Sual: Əgər kimin Cəhənnəmə gedəcəyini Allah bilirsə, niyə əmrlər və qadağalar bildirdi? Xeyri və şəri Allah yaradırsa, şər işlərimizdən nə üçün məsul oluruq?
CAVAB
Xeyir və şər, Allahü təalanın yaratması ilədir. Savab və günah insanın iradəyi-cüziyyəsinə bağlı qılınmışdır, buna da “kəsb” deyilir. Kəsb quldan, yaratmaq Allahdandır. Bir ayəti-kərimə məali:
“Zərrə qədər yaxşılıq və pislik edən qarşılığını görəcəkdir.” [Zəlzələ 7,8]
Allahü təala insanlara zorla günah işlətməz. Deyək ki, qarşımızda iki qatar var. Platformada bunlar yazılıdır:
“Sağ yoldakı qatara minən, sonsuz xoşbəxtlik diyarı olan Cənnətə gedəcək. Soldakı qatara minən sonsuz əzab diyarı olan Cəhənnəmə gedəcək. Sağ yoldan gedən bəzi şeylər etməlidir və bəzi şeylərdən imtina etməlidir. Məsələn, namaz, oruc kimi dinin əmrlərinə tabe olmalı və günahlardan çəkinməlidir. Soldan gedən isə, yol boyu sıxıntı görməz. Onun üçün heç bir qadağa yoxdur. Heç bir şey etməyə də məcbur deyil. Amma yol bitdikdə sonsuz sıxıntılara məruz qalacaq.”
Sərnişin hürr iradəsiylə gedəcəyi yerin biletini alır. İstədiyi qatara minir. Son stansiyaya çatmadan fikrini dəyişə bilər, geri qayıda bilər. Sağ yoldan gedən qatardan düşüb, sol yoldan gedən qatara minənlər çıxa bildiyi kimi, sol yoldan gedən qatardan düşüb, sağ yoldan gedən qatara minənlər də çıxa bilər.
Göründüyü kimi, insan sərbəstdir. İstədiyi qatara minib, istədiyi diyara gedə bilər. Amma onu aparan bir nəqliyyat vasitəsi var. Qatar onu aparır. Qatarı sürən bir nəfər var. İnsanları xoşbəxtlik diyarına da, bədbəxtlik diyarına da aparan qatardır. Demək ki, bütün işləri, yəni xeyri və şəri Allah yaradır demək, qula o işi icra etmək gücünü verən Allahdır. Nümunəmizdəki qatar olmasaydı, insan çox uzun olan bu səyahətə çıxa bilməzdi. Öz iradəyi-cüziyyəsi ilə bədbəxtlik diyarına gedən insanın, “Bu diyara qatar səfəri təşkil etməsəydiniz, biz də buraya gəlməzdik” deyərək, dəmir yolu nəqliyyatını təqsirləndirmək doğru olmaz. Çünki bu qatara heç kim zorla mindirilmədiyi kimi, üstəlik minərkən də, yolda da, son ana qədər lazım olan xəbərdarlıqlar olunmuşdur. Hər kəs öz arzusu ilə işlədiyi xeyir və ya şərin qarşılığını görəcəkdir.
“Allah, istədiyini azdırır, istədiyini də doğru yola yönəldir” məalindəki ayələri göstərib, “Bizim azğınlıqda qalmağımız Allahın diləməsi ilə olduğuna görə, Allahın bizi azğın deyə təqsirləndirməyə haqqı yoxdur” və “Xeyri və şəri Allah yaratdığına görə, gördüyümüz pis işlərdən məsuliyyət daşımırıq” deyənlər çıxır. Qəbahətlərini Allaha yükləməyə çalışırlar. Qurani-kərimi anlamaq elə asan deyil. Elə olsaydı, Allahü təala, “Rəsulum, Quranı insanlara izah et” deyə əmr etməzdi. Bəzi ayələr, bəzisini açıqlayır, izah edir. Bir ayə məali belədir:
“Allah, iman edənləri dünya və axirətdə sap-sağlam tutur, zalımları isə azdırır.” [İbrahim 27]
Deməli, iflah olmayanlar, yəni qurtuluşa çatmayanlar, zalımlar, xainlər və bunun kimi pis insanlardır. Allahü təala yaxşılığı və pisliyi insanların iradə etməsi, diləməsi ilə yaradır. Namaz qılana da, oğurluq edənə də mane olmur. Onlara namaz qılmaq və oğurluq etmək gücünü verən də Allahü təaladır. Allahü təala diləyərsə, bir insanı layiq olmadığı halda hidayətə qovuşdura bilər. Yaxşı insanı isə əsla azğınlıqda qoymaz. Zalım, xain bir adamı isə, ədalətinin gərəyi olaraq azğınlığa salar. Bir yaxşılıq edənə on qatı, yüz qatı, min qatı savab verə bilər. Amma əksəriyyətlə bir günah işləyənə bir cəza verir. Savab və günah işləmək, insanların iradəyi-cüziyyəsinə bağlı qılınmışdır. Haşa, Allahü təala insanlara zorla günah işlətməz. Zorla günah işlətsə, sabah “Niyə günah işlədin?” deyə heç sorğuya çəkərmi?
İbadətə ehtiyac var
Sual: Etdiyim və edəcəyim işlər əvvəlcədən təqdir edilib yazıldığına görə, iş görməyin nə mənası var?
CAVAB
Əshabı-kiramdan bir şəxs də eyni sualı soruşmuşdu. Peyğəmbər əfəndimiz buyurdu ki:
“Hər kəs öz işinə hazırlaşır.” [Müslim, Tirmizi]
Eyni sualı soruşan Həzrəti Ömərə də buyurdu ki:
“Hər kəs əvvəlcədən təqdir edilmiş olan işlərə hazırlaşır. Səadət əhlindən olan, səadət üçün çalışır, şəkavət əhlindən olan da şəkavət üçün çalışır.” [Tirmizi]
Eyni sualı soruşan başqa birinə də “Şəms” surəsini oxudu. Bu barədə olan hissənin məalı belədir:
“Cənab Haqq xeyri, şəri [və ya taət və günahı] və bu ikisinin hallarını öyrədib bunlardan birini bacara bilməsi üçün insana ixtiyar [seçim haqqı, iradəyi-cüziyyə] verdi. Nəfsini təzkiyə edən [pisliklərdən təmizləyib fəzilətlərlə dolduran] qurtuldu. Nəfsini günahda, cəhalətdə, dəlalətdə qoyan, ziyan etdi.” [Şəms 8-10 Bəydavi]
İnsan, iradəyi-cüziyyəsini istifadə etməkdə sərbəstdir, məcbur deyildir. Yəni iradəyi-cüziyyə, yaxşılığa sərf edilsə, Allahü təala yaxşılıq yaradır, pisliyə sərf edilirsə, pislik yaradır. Qul iradəyi-cüziyyəsini istifadə edir, Allahü təala da yaradır. (İradəyi-cüziyyə risaləsi M.Akkərmani)
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0