Facebook Twitter WhatsApp

Tədbir və təqdir

Sual: “Doğuş kontrolu üçün spiraldan istifadə edilsə də, Allah diləsə uşaq olacaq. O diləməsə tədbir fayda verməz. Alın yazısı da dəyişməz. O halda spiral istifadə etmək dinə ziddir” deyirlər. Tədbir almaq dinə ziddirmi?
CAVAB
Yuxarıdakı dörd cümlənin ilk üçü doğrudur. Hökm verilən dördüncü cümlə səhvdir. Alın yazısı, əlbəttə dəyişməz.

İnsanın Cənnətə və ya Cəhənnəmə gedəcəyi təqdir edilmişdir. Əgər bir insan, “Mən cənnətlik olsam da, cəhənnəmlik olsam da ibadətə gərək yoxdur. Necə olsa gedəcəyim yer məlumdur” deyərək, inanmasa və ibadət etməsə, o insan Cəhənnəmə gedər.
İnsan, Cənnətə və ya Cəhənnəmə gedəcəyini bilə bilməz. Amma Allaha iman etsə, Müsəlmanlığa tabe olsa və imanlı ölərsə, Cənnətə gedər.
Uşağı verən də, verməyən də Allahü təaladır. Evlənməyənə Allahü təala uşaq verməz. Hər evlənənə də verməz. Uşaq olması üçün səbəbə bağlanmaq şərtdir. Birinci şərt evlənməkdir.
Uşaq olmaması üçün evlənməyən insan tədbir almış olur. Uşaq istəməyən evli insan, uşağın olmasına mane olan tədbirləri almalıdır. Tədbir almaq təqdiri dəyişdirməz, amma tədbir almaq da dinin əmridir.

Dərmanın təsir qüvvəsini də Allahü təala yaradır, dərmansız da şəfa verə bilir. Ancaq dərmanla şəfa vermək adətidir. Ona görə Peyğəmbər əfəndimiz (sallallahü aleyhi və səlləm), “Ey Allahın qullarıdərmandan istifadə edin!” buyurdu. Musa əleyhissalam xəstələndikdə, “Dərman istəmirəm, Allahü təala şəfasını verər” dedi. Xəstəliyi uzanıb ağırlaşdı. Təkrar, “Bu xəstəliyin əlacı təcrübə edilmişdir, şəfalı olduğu məşhurdur, dərmanı qəbul etsəniz tez vaxtda yaxşılaşarsınız” desələr də, “Xeyr, dərman istəmirəm” dedi və xəstəliyi ağırlaşdı. O zaman “Dərman qəbul etməsən, şəfa ehsan etməyəcəyəm” deyə vəhy gəldi. Dərmanı qəbul edib yaxşılaşdı. Amma səbəbini maraqlandı. “Ya Rəbb, xəstəliklərə şəfa verən Sənsən, niyə mən dərmanla şəfa tapdım?” dedikdə, Allahü təala, “Sən təvəkkül etmək üçün, mənim adətimi, hikmətimi dəyişdirmək istəyirsən? Dərmanlara faydalı təsirləri kim verdi? Əlbəttə Mən yaradıram” buyurdu. (K. Səadət)

Allahü təala, dərmanları xəstəlikləri sağaltmağa səbəb etmişdir. Bütün səbəbləri yaradan, bunlara təsir qüvvəsi verən Allahü təaladır.

Allahü təalanın 99 adından biri Rəzzaqdır, hər insanın, hər varlığın ruzisini verəndir. Bütün ruzilər Allahü təalaya aiddir. Bir ayəti-kərimə məali: “Hər canlının ruzisi Allaha aiddir.” [Hud 6]
Allahü təala hər kəsin ruzisini əzəldə təqdir etmiş, ayırmışdır. Hər insanın ruzisi bəllidir. Ruzi heç dəyişməz, azalıb-çoxalmaz. Heç kim ruzisini yemədən ölməz. Ruzini az və ya çox verən Allahdır. Bir ayəti- kərimə məali: “Rəbbin, ruzini dilədiyinə bol verir, dilədiyi insanın ruzisini daraldır.” [İsra 30]

