Sual: Bir adam, başqa birini öldürdükdə, öldürməsəydi o hələ həyatda olacaqdı və ya başqa bir səbəbdən öləcəkdi deyə düşünmək doğrudurmu?
CAVAB
İkisi də səhvdir. Qatilin öz istəyi ilə o adamı nə məqsədlə və necə öldürəcəyini Allahü təala əzəli elmi ilə bildiyi üçün, qədərini o şəkildə yaratmışdır. Burada dəyişiklik ola bilməz. Həm də, Allah elə yazdığı üçün öldürdü demək də düzgün deyil. Allahü təala bildiyi üçün, olacaq şeyi qədərinə yazmışdır. Seyid Abdülhakim Arvasi həzrətləri, “Qədər, Allahü təalanın əzəli elmi ilə bilməsidir. Zorla etdirməsi demək deyil” buyurur.
Qədəri dəyişdirmək
Sual: “Avtomobil qəzasında ölmək, intihar etmək və ya cihaza bağlı xəstənin cihazını söndürmək, nəfəslər sayılı olduğu üçün, qədəri dəyişdirmək sayılır. İntihar etməsəydi, qəzaya qurban getməsəydi, cihaz söndürülməsəydi daha çox yaşayardı” deyirlər. İnsan, qədərini dəyişdirə bilərmi?
CAVAB
İntihar etmək və xəstənin bağlı olduğu cihazı söndürmək caiz olmasa da, qədəri dəyişdirməklə əlaqəsi yoxdur. Qədər, insanların necə yaşayıb, necə öləcəyini, Cənnətə və ya Cəhənnəmə gedəcəyini, Allahü təalanın bilməsi deməkdir. Deməli, qədər, Allahü təalanın olacaq şeyləri əzəldə bilməsidir, zorla etdirməsi deyil. Qəza isə, qədərdə olan şeyləri, vaxtı çatdıqda yaratmasıdır. Mötəbər din kitablarındakı bilgilər belədir:
Əcəli gəlmədən heç kim ölməz. Hər cür ölüm əcəli gələrək qədəriylə ölməkdir. Yəni intihar edən və ya öldürülənin ömrü ortadan kəsilmiş olmaz. O anda əcəli gəlmişdir, yəni ömrü bitərək ölmüşdür. Hər insanın bir tək əcəli vardır.
İnsan gördüyü işləri özü yaratmır. İradəyi-cüziyyə ilə olan işlərin yaradıcısı, yəni xeyrin və şərin yaradıcısı Allahü təaladır. Xeyrin və şərin Allahdan olduğunu inkar etmək, “İntihar edən təqdiri-ilahini dəyişdirir” demək küfürdür. Allahü təala onun intihar edəcəyini əlbəttə bilir. “Yaradan heç bilməzmi?” buyurur. Allahın verdiyi ömrü heç kim dəyişdirə bilməz. Bir neçə ayəti-kərimə məali belədir:
“Allahın təqdir etdiyi əcəl [ölüm] gəldikdə artıq o gecikdirilməz.” [Nuh 4]
“Sizi yaradan, sonra ölüm zamanını təqdir edən ancaq Odur.” [Ənam 2]
“Hər ümmətin bir əcəli var, vaxtı çatdıqda nə bir an geri qalır, nə də bir an irəli gedir.” [Əraf 34]
Deməli, “İntihar etməsəydi, qəzaya qurban getməsəydi, cihazı söndürülməsəydi daha çox yaşayardı” demək yanlışdır.
Dərmandan istifadə etmək və əcəl
Sual: Dərmandan istifadə etmək, dua oxumaq, əməliyyat olmaq ölümə mane olurmu? İnsanın ömrünün uzanmasına səbəb olurmu?
CAVAB
Dərmandan istifadə etmək, ayəti-kərimə və dua oxumaq, üfləmək və yanında gəzdirmək insanın ömrünü uzatmaz, ölümə mane olmaz, əcəli gecikdirməz. Ömrü olanın dərdlərini, ağrılarını aparıb, sağlam, rahat və sevincli yaşamasına səbəb olurlar. Ürək köçürülməsi, beyin, böyrək, ciyər kimi əməliyyatlar, peyvəndlər və venadaxili inyeksiya ölümə mane ola bilməz. Ömrü olanlara faydalı olur. Əcəli gələn çox adamın əməliyyat əsnasında öldüklərini bilməyən yoxdur.
Əcəl və ruzi
Sual: Ruzi və əcəl dəyişirmi? Məsələn, xəzinə tapan adamın ruzisi artmış olurmu? İntihar edən və ya vurularaq öldürülən əcəliylə ölməmiş olur?
