdə olanın işi səmərəli olmaz. Amma tam səmərəli olmur deyə, tamamilə də tərk etmək yalnış olar. “Bir şeyin hamısı ələ keçməzsə, geri qalanı da tərk edilməz” sözünə riayət edib, nə qədərini edə bilsək, onu xeyir bilməli, tamamilə zikrdən qafil olmamalıyıq.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину