Facebook Twitter WhatsApp

Qəbir sualları

Sual: Qəbirdə nələr soruşulacaq, cavabları nədir?
CAVAB
Qəbir suallarına cavab vermək üçün bunları öyrənmək lazımdır:

Rəbbin kimdir?
CAVAB
Allahü təala.

Dinin nədir?
CAVAB

İslam dini.

Hansı Peyğəmbərin ümmətindənsən?
CAVAB

Muhamməd əleyhissalamın.

Kitabın nədir?
CAVAB

Qurani-kərim.

Qiblən haradır?
CAVAB
Kəbəyi-müəzzəmə.

Etiqadda məzhəbin nədir?
CAVAB

Əhli-sünnət vəl camaat.

Əməldə məzhəbin nədir?
CAVAB

4 məzhəbdən hansındasansa, məsələn Hənəfi, Maliki, Şafii və Hənbəlidən biri söylənir.

Həmçinin aşağıdakı əsasları da bilmək lazımdır:

Kimin zürriyyətindənsən?
CAVAB

Adəm əleyhissalamın.

Kimin millətindənsən?
CAVAB

İbrahim əleyhissalamın.

İman nədir? Əməntünün əsasları nələrdir?
CAVAB

İman, Muhamməd əleyhissalamın Allahü təala tərəfindən gətirdiyi əmr və qadağalara inanmaq, inandığını dil ilə söyləməkdir.

İman, Əməntüdə bildirilən altı əsasa inanmaq və Allahü təala tərəfindən bildirilən əmr və qadağaların hamısını qəbul etmək və bəyənməkdir.

Əməntü belədir:
Əməntü billahi və məlaikətihi və kütübihi və rüsülihi vəl yəvmil axiri və bilqadəri xayrihi və şərrihi minallahi təala vəl bəasü bəadəl məvti haqqun. Əşhədü ən la ilahə illəllah və əşhədü ənnə Muhammədən abdühü və rasülühü.
[Yəni, Allaha, mələklərinə, göndərdiyi kitablarına, peyğəmbərlərinə, axirət gününə, qədərə, xeyrin və şərin Allahdan olduğuna, öldükdən sonra dirilməyə inanıram. Allahdan başqa ilah olmadığına və Muhamməd əleyhissalamın Allahın qulu və son Peyğəmbəri olduğuna şəhadət edirəm].

İslamın şərtləri hansılardır?
CAVAB

Bunlardır:
1- Kəlmeyi-şəhadət gətirmək
“Əşhədü ən la ilahə illəllah və əşhədü ənnə Muhammədən abdühü və rasulühü” demək. Mənası budur:
“Mən şəhadət edirəm ki, [Yəni görmüş kimi bilirəm və bildirirəm ki] Allahdan başqa ilah yoxdur və yenə şəhadət edirəm ki, Muhamməd əleyhissalam Onun qulu və rəsuludur.”
Rəsulullaha inanmaq, Onun bildirdiklərinin hamısını qəbul etmək, inanmaq və hamısını bəyənmək deməkdir.
2- Namaz qılmaq
3- Zəkat vermək
4- Oruc tutmaq
5- Həcc etmək


Allahü təalanın sifətləri nələrdir?
CAVAB

Allahü təalanın Sifəti-zatiyyəsi altıdır:
1- Vücud
2- Kıdəm
3- Bəka
4- Vəhdaniyyət
5- Müxaləfətün-lilhəvadis
6- Qıyam bi-nəfsihi

Allahü təalanın Sifəti-sübutiyyəsi səkkizdir:
1- Həyat
2-
 Elm
3-
 Səm
4-
 Basar
5-
 İradə
6-
 Qüdrət
7-
 Kəlam
8-
 Təkvin


Qeyd: Bu əsaslar haqqında geniş məlumat, Tam Elmihal Səadəti- Əbədiyyədə var. Bu dəyərli kitabı, www.bizimislam.com saytından oxumaq və təmin etmək olar. Həmçinin, saytımızda Doğru İman Bilikləri maddəsində də bu mövzularda geniş məlumat var.

Sual: Hər kəsə və kiçik yaşda ölən uşaqlara da qəbir sualı olur?
CAVAB
Bu mövzu haqqında “Sirac” kitabında deyilir ki:
“Bütün insanlara qəbir sualı olacağını Əhli-sünnət alimləri söz birliyi ilə bildirmişdir. Sabi ikən ölənə də cənab Haqq cavab verməyi ilham edəcək.” İbni Abdül-Bərr və İmam Süyuti həzrətləri də “Mömin və münafiq olan əhli-qibləyə sual vardır” buyurmuşdur. Həzrəti Ömərə qəbir sualı olduğu və verdiyi cavabı bildirən xəbərlər, kitablarda mövcuddur.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину