Facebook Twitter WhatsApp

İlahi təqdir

Sual: Bəzən zəlzələ, sel fəlakəti, yanğın, avtomobil qəzası və ya iş qəzaları baş verir. Qəza nəticəsində bomba partlayır, insanlar ölür. Bunlara təqdiri-ilahi demək olarmı? Dini mövzularda cahil bir yazıçı, “Belə qəzalara təqdiri-ilahi demək məsuliyyətsizlikdir” deyir. Gərəkli tədbir alınmadan qəzaya səbəb olunmuşsa, yenə buna ilahi təqdir demək olarmı?
CAVAB
Tədbir almaq dinimizin əmridir. Ancaq tədbir alınsa da, alınmasa da, hər şey ilahi təqdirlə olur. Keyfiyyətsiz bina tikilsə, zəlzələdə dağılsa, sel yatağında ev tikilsə, evi sel aparsa, meşədə kabab bişirmək üçün odun qalansa, meşənin yanmasına səbəb olunsa, 150 km sürətlə sürərək qəza olsa, bunların hamısı tədbirsizlik nəticəsində baş versə də yenə ilahi təqdirdir. “Filankəs 150 km sürətlə sürsə qəzaya düşəcək” deyə alnımıza yazılıbsa, yəni qədərimiz olubsa, biz də onu görürük. Tədbir almadığımız üçün günaha giririk, o ayrı bir şeydir. Amma hər şey ilahi təqdirlə olur. Hər hadisəni yaradan ancaq Allahdır. İki ayəti-kərimə məali belədir:

Hər şeyi yaradan Allahdır.” [Zümər 62]
Sizi də, etdiyiniz işləri də yaradan Allahdır.” [Saffat 96]

Aməntünün altı şərtindən biri, Qəza və qədərə inanmaqdır. Qədər, ilahi təqdir deməkdir. Mötəzilə yolunda olanlar qədəri inkar etsələr də bir şey dəyişməz. Bir insanın intihar etməsi və ya birinin digərini alnından vurması hər biri bir təqdiri-ilahidir. Cinayət işlədikdə ilahi təqdir olmaqdan çıxmır. İlahi təqdir, insanların tədbirli və ya tədbirsiz görəcəkləri hər işi Allah bilir deməkdir. “Filankəs tədbir almayacaq, bu qəzaya səbəb olacaq və ya filankəs qəsdən bu cinayəti, yaxud bu günahı işləyəcək” deyə alnımıza yazılır. Buna alın yazısı və ya ilahi təqdir deyirik. Cinayəti və ya günahı etdirən Allah deyildir. Allah onun edəcəyini bildiyi üçün yazmışdır. Yəni o yazdı deyə bu hadisələr olmur. Cahillər və ya dinsizlər ilahi təqdiri yaxşı bilmədikləri üçün, “Bu bir təqdiri-ilahidir” deyənləri tənqid edirlər, məsuliyyətsizlikdir deyirlər. Allahın təqdirini qəbul edənə məsuliyyətsiz demək dinsizlikdir.
İnsan bilmədiyi mövzuda danışmamalıdır. Atalarımız, “Cahil cəsur olur” buyururlar. Yəni “Düşünmədən danışır, xoşagəlməz fəsadlar doğurur” deyir. Din cahilləri də yanlış sözlər danışaraq, küfrə girməkdə çox cəsurdurlar. Hər kəs həddini bilməli, bilmədiyi mövzulara burnunu soxmamalıdır.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину