Sual: Həbsxanadakı məhkumlara qədər məhkumu və ya qədər qurbanı demək caizdirmi?
CAVAB
Xeyir və şər, yəni hər şey Allahü təalanın təqdiriylə olduğu üçün, həbsə düşməyi qədərdən bilməyin zərəri yoxdur, ancaq qəbahəti qədərə yükləmək caiz deyil. İçki içib və ya başqa günah işləyib, “Nə edim qədərim belə imiş, alnıma belə yazılıbmış” deyərək, qəbahəti qədərə, yəni Allahü təalaya yükləmək əsla caiz olmaz. Həmçinin, qəzəblənib birini öldürən adamın, “Nə edim, qədərim belə imiş, qədər qurbanıyam” deyərək, qəbahəti qədərə, yəni Allahü təalaya yükləməsi caiz olmaz. Bu cəhətdən qədər qurbanı demək caiz olmadığı kimi, qədər məhkumu demək də caiz deyil.
Qədər, insanın ömür boyu nələr edəcəyini, Allahü təalanın əzəli elmi ilə bilməsi deməkdir, yoxsa ki, bizə zorla etdirməsi demək deyil. Bu baxımdan qədər məhkumu ifadəsini istifadə etməməliyik.
Sual: “Millətin qədərini, taleyini dəyişdirəcəyik, millətin qədəri bu deyil” kimi sözlər danışırlar. Mehmet Akif də, bir şeirində “Qədərmiş, eləmi? Haşa! Bu söz deyil doğru/Bəlanı istədin, Allah da verdi, doğrusu bu” deyir. Meydana gələn bir şey üçün qədər deyildir demək, qədəri inkar sayılmazmı?
CAVAB
Bu sözlər qədəri bilməməkdən qaynaqlanır. Qədərə iman, Aməntünün altı şərtindən biridir. İnkar edən küfrə girər. Xüsusilə də mötəzilə firqəsi, “İnsan öz qədərini öz yazır” deyərək Allahü təaladan olan qədəri inkar edir. Qədərə iman edən Müsəlmanların, təhlükə qarşısında tədbir almadıqları zənn edilir, qədərçi deyilir. Təvəkkül də belə yanlış anlaşılır. Təvəkkül edən, tədbir almaz, səbəblərə yapışmaz zənn edilir. Halbuki təvəkkül, lazım olanları etdikdən sonra, tədbir aldıqdan sonra səbəblərə deyil, sadəcə Allahü təalaya güvənmək, səbəblərin təsir etməsini Allahdan gözləmək deməkdir. Qədər isə, olacaq şeylərin hamısını, əzəli elmi ilə Allahü təalanın bilməsi, qəza da vaxtı çatdıqda bunları yaratması deməkdir. Qədərə imanın, tədbir alıb-almamaqla əlaqəsi yoxdur. İnsanın tikdiyi çürük bina zəlzələdə yıxılsa, sağlam bina tikəninki yıxılmasa, Allahü təala, birinin yıxılacağını, digərinin də yıxılmayacağını bilir. Vaxtı gəldikdə də bunlar meydana gəlir. Elə qəza və qədər də budur.
Tədbir almayanın başına bir iş gəldikdə, bu qədər deyildir demək, qədəri inkar etmək və ya qədəri bilməmək deməkdir. Qəbahətli və ya qəbahətsiz, sərxoş və ya ayıq bir insan avtomobil qəzasına düşsə, bu da qədərdəndir. Sərxoşun qəzaya düşməsi qədərdəndir. İntihar edənin etdiyi iş də qədərdəndir. Yəni bunların hamısının olacağını Allahü təala əzəli elmi ilə bilir. Başa gələn, yaxşı-pis hər şey, qədərdəndir. Qədərin xaricində bir iş ola bilməz. Bu, imanın altı şərtindən biridir, inkar etmək insanı küfrə sürükləyir. Bir neçə hədisi-şərif məali belədir:
“Qədərə iman etmədikcə, başa gələcək olanın əsla səhvən olmayacağına, başa gəlməyəcək olanın da əsla gəlməyəcəyinə inanmadıqca, heç kim iman etmiş sayılmaz.” [Tirmizi]
“Qədərə inanmayan, imanın həqiqətinə çata bilməz.” [Nəsai]
“Qədəri inkar edənin İslamdan nəsibi yoxdur.” [Buxari]
“Qədəri inkar edənə, bütün peyğəmbərlər lənət edər.” [Tabərani]
“Axır zamanda, qədəri inkar edənlər çıxacaq.” [Tirmizi]
Göründüyü kimi, Peyğəmbər əfəndimiz axır zamanda qədəri inkar edənlərin çıxacağını bildirmişdir.