Ruzimizin mütləq veriləcəyi ayəti-kəriməylə sabitkən, niyə bir işdə çalışırıq? Çalışmasaq da ruzimiz gəlir, amma çalışmaq, ruzi üçün səbəbə bağlanmaq dinin əmridir. Bir neçə hədisi-şərif:
“Çalışıb qazanmaq hər Müsəlmana fərzdir.” [Tabərani]
“Heç kimə möhtac olmamaq üçün çalışmaq cihaddır.” [İ. Asakir]
“Cəbrayıl əleyhissalam hər gəlişində, “Allahım, mənə halal ruzi və yaxşı bir iş nəsib et” deyə dua etməyimi söyləyirdi.” [Hakim]
Bir gəncin səhər erkən işə getməsini doğru görməyənlərə, Peyğəmbər əfəndimiz (sallallahü aleyhi və səlləm) buyurdu ki:
“Elə söyləməyin! Əgər heç kimə möhtac olmamaq, ana-atasını və ailəsini möhtac etməmək üçün işinə gedirsə, hər addımı ibadətdir.” [Tabərani]

Sadəcə ruzisi deyil, hər işi yaradan, xəstə edən və yaxşılaşdıran da Allahdır. Amma xəstə olmamaq üçün tədbir almaq dinimizin əmridir. Biz tədbir alsaq da təqdir yerini tapacaq. Təqdiri dəyişdirmək üçün deyil, dinin əmrinə sarılmaq üçün tədbir alırıq. Uşaq olması və ya olmaması üçün tədbir almaq da belədir. Tədbir almağı dinə zidd zənn etmək çox yanlışdır. Dinini bilməməkdən irəli gəlir. Hər işin səbəblərinə sarılmaq lazımdır. Buradakı ən önəmli xüsus budur: Allahü təalanın əmri olduğu üçün səbəbə, tədbirə sarılmalı, amma bu səbəblərə, bu tədbirlərə güvənməməlidir.

 

Vəbadan qaçmaq olarmı?
Sual: 
İmam Rabbani həzrətləri, vəba olan yerdən qaçmağın uyğun olmadığını söyləyir. Bu, dinimizin ruhuna zidd deyildirmi? Dinimiz, tədbiri əmr etmirmi?

CAVAB
Sual, dinə, ədəbə uyğun olmalıdır. Belə bir sual soruşmaq Rəsulullahın varisləri olan alimlərə təhqirdir. İmam Rabbani həzrətləri kimi, ikinci minilliyin mücəddidi olan, böyük bir alim və övliya şəxsiyyətin bir sözü haqqında, “Dinimizin ruhuna zidd deyildirmi?” demək olarmı? Dinin ruhu adlanan şey nədirsə, onu İmam Rabbani həzrətləri bilmirsə, biz haradan biləcəyik?


İmam Qazəli həzrətləri buyurur ki:
Xəlifə Həzrəti Ömər bir qafiləylə Şama gedirdi. Şamda vəba xəstəliyi olduğunu eşitdilər. Bəziləri, “Şama girməyək” dedi. Bəziləri də, “Allahü təalanın qədərindən qaçmayaq” dedi. Xəlifə isə, “Allahü təalanın qədərindən, yenə Onun qədərinə qaçaq, şəhərə girməyək” buyurdu. Abdurrahman ibn Avf dedi ki: Mən Rəsulullahdan eşitdim, belə buyurmuşdu:
“Vəba olduğunu eşitdiyiniz yerə getməyin! Siz bir yerdə ikən orada vəba meydana çıxarsa, oradan da çıxmayın!” [Buxari, Müslim, Tabərani]
Xəlifə Həzrəti Ömər, “Əlhamdülillah, mənim sözüm hədisi-şərifə uyğun oldu” deyərək, Şama girmədilər. Vəba olan yerdən kənara çıxmağın qadağan edilməsinə səbəb, sağlam olanlar çıxdıqda, xəstələrə baxacaq insan qalmır, həlak olurlar. Vəba yoluxucu xəstəlikdir. Bu xəstəlik, [vəba virusları], insanların orqanizminə düşdükdə, qaçanlar, [xəstəliyi başqa yerlərə daşıyıb yoluxdururlar və özləri də] xəstəlikdən qurtula bilmirlər. Bir hədisi-şərifdə buyurulur ki:
“Vəba xəstəliyi olan yerdən qaçmaq, döyüşdə kafirin qarşısından qaçmaq kimi böyük günahdır.” [Tabərani] (Ehya)

İmam Rabbani həzrətləri buyurur ki:
Vəba olan yerdə, ölümdən qaçıb qurtulanlara təəssüflər olsun! Qaçmayıb ölənlərə müjdələr olsun! Onlar şəhid savabına qovuşurlar. Vəbadan ölən döyüşdə ölən şəhid kimidir. Ondan hesab soruşulmaz. (1/299)


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину