Facebook Twitter WhatsApp

Qiyamət əlbəttə gələcək

Sual: Bəziləri Qiyamətə inanmır, hamısı bu dünyadadır deyirlər. Qiyamət haqqında məlumat verə bilərsinizmi?
CAVAB
İmam Rabbani həzrətləri buyurur ki:
Qiyamət vardır. O gün, əlbəttə gələcək. O gün göylərin parçalanacağı, ulduzların dağılacağı, yer üzü və dağların parçalanacağı, yox olacağı Qurani-kərimdə bildirilmişdir. (“Müzzəmmil” 14, “İnfitar” 1-5)

Qiyamətdə bütün məxluqlar yox olub, təkrar yaradılacaq, hər kəs məzardan qalxacaq. Allahü təala çürümüş, toz olmuş sümükləri yenidən dirildəcək. O gün tərəzi qurulacaq, hər kəsin hesab dəftərləri uçaraq yaxşılara sağ tərəflərindən, pislərə sol tərəflərindən gələcək.
Cəhənnəm üzərindəki sirat körpüsündən keçiləcək, yaxşılar keçib Cənnətə gedəcək, Cəhənnəmliklər Cəhənnəmə düşəcək.
Bu bildirdiklərimiz olmayacaq şeylər deyil. Müxbiri-sadiq [doğru xəbər verən] Muhamməd əleyhissalam xəbər verdiyi üçün qəbul etmək, inanmaq lazımdır. Xəyallara qapılaraq şübhəyə düşməməliyik. Allahü təala, “Rəsulumun gətirdiklərini qəbul edin”, yəni hər sözünə inanın buyurur. (“Həşr” 7)

Kafirlər hesabatdan sonra Cəhənnəmə girəcək, Cəhənnəm və əzabda əbədi qalacaqlar.
Möminlər Cənnətdə və Cənnət nemətlərində sonsuz qalacaqlar.

Günahı savabından çox olan möminlərin Cəhənnəmə girib, günahlarına qarşılıq olaraq bir müddət əzab görmələri ola bilsə də, bunlar Cəhənnəmdə sonsuz qalmayacaqlar. Qəlbində zərrə qədər iman olan bir kimsə Cəhənnəmdə sonsuz qalmayacaq, rəhməti-ilahiyəyə qovuşaraq Cənnətə girəcək. (3/17)

Qiyamət nə vaxt qopacaq?
Sual: 
Qiyamətin dəqiq nə vaxt qopacağı məlum deyildirmi?

CAVAB
Qiyamətin nə vaxt qopacağı bildirilmədi, “Onu ancaq Allah bilir” buyuruldu. (“Əraf” 187, “Əhzəb” 63)

Onu ancaq Allah bilir
Sual: Bəzi gənclər ayələrdəki sayları toplayıb, çıxıb, bölürlər və qiyamət filan vaxt qopacaq deyirlər. Qiyamətin nə vaxt qopacağı məlum deyildirmi?
CAVAB
İllərdir belə söyləyən zındıqlar çıxmışdır. Heç birinin əsli doğru çıxmamışdır. Çıxması da mümkün ola bilməz, çünki Allahü təala heç kimə bunu bildirmədiyini söyləyir. Mən hesabla bilirəm deyən, Allahü təalanı yalanlamış sayılır. Qiyamətin nə vaxt qopacağını yalnız Allahü təala bilir. Tək Müsəlman var olduğu müddətdə qiyamət qopmayacaq. Bir hədisi-şərif məali belədir:
“Yer üzündə Allah deyən [Müsəlman] var olduqca, qiyamət qopmaz.” [Müslim, Tirmizi, İ.Əhməd]


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину