Sual: Qiyamətdə insanlar həşr olarkən hər kəs, yaxşı və pislər qarışıq olacaqmı, yoxsa yaxşılar ayrı olacaq?
CAVAB
Qurani-kərimdə məalən, “Hamınız dəstə-dəstə gələcəksiniz” buyurulur. (“Nəbə” 18)
Bu ayəti-kərimənin mənasını Peyğəmbər əfəndimizdən soruşmuşlar, O da geniş şəkildə izah etmişdir. İnsanların etdiyi əməllərə görə müxtəlif şəkillərdə həşr olunacağı bildirilmişdir. Hədisi-şərifin sonunda buyurulur ki:
“Meymun surətində olanlar söz gəzdirənlərdir. Donuz şəklində olanlar haram yeyənlərdir. Başı üstə sürünənlər, riba (faiz) yeyənlərdir. Korlar, hökm çıxararkən haqsızlıq edənlərdir. Lal və kar olanlar əməllərini bəyənənlərdir. Dilləri sinələrinə qədər sallananlar, işləri sözlərinə uyğun gəlməyən alimlərdir. Əl və ayaqları kəsik olanlar, qonşularını incidənlərdir. Pis qoxu içində gələnlər, içki içən, zina edən və zəkat verməyənlərdir. Qətrandan paltar geyinənlər, insanlara qarşı lovğalanıb təkəbbür edənlərdir. Allahü təala hamısından qorusun!” [Tibyan]
Daha başqa şəkillərdə də hesabat yerinə gediləcəyi bildirilmişdir. Burada bildirilənlər günah işləyib, tövbə etmədən ölənlər üçündür. Tövbə edənlər və ya savabı günahından artıq olan kəslər o şəkildə həşr edilməyəcəklər.
Ağıllı insan heç bir günahı kiçik görməməli, hamısından çəkinməlidir.
Sual: Məhşər günü siratdan rahatlıqla keçə bilmək üçün necə bir yol tutmaq lazımdır?
Cavab: Bu mövzu haqqında Süleyman ibn Cəza həzrətləri, “Əyyühəl Vələd” kitabında buyurur ki:
“Gecənin ən qaranlıq vaxtında, yəni səhər vaxtında ibadət et ki, sabah siratdan keçərkən hər tərəfin aydınlıq olsun.”
İbadətlərin ən dəyərlisi elmihal kitabı oxumaq, öyrənmək və öyrətməkdir.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0