Sual: Qəbirdə nələr soruşulacaq, cavabları nədir?
CAVAB
Qəbir suallarına cavab vermək üçün bunları öyrənmək lazımdır:
Rəbbin kimdir?
CAVAB
Allahü təala.
Dinin nədir?
CAVAB
İslam dini.
Hansı Peyğəmbərin ümmətindənsən?
CAVAB
Muhamməd əleyhissalamın.
Kitabın nədir?
CAVAB
Qurani-kərim.
Qiblən haradır?
CAVAB
Kəbəyi-müəzzəmə.
Etiqadda məzhəbin nədir?
CAVAB
Əhli-sünnət vəl camaat.
Əməldə məzhəbin nədir?
CAVAB
4 məzhəbdən hansındasansa, məsələn Hənəfi, Maliki, Şafii və Hənbəlidən biri söylənir.
Həmçinin aşağıdakı əsasları da bilmək lazımdır:
Kimin zürriyyətindənsən?
CAVAB
Adəm əleyhissalamın.
Kimin millətindənsən?
CAVAB
İbrahim əleyhissalamın.
İman nədir? Əməntünün əsasları nələrdir?
CAVAB
İman, Muhamməd əleyhissalamın Allahü təala tərəfindən gətirdiyi əmr və qadağalara inanmaq, inandığını dil ilə söyləməkdir.
İman, Əməntüdə bildirilən altı əsasa inanmaq və Allahü təala tərəfindən bildirilən əmr və qadağaların hamısını qəbul etmək və bəyənməkdir.
Əməntü belədir:
Əməntü billahi və məlaikətihi və kütübihi və rüsülihi vəl yəvmil axiri və bilqadəri xayrihi və şərrihi minallahi təala vəl bəasü bəadəl məvti haqqun. Əşhədü ən la ilahə illəllah və əşhədü ənnə Muhammədən abdühü və rasülühü.
[Yəni, Allaha, mələklərinə, göndərdiyi kitablarına, peyğəmbərlərinə, axirət gününə, qədərə, xeyrin və şərin Allahdan olduğuna, öldükdən sonra dirilməyə inanıram. Allahdan başqa ilah olmadığına və Muhamməd əleyhissalamın Allahın qulu və son Peyğəmbəri olduğuna şəhadət edirəm].
İslamın şərtləri hansılardır?
CAVAB
Bunlardır:
1- Kəlmeyi-şəhadət gətirmək
“Əşhədü ən la ilahə illəllah və əşhədü ənnə Muhammədən abdühü və rasulühü” demək. Mənası budur:
“Mən şəhadət edirəm ki, [Yəni görmüş kimi bilirəm və bildirirəm ki] Allahdan başqa ilah yoxdur və yenə şəhadət edirəm ki, Muhamməd əleyhissalam Onun qulu və rəsuludur.”
Rəsulullaha inanmaq, Onun bildirdiklərinin hamısını qəbul etmək, inanmaq və hamısını bəyənmək deməkdir.
2- Namaz qılmaq
3- Zəkat vermək
4- Oruc tutmaq
5- Həcc etmək
Allahü təalanın sifətləri nələrdir?
CAVAB
Allahü təalanın Sifəti-zatiyyəsi altıdır:
1- Vücud
2- Kıdəm
3- Bəka
4- Vəhdaniyyət
5- Müxaləfətün-lilhəvadis
6- Qıyam bi-nəfsihi
Allahü təalanın Sifəti-sübutiyyəsi səkkizdir:
1- Həyat
2- Elm
3- Səm
4- Basar
5- İradə
6- Qüdrət
7- Kəlam
8- Təkvin
Qeyd: Bu əsaslar haqqında geniş məlumat, Tam Elmihal Səadəti- Əbədiyyədə var. Bu dəyərli kitabı, www.bizimislam.com saytından oxumaq və təmin etmək olar. Həmçinin, saytımızda Doğru İman Bilikləri maddəsində də bu mövzularda geniş məlumat var.
Sual: Hər kəsə və kiçik yaşda ölən uşaqlara da qəbir sualı olur?
CAVAB
Bu mövzu haqqında “Sirac” kitabında deyilir ki:
“Bütün insanlara qəbir sualı olacağını Əhli-sünnət alimləri söz birliyi ilə bildirmişdir. Sabi ikən ölənə də cənab Haqq cavab verməyi ilham edəcək.” İbni Abdül-Bərr və İmam Süyuti həzrətləri də “Mömin və münafiq olan əhli-qibləyə sual vardır” buyurmuşdur. Həzrəti Ömərə qəbir sualı olduğu və verdiyi cavabı bildirən xəbərlər, kitablarda mövcuddur.