Sual: Belə fikirlər var: İmam Rabbani, «Dağda boya-başa çatmış, heç bir dindən xəbəri olmayan, bütə sitayiş edən müşriklər imanları olmadıqları üçün Cənnətə girməz. Allah Peyğəmbər göndərib xəbər vermədən, yalnız ağılları ilə tapa bilmədikləri üçün, qullarını sonsuz Cəhənnəmə atmaz. Bunlar bütün heyvanlar kimi yox ediləcəklər» desə də, ictihadında səhv etmişdir.
Fətrət dövründə olduğu kimi, dinin gedib çatmadığı insanlar, əhli-nicat, yəni Cənnətlikdir. Həmçinin, yox etmək, Cəhənnəmə atmaqdan daha böyük cəzadır. Dinin gedib çatmadığı bir insana Cəhənnəmdən daha ağır cəza verilə bilərmi?
CAVAB
Burada iki böyük səhv var:
Bir kimsə, İmam Əzəm, İmam Şafii səviyyəsində böyük bir müctəhid olsa belə, başqa bir müctəhidə səhv etdi deyə bilməz, çünki, “İctihad ictihadla pozulmaz” qaydası məşhurdur. Şafii məzhəbində imamın arxasında Fatihə oxumaq fərzdir. Hənəfidə isə, təhrimən məkruh, yəni haramdır. Hənəfilər, “Şafiilərin bu hökmü səhvdir” deyə bilmədiyi kimi, Şafiilər də, “Hənəfilərin bu hökmü səhvdir” deyə bilməz. İmam Matüridi ilə İmam Əşarinin fərqli ictihadları haqqında biri doğru, digəri səhvdir demək olmaz. “İmam Rabbani ictihadında səhv etmişdir” demək cürətini göstərmək, təəssübkeşlik qədər cahilliyi də açığa vurmaq deməkdir.
İkinci səhv isə, “Bir insanı yox etmək torpaq halına gətirmək, Cəhənnəmdən böyük cəzadır” sözüdür. Cəhənnəmin şiddətli əzabıyla müqayisədə, yox olmaq böyük qurtuluşdur. Çünki axirətdə kafir Cəhənnəmin şiddətinə dözə bilməyəcək, “Ya leytəni küntü türabə» yəni “Kaş ki, torpaq olaydım” deyəcəkdir. (‘’Nəbə’’ surəsi, ayə 40)
Əshabı-kiram və digər İslam alimləri Cəhənnəmin şiddətindən, hətta hesabat verməkdən o qədər çox qorxurdular ki, daş, torpaq, quş olmağı, heç doğulmamış olmağı istəmişdilər. Bir neçə nümunə:
Həzrəti Əbu Bəkir, “Kaş ki, bir quş, bir yaşıl ot olaydım, heç insan olmayaydım, Qiyamətdə də hesabat verməyəydim” buyururdu. Həzrəti Ömər də, Cəhənnəmə düşmək qorxusundan, bir ovuç torpaq, bir çöp və heç doğulmamış olmağı istəmişdi. (‘’Ehya’’, ‘’Zeyn-ül-məcalis’’, ‘’Kurrət-ül ayneyn’’)
Həzrəti Osman da, “Öldükdən sonra dirilməmək istərdim” deyərdi. Sahabədən Əbu Zər həzrətləri, “Cəhənnəmə düşməkdənsə, bir ağac olmaq istəyərdim” deyərdi. (‘’Ehya’’)
Kafirlərin, sonsuz əzaba dözə bilməyəcəklərini, torpaq olmaq istəyəcəklərini bildirən ayəti-kəriməni heçə sayıb, bu sonsuz əzabı yox olmaqdan daha yüngül görmək qədər axmaqlıq ola bilməz.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0