Sual: Əcəl-ruzi qarşılıqlı münasibətləri nə şəkildədir?
CAVAB
Hər canlının ruzisi tükənmədikcə əcəli gəlməz, ölməz. Kimsə kimsənin ruzisini yeyə bilməz. Ruzi, ibadət etməklə artmaz, bərəkətlənir. Allahü təala hər kəsin ruzisini əzəldə təqdir, təyin etmiş, ayırmışdır. Bu, artmaz və azalmaz.
Qurani-kərimdə məalən buyurulur ki:
“Neçə canlı vardır ki, ruzisini özü əldə edə bilməz. Sizin də, onların da ruzisini Allah verir.” [Ənkəbut 60]
Hədisi-şəriflərdə də buyuruldu ki:
“Ruzi üçün kədərlənməyin, əzəldə ayrılan ruzi sizi tapacaq.” [İsfəhani]
“Əcəliniz sizi necə təqib edirsinizsə, ruzisiniz də sizi eləcə təqib edir.” [Tabərani]
“Allahü təalaya tam təvəkkül etsəydiniz, səhər ac qalxıb, axşam tox qayıdan quşlar kimi sizə də ruzilər verərdi.” [Tirmizi]
“Zikrin xeyirlisi hafi [gizli] olanı, ruzinin xeyirlisi isə kafi olanıdır.” [Beyhəqı]
“Allahü təala sevdiyinə ruzisini kafi [yetəcək qədər] verir.” [Əbuşşeyx]
“Halal qazanmaq üçün sıxıntı çəkənə Cənnət vacib olur.” [İ.Qazali]
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0