Sual: Quranda, “Allah, dilədiyinə hidayət verir, dilədiyini azğınlıqda qoyur” deyilir. Madəm azğınlıqda qoyan Allahdırsa, azğınları niyə Cəhənnəmə atır?
CAVAB
Başqa ayəti-kərimələrdə bunun izahı var. Hədisi-şəriflər Qurani-kərimi izah etdiyi kimi, bəzi ayələr də, digər ayələri açıqlayır. Bəzi məzhəbsizlər də, imanın altı şərtindən dördünü inkar etmək üçün bir ayəni əsas alıb, “Bax, imanın şərti burada ikidir, deyilir” deyirlər. Məsələn, “Bəqərə” surəsi 62-ci ayəsini əsas alıb, sadəcə Allaha və axirətə inanan yəhudi və xristianların Cənnətə gedəcəyini söyləyir. Yəgin ki, aralarında razılaşıb, kimisi xristianlığı, kimiləri də yəhudiliyi gözəl göstərməyə çalışır. Halbuki təfsir kitablarında bildirildiyinə görə bu ayədə Cənnətə gedəcəyi bildirilənlər Həzrəti Musanın dövründə ona inanan musəvilər və Həzrəti İsanın dövründə ona inanan isəvilərdir. Dövrümüzdə musəvi və isəvi yoxdur, yəhudi və Xristian var. Sadəcə bir ayəni əsas götürüb, kitabların və peyğəmbərlərin hamısına imanı bildirən ayələri qəsdən gizləyirlər. Qurani-kərimə inanmayan və son peyğəmbəri qəbul etməyən Cənnətə girə bilməz.
Cəbriyyə adlanan bidət firqəsi də, sualdakı ayəni əsas götürüb, “Allah istədiyinə hidayət verir, istədiyini də kafir edir, savab iş gördürən də, günah iş gördürən də Odur, insanın heç bir rolu yoxdur” deyir. Mötəzilə firqəsi isə, tam əksini deyir. “Allah heç kimə hidayət vermir, Allah bu işlərə qarışmır. İnsan işini özü yaradır” deyir. İkisi də səhv danışır. Sualdakı ayə Mötəzilənin yanlış olduğunu açıq bəyan edir. Bu məaldəki ayəti-kərimələr də Cəbriyyənin səhv olduğunu bildirir:
“Zərrə qədər xeyir iş görən və zərrə qədər şər iş görən qarşılığını görəcək.” [Zilzəl 7, 8]
“İstəyən iman etsin, diləyən inkar etsin!” [Kəhf 29]
Allahü təala xeyri və şəri zorla etdirsəydi, “Zərrə qədər xeyir işləyən və zərrə qədər şər iş görən qarşılığını görəcək” buyurmazdı. İman, hidayət mövzusunda, imanı zorla verən, zorla dini inkar etdirən, haşa, Allahü təala olsaydı, “Diləyən inansın, diləyən inkar etsin” buyurmazdı. “Qula bəla gəlməz Haqq yazmadıqca, Allah bəla verməz qul azmadıqca” beytindəki birinci misra, Mötəziləyə cavabdır. Allah diləmədikcə heç bir şey olmaz. İkinci misra isə Cəbriyyəyə cavabdır. Qul kayiq omadıqca, ona cəza verməz.
“Allah, dilədiyini hidayətə qovuşdurur, dilədiyini azğınlıqda qoyur” məalindəki ayəti-kərimə, bütün işləri edənin Allahü təala olduğunu bildirir. Buradakı azğınlığını diləmək, o insanın azğınlığına razı olmaq, onu bəyənmək deyil. Hər kəs savabı da, günahı da öz iradəsiylə edir. Amma ona bu qüvvəni verən Allahü təaladır. Bunu bir nümunəylə açıqlayaq:
Hər kəs axirət yolçusudur. Allahü təala dünyada hər kəsin gördüyü yerlərə, Cənnətə və Cəhənnəmə gedən iki təyyarə qoymuşdur. Birinin üstündə, “Bu təyyarə Cənnətə gedir”, digərində isə, “Bu təyyarə Cəhənnəmə gedir” yazılıdır. Bu təyyarələri Cənnətə və Cəhənnəmə aparan Allahü təaladır, amma insanlar öz iradələriylə bu təyyarələrə minirlər. Heç kim zorla mindirilmir. Üstəlik, “Bu təyyarə Cəhənnəmə gedir, buna minməyin” deyə davamlı xəbərdarlıq edilir. Beləliklə, heç kimin Allahü təalaya, “Cəhənnəmə təyyarə reys açmasaydın, biz də minməzdik” deməyə haqqı olmadığı kimi, “Biz kafirləri Cəhənnəmə salarkən, saleh Müsəlmanları niyə Cənnətə saldın?” deməyə haqqı olmaz.
“Zərrə qədər xeyir və şər işləyən qarşılığını görəcək” məalindəki ayəti-kərimə, “İman edib, xeyir iş görəni Cənnətə, inanmayıb pislik edəni də Cəhənnəmə qoyacam” deməkdir. İnsan öz azad iradəsiylə iman edib çeşidli xeyir işlər görür, amma bu qüvvəni verən Allahü təaladır. Onun imanını və ibadətini qəbul edir. Öz azad iradəsiylə inkar edənə də, çeşidli haramları işləyənə də, inkar və haram işləmək qüvvəsini verən yenə Allahü təaladır. Allahü təala hansı işləri görənlərin Cənnətə və ya Cəhənnəmə gedəcəyini açıq bildirmiş, heç kimə üzr, bəhanə qalmamışdır. İnkar edən insan, “Əgər mən bilsəydim, Allahı, Cənnəti, Cəhənnəmi inkar etməzdim, haramlardan uzaq durub həmişə yaxşılıq edərdim” deyə bilməyəcək.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0