Sual: Anam-atam qeyri-müslim idi. İndi öldülər. “Ya Rəbbi, anama, atama rəhmət et, onları əfv et” deyə dua etməyim caizdirmi?
CAVAB
Kafirə məğfirət duası etmək küfrdür. Çünki kafirlərin heç vaxt əfv olunmayacağı, əbədi Cəhənnəmdə qalacağı Qurani-kərimdə açıq-aydın bildirilmişdir. Onların əfvi üçün dua etmək Allahü təalanın əmrinə inanmamaq deməkdir. Kafirlər üçün dua etmək qadağan edilmişdir. Bir ayəti-kərimə məalı:
“Cəhənnəmlik olduqları [kafir kimi öldükləri] açıq-aydın məlum olduqdan sonra qohum da olsa nəbinin də, möminlərin də müşriklər üçün əfv diləmələri doğru deyildir.” [Tövbə 113]
Yaşayan qeyri-müsəlmanların hidayətə qovuşmaları üçün dua edilə bilər. Peyğəmbər əfəndimiz kafirlərin hidayətə qovuşmaları üçün dua etmişdir. Kafirlərin yox olması üçün dua et, deyildikdə, Rəsulullah əfəndimiz, “Mən lənət etmək üçün göndərilmədim. Ya Rəbbi, bunlara hidayət et. Tanımırlar, bilmirlər” dedi. Başqa bir zaman da, “Ya Rəbbi, bu dini Ömər ibn Xəttab ilə yaxud Amr ibn Hişam [Əbu Cəhil] ilə qüvvətləndir” buyurmuşdur. Həzrəti Ömər bu dua səbəbiylə Müsəlman olmuşdur.
Həzrəti Əbu Hüreyrə rəvayət edir:
“Anam müşrik bir qadın idi. Nə qədər İslama dəvət etsəm də qəbul etmədi. Rəsulullaha getdim, “Ya Rəsulallah, dua edin anama iman nəsib olsun, hidayətə qovuşsun” dedim. Dua buyurdu. Mən də anama müjdə vermək üçün evə getdim. Evin qapısı bağlı idi. Su səslərindən qüsl aldığını başa düşdüm. Anam bir az sonra paltarını geyinib qapını açdı, şəhadət gətirərək Müsəlman olduğunu bildirdi. Dərhal qaçaraq Rəsulullahın hüzuruna getdim. “Müjdə ya Rəsulallah, anam Müsəlman oldu” dedim. Sonra, “Ya Rəsulallah, bir dua daha edin, məni və anamı bütün Müsəlmanlar sevsin, biz də bütün Müsəlmanları sevək” dedim. Rəsulullah bunun üçün də dua buyurdu. Elə bir mömin yoxdur ki, mənim adımı eşitsin və məni sevməmiş olsun.” (Şəvahid-ün-nübüvvə)
Bu hadisə göstərir ki, Həzrəti Əbu Hüreyrəni sevməyənlərin Müsəlmanlıqlarından şübhə edilir.
Heç bir möminin Cəhənnəmə girməməsi üçün dua etmək caiz deyildir. Çünki yolunu azmış, günahkar, bidət əhlindən bir qismi günahları səbəbiylə mütləq Cəhənnəmdə əzab görəcəklər, şəfaət yaxud başqa bir səbəblə çıxacaqlar. Bu baxımdan elə dua etməməlidir.
