Sual: Qiyamət günü mizan adlanan bir tərəzidən bəhs edilir. Mizan necə bir şeydir, bizim dünyada bildiyimiz tərəzilər kimidirmi?
Cavab: Qiyamət günü əməlləri, işləri ölçmək üçün bilmədiyimiz bir Mizan, bir ölçü aləti, bir tərəzi vardır. Yer və göy bir gözünə sığar. Savab gözü parlaqdır, Ərşin sağında Cənnət tərəfindədir. Günah tərəfi qaranlıqdır, Ərşin solunda, Cəhənnəm tərəfindədir. Dünyada olan işlər, sözlər, düşüncələr, baxışlar, orada şəkil alaraq, yaxşılıqlar parlaq, pisliklər qaranlıq və iyrənc görünər, bu tərəzidə ölçülər. Bu tərəzi dünya tərəzilərinə bənzəməz. Ağır tərəfi yuxarı qalxar. Yüngül tərəfi aşağı enər, dedilər. Alimlərin bir qisminə görə, müxtəlif tərəzilər olacaq. Alimlər tərəzilərin neçə ədəd və necə olduqları haqqında açıq məlumat vermədilər. Bunları düşünmək lazım deyil, dedilər.
Sual: Axirətdə imanlı və imansızların halı necə olacaq?
CAVAB
İmanı olmayanlar, yəni bütün kafirlər öldükdə, sonsuz Cəhənnəmə gedəcək və orada sonsuz qalacaqlar. İmanlı olanların savabları, günahları ölçüləcək. Savabı artıq gələnlər Cənnətə gedəcək və orada sonsuz qalacaqlar.
Bu mövzu haqqında ayəti-kərimələrdən bəzilərinın məalləri belədir:
“Qiyamət günü üçün ədalət tərəziləri quracağıq. O zaman heç kim heç bir haqsızlığa düşürülməz. Hər bir işi bir xardal dənəsi qədər də olsa, ədalət tərəzisinə gətirəcəyik. Hər kəsin hesabını görməyə yetərik.” [Ənbiya 47]
“O kəslərə ki, Peyğəmbər göndərilmişdir, onlara göndərilən peyğəmbərləri də mütləq sorğuya çəkəcəyik!” [Əraf 6]
“Hər gördükləri işləri özlərinə bir-bir deyəcəyik, çünki onlardan uzaq deyilik.” [Əraf 7]
“Qiyamət günü qurulacaq mizan haqdır, həqiqidir. Tərəzidə savabları ağır gələnlər - onlar qurtuluşa çatanlardır.” [Əraf 8]
“Savabları tərəzidə yüngül gələnlər - onlar, ayələrimizə qarşı haqsızlıq etdiklərinə görə özlərini ziyana salanlardır.”[Əraf 9]
Hədisi-şəriflərdə də buyurulur ki:
“Adəm oğlu Qiyamətdə gətirilər və mizanın kəfələri önündə durdurular. Ona bir mələk təyin edilər. Əgər mizanı ağır gəlsə, vəzifəli mələk, "Filankəs bundan sonra əbədi olaraq qurtulmuşdur” deyər. Mizanı yüngül gələrsə, mələk "Filankəs də məğlub olmuşdur" deyər.” [Əbu Nuaym]
“Qulun Qiyamətdə ilk hesaba çəkiləcəyi əməli namazdır. Əgər o düzgün çıxarsa, digər əməlləri də düzgün olar. Əgər o zay çıxarsa, digər əməlləri də zay olar.” [Tabərani]
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0