Sual: “Müsəlman olmaq, doğru yolu tapmaq, nəsib məsələsidir” deyirlər. Nəsibi yaradan Allah olduğuna görə, başqalarını niyə nəsibsiz yaradır? Nəsibsiz yaratmaq ədalətə uyğundurmu?
CAVAB
Allahü təala heç kimi nəsibsiz, kafir olaraq yaratmamışdır. Allahü təala keçmiş və gələcək hər şeyi əzəli elmi ilə bilir. Məsələn, bir kafirin əbədi kafir qalıb-qalmayacağını bilir. Olacaq şeylərin necə olacağını bilir. Allahü təala da insanların başlarına nə gələcəyini bildiyi üçün, bunları lövhi-məhfuza yazmışdır. Allahü təalanın, bəzi insanların nəsibsiz olacaqlarını bildirməsi, onların öz istəyilə küfr içində qalmağı istədikləri və iman etmək istəmədikləri üçündür. Yoxsa ki, bunların kafir olması, Allahü təalanın xəbər verdiyi üçün deyil. Qurani-kərimdə buyurur ki:
“Nəfsə yaxşılıq və pislik [üsyan və itaət qabiliyyəti, yəni bunlardan birini seçmə haqqı, iradəyi-cüziyyə] verən Allahü təalaya and olsun ki, nəfsini təzkiyə edən, küfr və üsyandan təmizləyən qurtuldu. Nəfsini bunlarda qoyan da ziyan etdi.” [Şəms 7-10]
İnsan, iradəyi-cüziyyəsini istifadə etməkdə sərbəstdir, məcbur deyildir. Yəni iradəyi-cüziyyə yaxşılığa sərf edilsə, Allahü təala yaxşılıq yaradır, pisliyə sərf edilsə, pislik yaradır. Qul iradəyi-cüziyyəsini sərf edir, Allahü təala da yaradır. (İradəyi-cüziyyə risaləsi)
Deməli, yaxşılıq istəyənə yaxşılıq verir, o nəsibli olur. Pislik istəyənə pislik verir, o da nəsibsiz olur. Burada bir zorakılıq yoxdur. Yəni Allahü təala zorla günah işlətmir, zorla Cəhənnəmə atmır. Günah işləyənin qəbahəti qədərinə yükləməsi səhvdir.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0