Facebook Twitter WhatsApp

İmanın sıfatları (Xüsusiyyətləri)

   Əhli sünnət alimləri deyir ki, imanın sıfatları altıdır:
   AMƏNTÜ BİLLƏHİ: Mən Allahü azım-üş-şanın varlığına və birliyinə inandım, iman etdim.

   Allahü azım-üş-şan vardır və birdir.
   Şəriki və naziri yoxdur (Ortağı və bənzəri yoxdur).

   Məkandan münəzzihdir (Bir yerdə deyildir).
   Kəmal sıfatları vardır.
   Nöqsan sıfatlardan təmizdir. Onda yoxdur.
   Kəmal sıfatlar Allahü azım-üş-şanda olur. Nöqsan sıfatlar isə, bizlərdə olur.
   Bizlərdə olan nöqsan sıfatlar əlsiz-ayaqsız, gözsüz olmaq, xəstəlik və sağlamlıq, yemək, içmək və bunlara oxşar bir çox şeylərdir.
   Allahü azım-üş-şanda olan sıfatlar, yeri, göyü, o cümlədən havada, suda, yer üzündə və torpaq altında yaşamaqda olan müxtəlif məxluqları yaratması; ağlımıza gələn və acizliyimiz səbəbi ilə bəzilərinin ağlına gəlməyən bir çox məxluqları hər an varlıqda saxlaması; bütün məxluqatın ruzisini verməsi və başqa kəmal sıfatlardır. Qadiri mütləqdir. Hər varlıq Allahü azım-üş-şanın kamal sıfatlarından bir əsərdir.

   Allahü azım-üş-şan haqqında bilməli olduğumuz vacib sıfatlar iyirmi ikidir. İyirmi iki də muhal sıfatları vardır.
   Vacib-lazım deməkdir. Bu sıfatlar Allahü azım-üş-şanda vardır. Muhal olanlar isə yoxdur. Muhal – vacibin ziddidir. Var ola bilməz, deməkdir.
   Allahü azım-üş-şan haqqında bilməli olduğumuz sıfatı-nəfsiyyə birdir:
Vücud, yəni var olmaqdır.
   Allahü azım-üş-şanın var olmasının birbaşa dəlili Allahın (cəllə cələlühü)
“İnnəni ənəllahü” kəlamıdır. Ağıla uyğun dəlil, bu aləmləri xəlq edən (yoxdan var edən) bir xaliq (yaradan), əlbəttə mövcuddur, əlbəttə vardır. Mövcud olmamaq muhaldır.
   Sıfatı-nəfsiyyə demək – zat, onsuz və O, zatsız təsəvvür oluna və düşünülə bilməz, deməkdir.

SİFATI-ZATİYYƏ (Zatı xüsusiyyətlər)

Allahü azım-üş-şan haqqında bizim bilməli olduğumuz sıfatı-zatiyyə beşdir. Bunlara Üluhiyyət sıfatları deyilir.
1. Qıdəm. Allahü azım-üş-şanın varlığının əvvəli olmamaq.
2. Bəka. Allahü azım-üş-şanın varlığının sonu olmamaq. Buna vacib-ül-vücud deyilir. Birbaşa dəlil Allahü azım-üş-şanın Hadid surəsində üçüncü ayəti-kəriməsidir. Ağıla uyğun dəlil, varlığının əvvəli və axırı olsa, sonradan var olmuş olub, aciz və naqis olardı. Aciz və naqis olan başqasını yarada bilməz. Bu, Allahü azım-üş-şan haqqında muhaldır.
3. Qiyam bi-nəfsihi. Allahü azım-üş-şan zatında, sıfatlarında və işlərində heç kimə möhtac deyildir. Birbaşa dəlil Muhamməd (əleyhissəlam) surəsinin son ayəti kəriməsidir. Ağıla uyğun dəlil, bu sıfatlar Onda olmamış olsa, aciz və naqis olardı. Bu isə Allahü azım-üş-şan haqqında muhaldır.
4. Müxaləfətün lil-havadis. Allahü azım-üş-şan zatında və sıfatında heç kimə bənzəməz. Birbaşa dəlil, Allahü azım-üş-şanın Şura surəsindəki on birinci ayəti kəriməsidir. Ağıla uyğun dəlil, bu sıfatlar Onda olmamış olsa, aciz və naqis olardı. Bu isə Allahü azım-üş-şanın haqqında muhaldır.
5. Vəhdaniyyət. Allahü azım-üş-şanın zatında, sıfatında və işlərində şəriki və bənzəri yoxdur. Birbaşa dəlil, Allahın İxlas surəsindəki birinci ayəti kəriməsidir. Ağıla uyğun dəlil, əgər ortağı olsa, aləm yox olardı. Biri bir şeyi yaratmağı, digəri yaratmamağı istəyərdi.
   [Alimlərin çoxusuna görə Vücud, yəni var olmaq da ayrıca bir sıfatdır. Beləcə, sıfatı-zatiyyə altı olur.]