CAVAB
Xeyr, əcəl də, ruzi də dəyişməz. Bunlar əzəldə təqdir edilmişdir, yəni hər kəsin ruzisini və əcəlini Allahü təala əzəli elmiylə bilir. Xəzinə tapacaqsa, əzəldə xəzinə tapacaq, zəngin olacaq deyə təqdir edilmişdir. Təqdir ediləndən artıq və ya əksik olmaz. Əcəl də elədir. İntihar edəcəksə və ya avtomobil qəzasında öləcəksə, yenə elə təqdir edilmişdir. Təqdirin xaricinə çıxmaq mümkün deyil. Əcəlsiz ölüm olmaz. “Əcəliylə öldü” və ya “Əcəliylə ölmədi” kimi sözlər boşdur. Necə ölür-ölsün, hər kəs mütləq əcəliylə ölür. Bir ayəti-kərimə məali:
“Əcəl bir an gecikməz və vaxtından əvvəl də gəlməz.” [Əraf 34]
Ruzi də, eynilə əcəl kimidir. Heç kim, təqdir edilən ruzisini sərf etmədikcə ölməz. Əcəli təqdir etdiyi kimi, ruzini də göndərən Allahü təaladır. İki ayəti-kərimə məali:
“Yer üzündəki hər canlının ruzisi Allaha aiddir.” [Hud 6]
“Neçə-neçə canlı, ruzisini özü əldə edə bilməz. Sizin də, onların da ruzisini Allah verir.” [Ənkəbut 60]
Kasıb xəzinə tapsa, zəngin müfls olsa, təqdir edilən ruzi yenə dəyişməz.
Sual: Bəzi xəstələr və qəza keçirənlər haqqında, xəstəxanaya çatdırılsaydı, həkim tapılsaydı ölməzdi deyirlər. Belə söyləmək və düşünmək, dinimiz cəhətdən doğrudurmu?
Cavab: Həkim və dərman tapmaq təqdirə bağlıdır. Allahü təala təqdirinə görə səbəbləri yaradır. Bir yeri kəsilən insanın əcəli gəlməyibsə, damarını bağlayırlar, dərman verirlər, ölmür. Əcəli gəlibsə, damarını bağlayacaq biri tapılmaz, qanı axar, mikrob düşər və ölür. Ürəyi xəstə olana, ölmək üzrə olan bir başqasının sağlam ürəyinin qoyulub-qoyulmaması da, əcəlin gəlib-gəlməməsinə bağlıdır. Ürək köçürülməsi də xəstəni mütləq sağaltmır, çoxlarının ölməsinə də səbəb olur.
İnsanın ömrü dəyişə bilərmi?
Sual: İnsanların ömürlərində dəyişiklik olurmu, əgər olursa, bu hal, hər kəs üçün keçərlidir?
Cavab: İnsanın ömrü bitdikdə, vaxt tamam olduqda əcəl bir an gecikməz. Birinin üç gün ömrü qalmış ikən qohumunu Allah rızası üçün ziyarət etməsi ilə, ömrü otuz ilə uzana bilər. Otuz il ömrü olan insan da, qohumunu tərk etdiyi üçün ömrü üç günə düşər. “Təfsiri-Həzin” kitabında deyir ki:
“Təqdir, əzəldə Lövhi-məhfuzda yazılmışdır. Sonradan bir şey yazılmaz. Lövhi-məhfuzda olacaq dəyişikliklər, ömürlərin artması və qısalması, əzəldə yazılmışdır ki, buna “qəzayi-muallaq” deyilir. Allahü təalanın qədəri, yəni əzəldə elmi necədirsə, Lövhi-məhfuzdakı dəyişikliklər, ona uyğun olur. Həzrəti Ömər yaralandıqda, Kabül-əhbər həzrətləri buyurdu ki: “Ömər (radıyallahü anh) daha yaşamaq istəsəydi, dua edərdi. Çünki onun duası, əlbəttə qəbul olur”. Eşidənlər təəccüblənərək, 'Necə belə danışa bilirsən, Allahü təala məalən, “Əcəl, bir an gecikməz və vaxtından əvvəl gəlməz” buyurdu dediklərində, “Bəli, əcəl hazır olduğu vaxt gecikməz. Lakin, əcəl gəlmədən əvvəl, sədəqə, dua və əməli-saleh ilə ömür uzanar. Belə ki, “Fətir” surəsində məalən, “Hər kəsin ömrü və ömürlərin qısalması, hamısı yazılıdır” buyurulmuşdur' dedi.”
Sual: Xəstə olan bir insanın dərmandan istifadə etməsi və dua etməsi ilə ömrü dəyişirmi?
Cavab: Dərmandan istifadə etmək, ayəti-kərimə və dua oxumaq, bunları yanında gəzdirmək, insanın ömrünü uzatmaz, ölümə mane olmaz, əcəli gecikdirməz. Ömrü olanın dərdlərini, ağrılarını aparar, sağlam, rahat və sevincli yaşamasına səbəb olurlar. Ürək, beyin, böyrək, ciyər köçürülməsi kimi əməliyyatlar, peyvəndlər, inyeksiyalar, ölümə mane olmaz. Ömrü olanlara faydalı olar. Əcəli gələn çox insanın əməliyyat əsnasında öldüklərini bilməyən yoxdur.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0