Sual: Mötəzilə, imanın altı əsasından biri olan qədəri inkar edir. Qədəri inkar edən hər kəs Mötəzilə olur?
CAVAB
Ümumiyyətlə elə olsa da, təkcə Mötəzilə deyil, dinsizlər də taleyi, qədəri inkar edirlər. Məsələn, “Ölkəni öz taleyinə tərk etməyəcəyik” deyirlər. İbni Səbəcilər də qədəri inkar edirlər.
Qədər, Allahü təalanın gələcəkdə olacaq hər şeyi əzəldə bilməsidir. Qəza, bu bildiklərini Lövhil-məhfuzda göstərməsidir. (Əmali şərhi, Seyid Əhməd Asım Əfəndi)
İnsanların nə edəcəyini bilməyəndən ilah ola bilərmi? Hər kəsin nə edəcəyini bilən Allahü təala bunları yazdığını bildirir. Bu ayələri necə inkar etmək olar? Bir ayəti-kərimə məali:
“Biz, yer üzündə vaqe olacaq və başınıza gələcək hər müsibəti yaratmadan əvvəl bir kitabda [Lövhi-məhfuzda] yazdıq. Əlbəttə bu, Allah üçün asandır.” [Hadid 22]
Qədər haqqında bir çox ayəti-kərimə var. Bir neçəsinin məali:
“Böyük-kiçik hər bir əməllər sətir-sətir kitablarda yazılmışdır.” [Qəmər 52, 53]
“Allah hər canlının durduğu yeri və sonunda qoyulacağı məkanı bilir. Hamısı açıq bir kitabda [Lövhi-məhfuzda]dır.” [Hud 6]
“Allah hər şeyin yaradıcısıdır.” [Zümər 62] “Xeyri, şəri, imanı, küfrü də yaradan Allahü təaladır.” [Bəydavi təfsiri]
“Allah hər şeyi bilir.” [Hücurat 16]
“Yaradan heç bilməzmi?” [Mülk 14]
“Əmrullahi qadəran məqdura” ayəsinin mənası, “Allahın əmri yerinə gələcək, yazılmış bir qədərdir” deməkdir. (Əhzab 38)
Məşhur Aməntü hədisində, imanın altı şərtindən biri belə bildirilir:
“Xeyrin və şərin Allahdan olduğuna inanmaqdır.” [Buxari, Müslim, Nəsai]
Qədər haqqındakı hədisi-şəriflərdən bəziləri aşağıdakılardır:
“Qədərin, xeyrin və şərin Allahdan olduğuna inanmayan mömin deyildir.” [Tirmizi]
“Qədərə iman etməyən, başa gələcək olanın əsla səhv olmayacağına, başa gəlməyəcək olanın da əsla gəlməyəcəyinə inanmayan, iman etmiş sayılmaz.” [Tirmizi]
“Qədəri inkar edənə, bütün peyğəmbərlər lənət edər.” [Tabərani]
“Şər təqdir edilmədi” deyənin İslamdan nəsibi yoxdur.” [Beyhəqı]
“Axır zamanda qədəri inkar edənlər çıxacaq.” [Tirmizi]
Qədərin dəyişəni və dəyişməyəni vardır. Məsələn, dəyişməyən əcələ, “əcəli-müsəmma” deyilir. Bir ayəti-kərimə məali:
“Əcəl bir an gecikməz və vaxtından əvvəl də gəlməz.” [Əraf 34]
İnsanın əməlinə görə, ömrü və ruzisi dəyişə bilər. Bir ayəti-kərimə məali:
“Allah, dilədiyini silər, dilədiyini dəyişdirməz. Ümmül-kitab [Lövhi- məhfuz] O’ndadır.” [Ra’d 39]
Ümmül-kitab, əzəli olan ilahi kəlamın yazılı olduğu kitabdır. Mələklər bunu anlaya bilməz, zamanlı deyil. Allahdan başqa heç kim bilməz. Heç vaxt yox olmaz. Lövhi-məhfuzda dəyişiklik olur. Bunu mələklər görür. İnsanın əməlinə görə ömrü və ruzisi dəyişir. Yaxşılar pis, pislər yaxşı olaraq dəyişdirilə bilər. Bir başqa ayə məali:
“Bir canlıya verilən ömür və ömrünün azaldılması da mütləq bir kitabdadır.” [Fətır 11]
Dəyişə bilən qəza qədərə “qəzayi-muallaq” deyilir. Bir şəxs yaxşı əməl etsə, duası qəbul olsa, o qəza dəyişə bilər. Üç hədisi-şərif:
“Qəzayi-muallaqı heç bir şey dəyişdirə bilməz. Yalnız dua dəyişdirir və ömrü yalnız ehsan, yaxşılıq artırır.” [Hakim]
“Qədər tədbirlə, çəkinməklə dəyişməz. Lakin qəbul olan dua o bəla gələndə qoruyar.” [Tabərani]
“Sılayi-rəhm ömrü uzadır.” [Tabərani]
Qədərin Lövhi-məhfuzda yazılması qəzadır. Bir insana təqdir edilən bəla, qəzayi-muallaqdırsa, o insanın dua etməsi də təqdir edilibsə, dua edər, qəbul olduqda bəlanın qarşısını alar. Duanın bəlanı önləməsi də qəza və qədərdəndir. Çətir yağışa sipər olduğu kimi, dua da bəlaya sipər olur.
