Facebook Twitter WhatsApp

Nəfsimiz yaradıcı deyil

Sual: Əhli-sünnət kitablarında, həm xeyir-şər Allahdandır deyilir, həm də qul işlədiyi günahlardan məsuldur deyilir. Bu ziddiyyət deyilmi? Günahları nəfsimiz yaratmırmı?
CAVAB
Dinimizdə ziddiyyət yoxdur. Hər şeyin yaradanı yalnız Allahü təaladır, başqa yaradan yoxdur. Nəfsimiz bir şey yarada bilməz. Nəfsimizi yaradan bilmək mötəzilə firqəsinin düşüncəsidir. Nəfsimiz insan və cin kimi mükəlləf bir məxluq belə deyil. İnsan öldükdə nəfsi yox olacaq. Mükəlləf belə olmayan və yox olub gedən bir şeyə yaradan demək necə də səhvdir. İmanın altı əsasından biri də, xeyrin və şərin Allahdan olduğuna inanmaqdır. Buna inanmayan Müsəlman ola bilməz.
Rəsulullahın varisləri olan Əhli-sünnət alimləri buyurur ki:
“Hər şeyi yaradan, tərbiyə edən, yetişdirən, hər yaxşılığı etdirən, göndərən daima Allahü təaladır. Qüvvət və qüdrət sahibi yalnız Odur. O xatırlatmazsa heç kim yaxşılıq və pislik etməyi iradə, arzu edə bilməz. Qulun iradəsindən sonra, O da istəmədikcə, qüvvə və fürsət vermədikcə, heç kim heç kimə zərrə qədər yaxşılıq və pislik edə bilməz. Qulun istədiyi hər şeyi O da iradə etsə, diləsə yaradır. Yalnız Onun iradə etdiyi olur. Yaxşılıq və pislik etməyi müxtəlif səbəblərlə xatırladır. Mərhəmət etdiyi qulları pislik etməyi iradə etdikdə, O iradə etməz və yaratmaz. Yaxşılıq etməyi iradə etdikləri zaman, O da iradə edir və yaradır. Belə qullardan daima yaxşılıqlar görülür. Qəzəb etdiyi düşmənlərinin pis iradələrinin yaradılmasını, O da iradə edir və yaradır. Bu pis qullar, yaxşılıq etməyi iradə etmədikləri üçün bunlardan dima pislik görülür.
Deməli, insan bir alət, bir vasitədir. Katibin əlindəki qələm kimidir. İnsan, ona ehsan edilmiş İradəyi-cüziyyəni istifadə edərək, yaxşılıq yaradılmasını istəyəndə savab, pislik yaradılmasını istəyəndə günah qazanır. Allahü təala, insanların istəkli işlərini onların iradələri ilə yaratmağı əzəldə iradə etmişdir. İşlərin insan iradəsi ilə yaradılması, əzəldəki ilahi iradə ilə yaradılması deməkdir.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину