Sual: Saytınızda, “Cənnətdə nemət, Cəhənnəmdə əzab və atəş yoxdur, hər kəs neməti və atəşi özü ilə aparır” qeyd edilir. İmam Rabbanidən nəql edərək, “Cənnətdəki hər şey, dünyadakı ibadətlərin, yaxşılıqların meyvələridir” deyilərək, “Cənnətdə ağac yoxdur. Təsbeh, təhmid, təmcid və təhlil oxuyaraq, oraya çoxlu ağac əkin” hədisi bildirilir. Başqa yerdə isə, Cənnətin nemətlərlə, Cəhənnəmin atəş və başqa əzablarla dolu olduğu bildirilir. Bu ziddiyyət deyilmi?
CAVAB
Ziddiyyət yoxdur, ikisi fərqli şey deyil. Biri digərini izah edir. Cəhənnəmdəki əzablar kafirlər üçün hazırlanmışdır. Yəni kafir o əzablara öz əməlinə qarşılıq olaraq məruz qalır. Atəşini özü aparır o deməkdir ki, pis əməli ilə Cəhənnəmi haqq edir deməkdir. Cənnət nemətləri möminlər üçündür. Üç ayəti-kərimə məali:
“Cənnətin harasına baxsanız, bol nemət və böyük səltənət görərsiniz.” [“İnsan” 20]
“Gözəl əməllərinin mükafatı olaraq [Cənnətdə möminləri] məmnun edəcək nə nemətlər hazırlandığını heç kim bilə bilməz.” [“Səcdə” 17]
“Allahü təala qullarını dar-üs-səlama [salamatlıq, səadət yeri olan Cənnətinə] dəvət edir.” [“Yunus” 25]
Bir hədisi-şərif məali:
“Cənnətdən bir dırnaq ucu qədər bir şey dünyaya gəlsə, Qərblə Şərq arasındakıları bəzəyərdi. Cənnət əhlindən bir nəfər bilərzikləri ilə birlikdə görünsə, nuru günəşin işığını söndürərdi. Günəşin ulduzları söndürdüyü kimi.” [Tirmizi]
Cəhənnəm əzabları kafirlər üçündür. İki ayəti-kərimə məali: “De ki: Həqiqət Rəbbinizdəndir. Artıq istəyən inansın, istəyən inkar etsin! Biz zalımlar üçün atəşlə əhatələnmiş divarlar hazırladık. Onlar yardım istədiklərində, ərimiş mədən kimi, üzləri qovuran bir su sərpilər. Bu nə pis bir içkidir və Cəhənnəm atəşi nə pis bir dayanacaqdır!” “Kəhf” 29]
“Budur, onu, Səqara [Cəhənnəmə, şiddətli bir odun içinə] atacağam. Səqar, [içinə girənləri] nə çıxarır, nə də əzabdan əl çəkər. İnsanın dərisini yandırıb qovurar.” [“Müddəssir” 26-29]
Kafirlər üçün hazırlanan Cəhənnəm Müsəlmanları yandırmaz. Bir hədisi-şərif məali:
“Yaxşı-pis hər kəs [Cəhənnəm üzərinə qurulmuş Siratdan] keçər. İbrahim əleyhissalama atəşin sərin olduğu kimi, möminə sərin və salamat olur. Elə ki, Cəhənnəm, “Möminin nuru narımı söndürür” deyə bağırır.” [İbni Macə] (Deməli, Cəhənnəmdə atəş var, amma mömini yandıra bilmir.)
Cəhənnəmdə atəş və əzab olduğunu bildirən bir neçə hədisi-şərif məali belədir :
“Cəhənnəmdən bir qığılcım dünyaya düşsə, hərarətinin şiddəti və pis qoxusu Şərqlə Qərbi bürüyərdi.” [İbni Meduyə]
“Əgər Cəhənnəm yeməyi olan zəqqumdan tək bir damcı dünyaya damlasa, dünya xalqının yaşayışını fəsada çevirərdi.” [Tirmizi, İbni Macə, İ. Əhməd]
“Təkəbbürlü olan Cəhənnəmin əzabı ən şiddətli olan Bolis çuxuruna atılacaq.” [İslam Əxlaqı]
“Axşam namazını qıldıqdan [duadan] sonra, yeddi dəfə “Allahümmə əcirni minən-nar” deyən, o gecə ölsə, ona Cəhənnəm atəşindən qurtuluş əmanı verilər. Sübh namazından sonra da, eyni şəkildə oxuyub, o gün ölənə, yenə atəşdən qurtuluş əmanı verilər.” [Müslim] (Cəhənnəmdə atəş olmasaydı, belə dua etmək əmr edilməzdi. Əman, güvəncə, qarantiya sənədidir.)
Rəsulullah əfəndimiz Meracda Cənnətdəki nemətləri, Cəhənnəmdəki əzabları gördü. Cənab Haqqın cəmalını görmək arzusundan və həzzindən Cənnətdəki nemətlərin heç birinə baxmadı. Cəhənnəmdə vəzifəli Zəbani adlı mələklərə atəş zərər verməz. Bu dənizin balığa zərərli olmaması kimidir. (“Etiqadnamə”) [Cəhənnəmdə atəş olmasaydı, Zəbanilərə atəşin zərər verməyəcəyi bildirilməzdi.]
Hər mömin yaxşı əməli qədər nemətə qovuşur. İnanmaq və yaxşı əməl işləmək, Cənnətə nemət aparmaq sayılır. İnkar etmək və pis əməl işləmək də, Cəhənnəmə atəş aparmaq sayılır. Şəfalı bal şəkər xəstəsinə zərər verir. Qəbahət balda deyil. Bəzi qidalar da bəzi insanlara allergik təsir göstərərək zərər verir. Qəbahət qidada deyil, ona müsait olmayan orqanizmdədir. Cəhənnəmin kafirə zərər verməsi də belədir. Möminlə kafiri Cəhənnəmə atsalar kafir əzab görər, mömin görməz.
Cənnət nemətlərinin ən üstünü Allahü təalanı görməkdir. Mömin Allahü təalanı cəmal sifətilə görməklə ən böyük nemətə qovuşacaq. Cəhənnəm əzablarının ən büyüyü də yenə Allahü təalanı görməkdir. Kafir, Allahü təalanı qəhr və cəlal sifətilə görməklə ən böyük əzaba məruz qalacaq. (“Etiqadnamə”)
Cənnət və Cəhənnəm indi də vardır. (“Hər kəsə Lazım Olan İman”)
Nəticə: Deməli, Cənnətdəki nemətlər möminlərin əməllərinə uyğun, Cəhənnəmdəki əzab da kafirlərin əməllərinə uyğun hazırlanmışdır. Yeddi Cəhənnəmin və səkkiz Cənnətin olması buna görədir. Hər kəs əməlinə görə nemətə və ya əzaba məruz qalacaq. Mömin Cəhənnəmə girsə belə, Cəhənnəmin atəşi onu yandıra bilməyəcəyi üçün hər kəs atəşini özü aparacaq deyilmişdir.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0