SİFATI-SÜBUTİYYƏ (Sübuti xüsusiyyətlər)

   Allahü azım-üş-şan haqqında bizim bilməli olduğumuz sıfatı-sübutiyyə səkkizdir: Həyat, elm, səm, basar, iradə, qüdrət, kəlam, təkvin.
   1. Həyat. Allahü azım-üş-şan diridir. Birbaşa dəlil, Allahü azım-üş-şanın Bəqərə surəsindəki 255-ci ayəti kəriməsinin baş qismidir. Ağıla uyğun dəlil, Allahü azım-üş-şan diri olmasa, bu məxluqat vücuda gəlməzdi.
   2. Elm. Allahü azım-üş-şanın bilməsi, deməkdir. Birbaşa dəlil, Allahü azım-üş-şanın Haşr surəsindəki 22-ci ayəti kəriməsidir. Ağıla uyğun dəlil, Allahü azım-üş-şanın bilməsi olmasa, aciz və naqis olardı. Aciz və naqis olmaq, Onun haqqında muhaldır.
   3. Səm. Allahü azım-üş-şanın eşitməsi, deməkdir. Birbaşa dəlil, Allahü azım-üş-şanın İsra surəsindəki birinci ayəti kəriməsidir. Ağıla uyğun dəlil, Allahü azım-üş-şanın eşitməsi olmasa, aciz və naqis olardı. Aciz və naqis olmaq, Onun haqqında muhaldır.
   4. Basar. Allahü azım-üş-şanın görməsi deməkdir. Birbaşa dəlil, Allahü azım-üş-şanın yenə İsra surəsindəki birinci ayəti kəriməsidir. Ağıla uyğun dəlil, Allahü azım-üş-şanın görməsi olmasa, aciz və naqis olardı. Aciz və naqis olmaq, Onun haqqında muhaldır.
   5. İradə. Allahü azım-üş-şanın istəməsi deməkdir. Onun istədiyi olur. O istəməzsə, heç bir şey olmaz. Varlıqları istəmiş, yaratmışdır. Birbaşa dəlil, Allahü azım-üş-şanın İbrahim surəsindəki 27-ci ayəti kəriməsidir. Ağıla uyğun dəlil, Allahü azım-üş-şanın istəməsi olmasa, aciz və naqis olardı. Aciz və naqis olmaq, Onun haqqında muhaldır.
   6. Qüdrət. Allahü azım-üş-şanın hər şeyə gücünün yetməsi deməkdir. Birbaşa dəlil, Allahü azım-üş-şanın Ali İmran surəsindəki 165-ci ayəti kəriməsidir. Ağıla uyğun dəlil, Allahü azım-üş-şanın əgər gücü yetməsə, aciz və naqis olardı. Aciz və naqis olmaq, Onun haqqında muhaldır.
   7. Kəlam. Allahü azım-üş-şanın söyləməsi. Birbaşa dəlil, Allahü azım-üş-şanın Nisa surəsindəki 164-cü ayəti kəriməsidir. Ağıla uyğun dəlil, Allahü azım-üş-şanın söyləməsi olmasa, aciz və naqis olardı. Aciz və naqis olmaq, Onun haqqında muhaldır.
   8. Təkvin (yaratmaq). Allahü azım-üş-şan xaliqdir, yaradandır. Hər şeyi yaradan, yoxdan var edən Odur. Ondan qeyri yaradan yoxdur. Birbaşa dəlil, Allahü azım-üş-şanın Zümər surəsindəki 62-ci ayəti kəriməsidir. Ağıla uyğun dəlil, yerlərdə və göylərdə qeyri-adi məxluqatı vardır və cümləsini yaradan odur. Ondan başqası üçün “yaratdı” demək küfrdür. İnsan heç bir şey yarada bilməz. Allahü azım-üş-şan haqqında bilməli olduğumuz sıfatı-mənəviyyə səkkizdir: Hayyün, Alimün, Səmiun, Basirun, Müridün, Qadirün, Mütəkəllimün, Mükəvvinün.