İradə, imtahan və qədər
Sual: “İnsanın iradəsiylə etdiyi şeylər qədər, alın yazısıdır, digərləri isə imtahandır. Məsələn, insanların uçqun altında qalması qədər deyil, imtahandır” demək doğrudurmu?
CAVAB
Xeyr, yanlışdır. Hadisələr, istər insanın iradəsiylə olsun, istər olmasın, yenə alın yazısı ilə olur. Heç bir müdaxilə olmadan, öz-özünə mədən ocağının partlaması alın yazısı olduğu kimi, insanların öz iradələri ilə partlatması da alın yazısıdır. Yəni, hər hadisə alın yazısıdır. Alın yazısı, yəni Allahü təalanın təqdiri xaricində bir şey ola bilməz.
Olmasaydı ölməzdi demək doğrudurmu?
Sual: Hər hansı bir səbəblə ölən insan haqqında, “O səbəb olmasaydı ölməzdi” məsələn, “Avtomobil yoluna çıxmasaydı” və ya “Zəlzələ olmasaydı”, yaxud “Bomba partlamasaydı ölməzdi” deyənlər olduğu kimi, “Avtomobil yoluna çıxmasa da, zəlzələ olmasa da, bomba partlamasa da, o insan mütləq başqa bir səbəblə öləcəkdi” deyənlər var. Bunların hansı doğrudur?
CAVAB
Hər ikisi də səhvdir. Ölən və ya öldürülən adamın, nə məqsədlə və necə öləcəyini və ya öldürüləcəyini Allahü təala əzəli elmi ilə bildiyi üçün, qədərini o şəkildə yazmışdır. Bu, dəyişikliyə uğramaz. O insan haqqında “Ölməzdi” və ya “Başqa səbəblə ölərdi” demək düzgün deyil. O iş olmuş, bitmişdir. “Belə olsaydı ölməzdi” demək olmaz.
Bir də, “Allah elə yazdığı üçün öldü və ya öldürüldü” deyərək qəbahəti Allaha yükləmək də düzgün deyil. Allahü təala, nələr olacağını, necə öləcəyini bildiyi üçün, olacaq şeyi onun taleyinə yazmışdır. Seyid Abdülhakim Arvasi həzrətləri, “Qədər, Allahü təalanın əzəli elmi ilə bilməsidir, zorla etdirməsi demək deyil” buyurur. Kimin avtomobil qəzasında, kimin zəlzələdə, kimin bomba partlamasıyla, kimlərin isə ürək tutmasından və ya başqa bir səbəblə öləcəyi əzəldə yazılmışdır, o iş mütləq meydana gələcək. “Belə olsaydı meydana gəlməzdi” demək düzgün deyil.
Qədəri bilməmək
Sual: Bəziləri, “Olduğu qədər, olmadığı qədər” deyirlər. Yəni “Etdiyimizi özümüz edirik, edə bilmədiyimiz də qədərdəndir” deyirlər. Qədərdə olmayan şeylər də vardırmı?
CAVAB
Hər şey qədərdir. Qədərə inanmaq imanın şərtidir. Ancaq Mötəzilə düşüncəsində olanlar qədəri inkar edirlər. Bir şey olsa da, olmasa da qədərdən olduğu kimi, olan şeyin, yaxşısı da, pisi də qədərdəndir. Qədər, Allahü təalanın əzəli elmi ilə, qulların öz iradələri ilə edəcəkləri şeyləri bilməsidir. Bilmək zorla etdirmək demək deyil. Öz iradəmizlə səhv işlər görüb, sonra “Alnımın yazısı belə imiş” deyərək qəbahəti qədərə yükləmək yanlışdır.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0