Sual: “Avtomobil qəzası qədər [alın yazısı] deyil. Ölkənin qədərini dəyişdirəcəyik. Əcəli gəlmədən öldü” kimi şeylər danışırlar. “İnsan yaradılışında boyunun uzunluğu və saçının rəngində qədərə hökm edə bilməz. Ancaq hürr iradəsiylə etdiyi işlərdə qədərin rolu yoxdur”. “Əmri-ilahi gəlmədən intihar edən, təqdiri-ilahini dəyişdirdiyi üçün Cəhənnəmlik olur” deyirlər. Kimi, “Qədər utansın” deyərək qəbahəti qədərə yükləyir. Kimi də, “İnsan qədərini, alın yazısını özü yazır” deyir. Bunlar doğrudurmu?
CAVAB
Bunların hamısı səhvdir. Qəza və qədər mövzusu çox incə bir məsələ olduğu üçün, bir çox alim büdrəmiş və müxtəlif bidət firqələr əmələ gəlmişdir. Alimlərin belə zəlalətə düşdüyü bu cür mövzularda qədərdən, alın yazısından bəhs etmək düzgün deyil. Sadəcə nəql etmək olar. Peyğəmbər əfəndimiz də, “Qədərdən bəhs edildikdə susun” buyurur (Tabərani).
Hər Müsəlmanın Aməntüdəki əsasları təsdiq etdikdən sonra, işlədiyi günahlardan məsul olduğunu bilməsi kifayətdir. Əcəli gəlmədən heç kim ölməz. Avtomobil qəzasında və ya vurularaq ölən də əcəli gələrək qədəri ilə ölmüşdür. Yəni öldürülən və ya qəzada ölənin ömrü ortadan kəsilmir. O anda əcəli gəlmişdir, yəni ömrü bitərək ölmüşdür. Hər insanın bir tək əcəli vardır. Mötəzilə firqəsi, “İnsan öz alın yazısını özü yazır. İnsanların işlərinə Allah qarışmır” deyir. Bu, çox yanlışdır. Qurani-kərimdə məalən buyurulur ki:
“Allah hər şeyin yaradanıdır.” [Zümər 62]
“Xeyri, şəri, imanı, küfrü də yaradan Allahü təaladır.” [Beydavi təfsiri]
“Allah hər şeyi bilir.” [Hücurat 16]
“Yaradan sinələrdə olanları da bilir. Yaradan heç bilməzmi?” [Mülk 13,14]
Allahü təala əzəli elmi ilə qullarının edəcəkləri işləri bilir. Əgər Allah yaratdıqlarının nə edəcəyini bilmirsə, bilməyəndən necə ilah ola bilər. İlah hər şeyi bilməli, hər şeyə gücü çatmalıdır. Bilməyən, gücü çatmayan, möhtac olan, ölə bilən ilah ola bilməz. Allahü təala hər kəsin nə edəcəyini bilir. Cəbriyyə firqəsi isə, “Allah hər işi zorla etdirir. İnsan qədərinə məhkumdur. Heç kim işlədiyi günahdan məsul deyil” deyir. Bu da çox yanlışdır. Hər kəs etdiyindən məsuldur. Yaxşılıq edən mükafatını, pislik edən cəzasını görəcək. Zərrə qədər xeyir və şər işləyən qarşılığını alacaq. (Təkvir 14, Zilzəl 7,8)
Yaxşı insan yaxşılıq etmək istəsə, Allahü təala iradə edib yaradır. Belə insandan həmişə yaxşılıq meydana gəlir. Pis insan pislik etmək istədikdə, Allahü təala da iradə edir və yaradır. Belə insan, yaxşılıq etmək istəmədiyi üçün bundan həmişə pislik görülür. İnsan iradəyi-cüziyyəsilə yaxşılıq yaradılmasını istəsə savab, pislik yaradılmasını istəsə günah qazanır. İnsan günah işləsə cəzasını, savab işləsə mükafatını görəcək.
Qədər nə deməkdir?
Sual: “İşçi qədərinə tərk edilə bilməz, işi qədərə tapşırmamalı, işi Allaha qaldı” kimi sözlər istifadə edirlər. Qədər insanların əlindədirmi?
CAVAB
Qədər kəliməsi yanlış istifadə olunur. Təsadüf yerinə istifadə olunur. “İşi təsadüfə buraxmaq olmaz” deyilir. Lakin “İşi qədərə buraxmaq olmaz” demək olmaz. Qədər, Allahü təalanın əzəli elmi ilə, qulların edəcəkləri şeyləri bilməsidir. Allahü təalanın elminə heç kim müdaxilə edə bilməz. “İşi Allaha qaldı” sözü də xoş deyil. Yaxşı-pis hər iş, Allahü təalanın diləməsi ilə olur. Xeyir və şərin Allahdan olduğuna inanmaq, imanın əsaslarındandır. “Onun işi əlimizdə idi, lakin indi Allaha qaldı” demək də düzgün deyil. Hər iş, hər zaman Allahü təalanın diləməsi ilə olur.
Bir yazıçı, “Ya Rəbb, Bosnyalılar və Çeçenlər müvəffəq ola bilmədilər. Artıq iş sənə qaldı” deyə dua etdiyini yazıb. Bundan əvvəl iş kimin əlində idi ki? Hər iş, hər zaman Allahü təalanın əlindədir. Heç kim Ona zidd iş görə bilməz. Qəza və qədəri bilməyənlər, belə xətalara düşürlər.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0