Facebook Twitter WhatsApp

“Nə tamsınız, nə də heçsiniz”

Sual: İnsanın etdiyi işlərdə seçmə haqqı yoxdurmu?
Cavab:
 Bu mövzuda Seyyid Abdülhakim əfəndi, bir üniversitet tələbəsinə verdiyi cavabda buyurur ki:

“Ətraf mühitin arzu və əməllərinə tabe olduğu zaman, hər şeyi ağlınla, elminlə, gücünlə yaradaraq etdiyinə, bütün müvəffəqiyyətləri icad etdiyinə inanırsan. Haqqın sənə verdiyi vəzifəni unudur, o yüksək məsuliyyətdən istefa edir və əmanətə sahib çıxmağa çalışırsan. Özünü malik, hakim tanımaq və tanıtdırmaq istəyirsən. Digər tərəfdən, ətraf mühitin arzularına tabe olmamağa, xarici qüvvələr səni məğlub etməyə başlasa, o zaman da, özündə ümidsizlikdən başqa bir şey görmürsən. Heç bir seçmə haqqına sahib olmadığını iddia edirsən. Qədəri bir Elmi-mütəqaddim deyil, bir cəbri- mütəhakkim mənasında anlayırsan.

Süfrənə sevdiyin yeməklər gəlmədiyi zaman əlində olan quru çörəyi yeməklə, yeməyib aclıqdan ölmək arasında sərbəst olduğun və quru tikələr, ağzına zorla tıxılmadığı halda, onları yeyirsən. Həm yeyirsən, həm də bir şey etmədiyinə hökm edirsən. Düşünmürsən ki, əlin və ağzın, yenə arzunla oynamış və bu bir titrəyiş olmamışdır. İradənə malik olduğun halda, səni aciz qoyan xarici qüvvələr qarşısında özünü məcbur, ümumiyyətlə bir heç sayırsan.

İşin yolunda gedəndə “Tam”, işlərin tərs olduğu zamanında ise, qədərin təzyiqi altında oyuncaq bir “Heç” deyə iddia etdiyin o sən, bunlardan hansısan? Tamsan yoxsa, heçsən?

Siz, nə tamsınız, nə də heçsiniz, ikisi arası bir şeysiniz. Bəli siz, icad etməkdən, hər şeyə hakim olmaqdan, şübhəsiz uzaqsınız. Lakin, inkar olunmayan bir seçmə, tərcih haqqınız var. Siz hər biriniz, bənzəri, ortağı olmayan bir hakim və mütləq, müstəqil bir malik olan, Haqq təalanın əmri altında, ayrı-ayrı və müştərək vəzifələr alan məmursunuz! Onun qoyduğu hökm və nizamla, Onun təyin etdiyi vəzifələriniz və yaradıb əmanət olaraq verdiyi səlahiyyət və vasitələriniz nisbətində vəzifələrinizi icra edirsiz. Əmir, hakim, malik Odur. Qazandığınız uğurlar, Onun üçün olmadıqca, hər zaman yalan, hər zaman boşdur. O halda qəlblərinizdə, nə üçün yalana yer verirsiniz? Nə üçün Haqq təalanı məbud bilmirsiniz, amma minlərlə, xəyal olan məbudlar arxasında qaçır, hamınız sıxıntılar içində boğulursunuz? Nə üçün o əməli Haqdan başqasında axtarırsınız?”

Sual: İnsandakı iradəni də yaradanın Allahü təala olduğunu görən insan, necə bir seçim sahibi ola bilər?

Cavab: İradə ilə olan işləri etmək arzusu, Allahü təalanın yaratması, cəbr, məcburiyyət olmur. O arzunu Allahü təala yaratsa da, insan kəsb, yəni seçim edir. Allahü təalanın iradəsi, bir şeyi yalnız yaratmağa və ya yalnız yaratmamağa məxsus olmayıb, hər ikisinə də şamil olduğu kimi, insanın iradəsi də belədir. İşi etməyi də, etməməyi də iradə edə bilər. Yəni, etmək istədiyimiz anda, etməməyi də istəyə bilərik. Bir işi görərkən, heç kim, bu işi etməmək əlimdə deyildi deyə bilməz. Seyyid Abdülhakim Arvasi həzrətlərinin buyurduğu kimi:
“Qəza və qədər, bir cəbri-mütəhakkim deyil. Bir elmi-mütəqaddimdir.” Yəni qədər (taleh), Allahü təalanın zorla etdirməsi deyil, sonsuz öncələrdəki elmidir, bilməsidir.

İnsanın əməllərində məcburiyyət yoxdur

Sual: “İnsan günah işləməyə məcbur və işlədikləri pisliklərdən də üzrxahdır. İbadətlərə savab, günahlara əzab olmayacaq” deyən insana necə bir cavab verməliyik?
Cavab:
 Bu insan, sözlərindən anlaşıldığı kimi inanırsa, dinsizdir. Əgər ibadətlərə savab, günahlara əzab var, amma insan bunları etməyə məcburdur. Hər kəs qəza və qədərin əlində əsirdir deyə, günahlarına kədərlənirsə, bu səhv etiqadını düzəltməsini, ona söyləmək lazımdır.

 Allahü təala, olacaq günahları əzəldə bilirdi. Ancaq, insanın yaxşılığı, pisliyi, Cənnətlik, Cəhənnəmlik olacağı, son nəfəsdə bəlli olur. Peyğəmbər Əfəndimiz buyurdu ki:
“İnsan, bütün ömrü boyu Cəhənnəm atəşinə aparan günah işlər görsə də, bu insan, ömrünün son günlərində, Cənnətə aparan yaxşılıqlar edərək, Cənnətə gedə bilər.”

Günah işləyən insan, bu hal üzrə yaşayıb ömrünün bu halda bitəcəyini Allahü təalanın bildiyini hardan anladı ki, özünü son nəfəsə qədər, günah işləməyə məcbur zənn edir, yaxşı olmaqdan ümidsiz olur. Bir çox inatkar kafirin son günlərində imana gəldiyi çox görülmüşdür. Özünün belə düzələcəyinə nə üçün ehtimal vermir, nə üçün yaxşılığa üzünü çevirmir? Ölənə qədər günah işləyəcəyi, ona bildirildimi? Bəlli bir kafirin əbədi kafir qalıb-qalmayacağını Allahü təala bilir. Qurani-kərimdə xəbər verilən kafirlərin, küfrə məcbur olmaları və onların imana çağrılmaları, əllərindən gəlməyən bir işi istəmək demək olacağı da, yanlış sözdür. Allahü təala, olacaq şeyləri, olacağı üçün bilir. Qurani-kərimdə xəbər verilən şeylər də, olacaqları üçün bildirilir.

Bir rəssamın, at rəsmi çəkməsi, at o şəkildə olduğu üçündür. Yoxsa, atın o şəkildə olması, rəssam elə çəkdiyi üçün deyil. Allahü təalanın, bəzi insanların imana gəlməyəcəklərini bilməsi və Qurani-kərimdə xəbər verməsi, onlar, öz arzuları ilə küfür üzrə qalmağı niyyət edib, iman etmək istəmədikləri üçündür. Yoxsa ki, bunların kafir olması, Allahü təalanın bunları kafir bildiyi və xəbər verdiyi üçün deyil. İmana çağırılmaları da, olmayacaq şeyi istəmək deyil. Qurani-kərimə toplu halda iman etmək kifayət edir. Hər yerinə ayrı-ayrı iman etmək tələb olunmur ki, Qurani-kərimdə yazılı kafirlərin öz imansızlıqlarına da iman etmələri lazım gəlsin.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину