Sual: Əcəl dəyişə bilərmi?
CAVAB
Şeyxül-İslam Əhməd ibn Süleyman ibn Kamal paşa buyurur ki:
“Rad” surəsindəki, “Allahü təala dilədiyini silər. Dilədiyini dəyişdirməz. Ümmül-kitab Ondadır” məalindəki ayədə, lövhi-məhfuz bildirilir. Ümmül-kitab, əzəli olan kəlamı-İlahinin adıdır. Mələklər bunu anlaya bilmirlər. Zamanlı deyil, Allahü təaladan başqa heç kim bilmir. Heç vaxt yox olmaz. Lövhi-məhfuzda dəyişiklik olur. İnsanın əməlinə görə ömrü və ruzisi dəyişir. Yaxşılar pis, pislər yaxşı olaraq dəyişdirilə bilər. Beləcə biri ölümünə yaxın yaxşı işlər görüb, son nəfəsdə imanla gedə bilər. Bir başqası pis əməl edib, imansız gedə bilər. Buna görə Rəsulullah əfəndimiz hər zaman, “Allahümmə, ya muqallibəlqulub, səbbit qalbi, ala dinik” duasını oxuyardı. Hədisi- qüdsidə, “İnsanların qəlbi Rəhmanın qüdrətindədir. Qəlbləri dilədiyi kimi çevirir” buyurulmuşdur. Yəni, Cəlal və Cəmal sifətləri ilə, pisə və yaxşıya çevirir. Lövhi-məhfuza, qiyamətə qədər gələcək insanların yaxşıları, səid olaraq, pisləri də, şəqi olaraq yazılmışdır.
Qədər dəyişməz. Qəza, qədərə uyğun olaraq baş verir. Qəza, hər gün dəfələrlə dəyişir, sonunda qədərə uyğun olduqda, yaradılır. Qəzayi- muallaq şəklində yaradılacağı yazılmış olan bir şey, qulun yaxşı əməli ilə dəyişib yaradılmır. İmam Qazali həzrətləri, “Qəzayi-muallaq, Lövhi-məhfuzda yazılıdır. Əgər o insan, yaxşı əməl etsə, duası qəbul olsa, o qəza dəyişir” buyurdu. Hədisi-şərifdə, “Qədər, tədbir ilə, uzaq durmaqla dəyişməz. Lakin qəbul olan dua, o bəla gələrkən qoruyur” buyuruldu. [Tabərani]
Duanın bəlanın qarşısını alması da qəza və qədərdəndir. Qalxan oxa, çətir yağışa sipər olduğu kimi, dua da bəlaya sipər olur. Bir hədisi- şərifdə, “Qəzayi-muallaqı, heç bir şey dəyişdirə bilməz. Yalnız dua dəyişdirir və ömrü yalnız ehsan, yaxşılıq uzadır” buyuruldu. [Hakim]
Allahü təalanın təqdirinin, yəni qədərin Lövhi-məhfuzda yazılması qəzadır. Bir insana təqdir edilən bəla, qəzayi-muallaqdırsa, yəni o insanın dua etməsi də, təqdir edilmişsə, dua edir, qəbul olduqda, bəlanı önləyir. “Əcəli-qəza”’nı da, yaxşılıq etmək gecikdirir. Ancaq “Əcəli-müsəmma” dəyişməz.
Əcəli-qəzaya bir misal verək:
Bir insan, əgər yaxşı iş görsə, yaxud sədəqə versə, həccə getsə, ömrü 60 il, bunları etməsə 40 il təqdir edilibsə, vaxt tamam olduqda, əcəli bir an gecikməz. Birinin 3 gün ömrü qalmış ikən qohumunu, Allah rızası üçün ziyarət etməsi ilə, ömrü 30 ilə qədər uzanar. 30 il ömrü olan da, qohumunu tərk etdiyi üçün, ömrü 3 günə düşər.
Təqdir, əzəldə Lövhi-məhfuzda yazılmışdır. Yəni, Lövhi-məhfuzda olacaq dəyişikliklər və ömürlərin artması, qısalması da, əzəldə yazılmışdır ki, buna “qəzayi-muallaq” deyilir. (Lübabüt-təvil)
Allahü təalanın qədəri [əzəldəki elmi] necədirsə, Lövhi-məhfuzdakı dəyişikliklər, ona uyğun olur.
Həzrəti Ömər yaralandıqda, Kabül-əhbər, “Ömər daha yaşamaq istəsəydi, dua edərdi. Çünki onun duası əlbəttə qəbul olur” buyurdu. Eşidənlər təəccüblənərək, “Əcəl, bir an gecikməz və vaxtından əvvəl gəlməz” məalindəki ayəti-kəriməyə nə deyirsən” dediklərində, buyurdu ki: “Bəli, əcəl hazır olduqda, gecikməz. Lakin əcəl əmələ gəlmədən, sədəqə ilə, dua ilə, yaxşı əməl ilə ömür uzanar. “Fətir” surəsində, “Hər kəsin ömrü və ömürlərin qısalması yazılıdır” buyurulur.” [Lövhi-Məhfuz və Ümmül-kitab]
Hədisi-şəriflərdə buyurulur ki:
“Bütün heyvanların əcəlləri, təsbehlərinə bağlıdır. Təsbehləri bitdikdə, Allahü təala onların ruhunu qəbz edər.” [Beyhəqı]
“Hər şeyin bəlli bir əcəli vardır.” [Buxari]
“Emali”dəki, “Öldürülən insanın əcəli, o anda, ömrü ortadan kəsilmiş deyil” ifadəsini Əhməd Asım əfəndi belə izah etmişdir:
“Öldürülən insanın [və intihar edənin] o anda əcəli gəlmişdir. Ömrü yarıdan kəsilməmişdir. Hər kəsin əcəli bir dənədir.”
Öldürülən adam, əcəli gəldiyi üçün ölür, lakin bunu öldürən də, cəzasını görəcək. İntihar edən də əcəli gəldiyi üçün ölür. Hər kəs, əcəli gəldikdə ölür. “Əraf” surəsi 34-cü ayəsində məalən, “Əcəlləri gəldikdə, onu azacıq irəli-geri çəkə bilməzlər” buyuruldu. İnsan dünyaya gəlmədən əvvəl, nə qədər yaşayacağı təqdir edilmişdir. İnsan, harada öləcək, tövbə iləmi və tövbəsizmi, hansı xəstəlikdən, imanla, yoxsa imansızmı gedər, hamısı lövhi-məhfuza yazılmışdır. (Miftahül-cənnə)
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0