Sual: Qiyamətdə hesaba çəkilən hər kəs sıxıntıya məruz qalacaqmı?
CAVAB
Hesaba çəkilən hər kəs sıxıntı görəcək. Sorğusuz-sualsız Cənnətə girməyə çalışmalıyıq! Hədisi-şəriflərdə buyuruldu ki:
“Qiyamətdə hesaba çəkilən həlak olmuşdur.” [Buxari]
“Hesaba çəkilən əzab görəcək.” [Bəzzar]
Sorğusuz-sualsız Cənnətə girmək asandırmı? Hər kəs mütləq hesaba çəkilməyəcəkmi? Hədisi-şərifdə buyuruldu ki:
“Qiyamətdə hər kəs bu dörd suala cavab vermədikcə hesabatdan qurtula bilməz:
1- Ömrünü necə keçirdin?
2- Elmi ilə necə əməl etdin?
3- Malını haradan və necə qazanıb, haraya xərclədin?
4- Bədənini harada yordun?” [Tirmizi]
Ancaq hesabatı çox asan keçənlər də olacaq. Məsələn, “Sən filankəssən?” deyə soruşulacaq, sonra gözlətmədən Cənnətə göndəriləcək. Məsələn, Həzrəti Osman bunlardan biridir. Hədisi-şəriflərdə buyuruldu ki:
“Osmanın şəfaəti ilə Cəhənnəmlik olan yetmiş min nəfər sorğusuz-sualsız Cənnətə girəcək.” [İbni Asakir]
“Allahü təala buyurur ki: Qulumla əhdim vardır. Namazlarını vaxtında, əksiksiz qılarsa, ona əzab etmərəm və onu hesabsız [sorğusuz- sualsız] Cənnətə qoyaram.” [Hakim]
“Qiyamət günü insanlar hesaba çəkilərkən, bir carçı üç dəfə “Allahdan alacağı olanlar qalxsın və Cənnətə girsin” deyə səslənər. Bunu eşidənlər, “Allahdan alacaqlı olanlar kimlərdir ki?" deyərlər. “İnsanları əfv edənlərdir” deyilər. Bundan sonra minlərlə insan ayağa qalxar, sorğusuz-sualsız Cənnətə girərlər.” [Tabərani]
“Həccə gedərkən və ya qayıdarkən ölənin bütün günahları əfv olur. O kimsə, hesaba çəkilmədən və əzab görmədən Cənnətə girər.” [İsfəhani]
“Səbirli və ixlaslı olanlar hesaba çəkilmədən Cənnətə girər.” [Tabərani]
“Təkəbbürü, xəyanəti və qul borcu olmayan mömin hesaba çəkilmədən Cənnətə girər.” [İ.Hibban]
“Allahü təala namazlarını doğru-düzgün qılana, əzab etmədən, sorğusuz-sualsız Cənnətə qoyacağına söz vermişdir.”
“Din qardaşının bir işini həll etmək üçün gedənin hər addımında 70 günahı əfv edilir və ona 70 savab verilir. Bu iş bitənə qədər belə davam edər. İş tamamlandıqda bütün günahları əfv edilir. Bu işi görərkən ölsə, sorğusuz-sualsız Cənnətə girər.” [İ.Əbiddünya]
“Ümmətim üç sinifdir. Bir qismi sorğusuz-sualsız Cənnətə girər. Bir qismi yüngül hesabat verərək girər. Bir qismi də günahlardan təmizlənərək girər.” [Tabərani]
Suda boğularaq ölən şəhidlərin qul borcları da əfv edilir. Haqq sahibləri bu şəhiddən haqlarını istədikləri zaman, Allahü təala, “Ondakı haqlarınızı Məndən istəyin” buyuracaq, haqq sahiblərinə alacaqlarını artıqlaması ilə verəcəkdir. Şəhid də sorğusuz-sualsız Cənnətə girəcəkdir.
Cənnətə sorğusuz-sualsız girən fəzilət sahiblərinə, sizin əməliniz nə idi deyə soruşulduğunda, “Dünyada bizə olunan təhqirə və zülmə səbir edib, bunları əfv edərdik” deyəcəklər.
Bəzi şəxslər də sorğusuz-sualsız Cəhənnəmə girər, yəni hesabatları çətin olar. Məsələn, bir hədisi-şərifdə buyuruldu ki:
“Bu altı nəfər, [əfv və ya şəfaət olunmazsa] sorğusuz-sualsız Cəhənnəmə girər:
1- Zülmünə görə hökmdar,
2- İrqçiliyə görə ərəb,
3- Təkəbbürlü kəndxuda,
4- Yalanı, xəyanəti olan tacir,
5- Həsədinə görə alim,
6- Xəsis zəngin.” [Əbu Yala]
Saleh Müsəlman hesaba çəkilmədən sorğusuz-sualsız Cənnətə girər, yəni hesabatı asan olar. Bu halda yaxşı bir Müsəlman olmağa çalışmalıyıq!
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0