Amma “Bütün Müsəlmanlara, bütün möminlərə rəhmət eylə, onları əfv et” deyə dua etməkdə bir zərər yoxdur. Belə dua edilməsi ayə və hədislərlə bildirilmişdir. Bir ayəti-kərimə məalı:
“Ey Rəbbimiz, hər kəsin hesaba çəkiləcəyi gün, məni, ana-atamı və bütün möminləri əfv et.” [İbrahim 41]
İki hədisi- şərif məalı da belədir:
“Kişi və qadın möminlərə dua edən bütün möminlərin sayı qədər savab alır.” [Tabərani]
“Sizin əməlləriniz ölü qohumlarınıza eşitdirilir. Vəziyyətiniz yaxşıdırsa sevinirlər, günahkar isəniz belə dua edərlər: Ya Rəbbi bizə necə hidayət etdinsə, onlara da hidayət etmədən canlarını alma.” [Hakim]
Sual: Müsəlman olmayan bir insana etdiyi yaxşılıq qarşılığında “Allah hidayət versin” deyə dua edilirmi?
CAVAB
Yaxşılıq etməsə belə bu şəkildə dua etməkdə bir zərər yoxdur.
Ölmüş kafirə dua etmək
Sual: Tövbə surəsinin, “Peyğəmbər və iman edənlər qohumları da olsa müşriklər üçün məğfirət diləyə bilməzlər” məalındakı 113-cü ayəsi ölü-diri bütün kafirlər üçündürmü? Ölmüş bir kafirə, “Allah rəhmət etsin” demək küfür olar, doğrudurmu?
CAVAB
Bəli, ölü kafirlərə rəhmət diləmək, dua etmək küfr olduğu kimi, yaşayan kafirlərə də hörmət etmək küfrdür.
Kafirə hörmət etmək, hörmət niyyətilə ustadım deyə ehtiram göstərmək küfrdür. Kafirə hörmətlə salam verən də kafir olar. (İslam Əxlaqı)
Bunları fitnəyə səbəb olmamaq üçün söyləyərsə və ya adət olan şeyi söyləyərsə küfr olmaz. Məsələn, adət olduğu üçün “Buyurun əfəndim” deməkdə zərər olmaz.
Kafirlərdən dua istəmək
Sual: Kafirlərdən dua istəmək, dualarına amin demək caizdirmi? Duaları qəbul olurmu?
CAVAB
Kafirlərin duası heç vaxt qəbul edilməz. Dualarına amin demək və onlardan dua istəmək də caiz deyildir. İmamı Rəbbani həzrətləri buyurur ki:
Allahü təala Tövbə surəsi 28-ci və 95-ci ayəsində kafirlərin etiqadlarının pis olduğunu bildirdi. Bunun üçün xüsusilə Müsəlmanları ələ salan, onları pisləyən kafirləri çirkin və zərərli bilmək lazımdır. Belə bilinsə, onlarla dostluq edilməz, onlara sevgi duyulmaz, onlardan çəkinmək lazım olur. Onlarla birlikdə olmaqdan çəkinmək lazımdır. Belə kafirlərlə məşvərət etmək, işləri onlarla məsləhətləşib, onların sözləriylə hərəkət etmək, bu din düşmənlərinə qiymət vermək və onları yüksəltmək deməkdir. Onlardan kömək, şəfa gözləmək və hələ bir onlar vasitəsiylə dua və ibadət etmək boşuna çalışmaqdır. Mömin surəsinin 50-ci ayəsində və Rad surəsinin 14-cü ayəsində məalən, “Və mə düa-ül-kafirinə illə fi-daləl = Kafirlərin duaları ancaq dəlalətdir” buyuruldu. Yəni İslam düşmənlərinin duaları qəbul olmaz, heç fayda verməz. Kafirlərin keşişlər vasitəsiylə etdikləri duaları Allahü təala heç vaxt qəbul etməz. Belə duaların Müsəlmanlara faydası olmaz. Sadəcə o dinsizlərə bir dəyər verilmiş olar. Onlar, dua edərkən bütlərini, Allahın düşmənlərini araya qoyurlar. Onlardan dua gözləməyin pisliyinin, çirkinliyinin hara qədər uzandığını, Müsəlmanlığın təməlindən yıxılıb, qoxusunun belə qalmayacağını buradan anlamaq lazımdır. (1/163)
В корзине: 0 шт.
на сумму: 0