Əcəli-müsəmma dəyişməz, amma Əcəli-qəza dəyişə bilər. Bir nümunə: İki nəfər Həzrəti Davuda bir-birini şikayət etmişlər. Əzrayıl əleyhissalam gəlib, “Bu iki nəfərdən birinin əcəlinə bir həftə qalıb. İkincisinin ömrü də, bir həftə əvvəl bitmişdi, amma ölmədi” dedi. Həzrəti Davud təəccüblə səbəbini soruşduqda cavabında dedi ki:
“İkincisinin bir qohumu var idi, bundan küsmüşdü. Bu, gedib onun könlünü aldı. Ona görə də Allahü təala, onun ömrünü 20 il uzatdı.” [Lövhi-Məhfuz və Ümmül-kitab risaləsi]
Bir neçə hədisi-şərif:
“Qədərə inanmaq imanın əsaslarındandır.” [Əbu Davud, Tirmizi]
“Qədərə iman etmək tövhidin nizamıdır.” [Deyləmi]
“Qədəri inkar etməyin! Xristianlar qədəri inkar edirlər.” [Cami-us-sagir]
“Ümmətim qədəri inkar etmədikcə dində sabitdir, inkar etdiklərində həlak olacaqlar.” [Tabərani]
“Axirətdə qədəri yalanlayana rəhmət edilməz.” [İ. Adiy]
“Axır zamanda qədərin inkar edilməsindən qorxuram.” [Tabərani, İbni Əsakir, Xatib]
“Alimin çaşmağından, münafiqlərin “Quran belə deyir” deyərək mübahisələrə girişmələrindən və qədərin inkar edilməsindən qorxuram.” [Tabərani]
“Qədər, Rəhman olan Allahın əlindədir. Kimini ucaldır, kimini alçaldır.” [Bəzzar]
“Allahü təala buyurdu ki: “Mənə iman edən, amma qədərə, xeyir və şərin mənim təqdirimlə olduğuna iman etməyən, məndən başqa Rəbb axtarsın.”” [Şirazi]
“İrqçilik, qədəri inkar və nəqlə etibar etməmək ümmətimi həlak edər.” [Tabərani]
“Allahü təala ilk əvvəl Qələmi yaradıb, “Qədəri, olanı və sonsuza qədər olacaq olanı yaz” buyurdu.” [Tirmizi, Əbu Davud]
“Hər kəs, sənə fayda vermək üçün çalışsa, Allahü təalanın sənin üçün təqdir etdiyindən artığını edə bilməzlər. Hər kəs, sənə zərər vermək istəsə, Allahü təalanın təqdir etdiyi zərərdən artığını verə bilməz, çünki artıq qədəri yazan Qələm qurudu, yazıları dəyişməyəcək şəkildə dəqiqləşmişdir.” [Tirmizi]
“Allahü təala, “Mən aləmlərin rəbbiyəm, xeyri də, şəri də Mən təyin edirəm” buyurdu.” [İbni Nəccar]
İmam Rabbani həzrətləri buyurur ki: Qəza və qədər bilgisini çox insan anlaya bilmədiyindən doğru yoldan ayrılmışdır. Bunlardan bir qismi, insanların istəyərək gördükləri işlərin zorla olduğunu zənn etmiş, çoxları da insanların hər işi yaradaraq etdiyini, istəyərək görülən işlərə Allahü təalanın qarışmadığını söyləmişlər. Üçüncüsü isə, doğru yolda olanların, İslamiyyəti yaxşı anlayanların sözüdür ki, bunlar, Firqəyi-naciyyə adıyla müjdələnmiş Əhli-sünnət vəl-camaat alimləridir. Onlar, birinci və ikinci qisimdə olanlar kimi həddi aşmayaraq, orta yolu seçmişlər.
Qula bəla gəlməz, Haqq yazmadıqca,
Haqq bəla göndərməz, qul azmadıqca.
Mötəzilə, “Hər kəs qədərini özü təyin edir. Qədər deyə bir şey yoxdur” deyir. Birinci misra buna cavabdır. Yəni “Allahü təala ismədikcə, insan bir şey edə bilməz” deyilir.
Cəbriyyə isə, “Allah dilədiyini hidayətə qovuşdurur, dilədiyini azğınlıqda qoyur” ayəti-kəriməsini yanlış anladığı üçün, “Hər şeyi bizə zorla etdirən Allahdır” deyir. İkinci misrada, “Allahın təqdiri insanların əməllərinə görədir, Allah heç kimə zülm etməz” deyilir.
“Biz hər şeyi bir qədərə, bir ölçüyə görə yaratdıq” məalindəki ayəti-kərimə üçün, bir Mötəzilə azğını deyir ki:
“Bu ayədə olduğu kimi, digər ayələrdə keçən qədər kəlimələri ölçü deməkdir. Əhli-sünnətin bildirdiyi mənada Quranda qədər deyə bir şey yoxdur. Allah, insanların işləyəcəklərini heç bir yere yazmamışdır. Hər kəs qədərini özü təyin edir.”
Göründüyü kimi Mötəzilə məddahı, bu mövzudakı bütün ayə və hədisləri inkar etməkdən çəkinmir. Buna Rəsulullah əfəndimizin bu hədisi-şərifini göstəririk:
“Qədəri inkar edənlərə, “Yer üzündə vaqe olan və başınıza gələn elə bir müsibət yoxdur ki, biz onu yaratmadan əvvəl bir kitabda [Lövhi-məhfuzda] yazmış olmayaq. Əlbəttə bu, Allah üçün asandır” [məalindəki] ayəti-kəriməni söyləyin!” [Deyləmi] (Bu ayə: Hadid 22)
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0