  Bu sıfatı şəriflərin mənaları bunlardır:
  1. Hayyun, Allahü azım-üş-şan diridir.
  2. Səmiun, Allahü azım-üş-şan eşidəndir.
  3. Basirun, Allahü azım-üş-şan görəndir.
  4. Müridün, Allahü azım-üş-şan diləyəndir.
  5. Alimün, Allahü azım-üş-şan biləndir.
  6. Qadirün, Allahü azım-üş-şan gücü yetəndir.
  7. Mütəkəllimün, Allahü azım-üş-şan söyləyəndir.
  8. Mükəvvinün, Allah (cəllə cələlühü) hər şeyi xəlq edəndir.
  Allahü təala haqqında muhal olan sıfatlar bunların ziddidir

VƏ MƏLƏİKƏTİHİ: Mən, Allahü azım-üş-şanın mələklərinə inandım, iman etdim. Allahü azım-üş-şanın mələkləri vardır, onları nurdan xəlq etmişdir. Cisimdirlər (burada cisim demək-fizika kitablarında bildirilən cisim deyildir). Yeməzlər və içməzlər. Onlarda erkəklik və dişilik olmaz. Göydən yerə enərlər və yerdən göyə qalxarlar. Bir haldan başqa hala girərlər. Göz açıb yumacaq qədər Allahü azım-üş-şana asi olmazlar və bizim kimi günah işləməzlər. Onların içində Allahü təalaya yaxın olanlar və Peyğəmbərlər vardır.
   Hamısından fəzilətlisi Cəbrail, Mikail, İsrafil, Əzrail aleyhimüssəlamdır. Bu dördü, bütün mələklərin Peyğəmbərləridir. Onların hər birini Allahü azım-üş-şan bir vəzifəyə təyin etmişdir. Qiyamətə qədər başqa bir xidmətə keçməzlər.


VƏ KÜTÜBİHİ: Mən, Allahü azım-üş-şanın kitablarına inandım, iman etdim.
   Allahü azım-üş-şanın kitabları vardır. Bunlar, Qurani-kərimdə bildirilən 104 kitabdır. 100-ü kiçik kitabdır. Bunlara “suhuf” deyilir. 4-ü böyük kitabdır.
Tövrat, həzrəti Musa “əlehissəlam”a, Zəbur, həzrəti Davud “əleyhissəlama”, İncil, həzrəti İsa əleyhissəlama, Qurani-kərim bizim Peyğəmbərimiz Muhamməd əleyhissəlama nazil olmuşdur. Bu gün yəhudilərin və xristianların oxuduqları Tövrat İncil haqqında Cavab verə bilmədi kitabında geniş məlumat vardır.
   Yüz suhufdan on suhufu həzrəti Adəm əleyhissəlama, əlli suhufu Şit əleyhissəlama, otuz suhufu İdris əleyhissəlama, on suhufu İbrahim əleyhissəlama enmişdir. Bunların hamısını Cəbrail əleyhissəlam endirmişdir. Bunlardan sonra Quranı azım-üş-şan nazil olmuşdur. Quranı azım-üş-şan az-az, ayət-ayət, iyirmi üç ildə nazil olmuşdur. Hökmü qiyamətə qədər qüvvədədir. Nəsh olmaqdan (qüvvədən düşməkdən) və dəyişdirilməklə təhrif olunmaqdan (insanların dəyişdirməsindən) qorunmuşdur.


  VƏ RUSÜLİHİ: Mən, Allahü azım-üş-şanın Peyğəmbərlərinə (aleyhimüssaləvatü vəttəslimat) iman etdim.
    Allahü azım-üş-şanın Peygəmbərləri vardır (aleyhimüssaləvatü vəttəslimat). Peyğəmbərlərin hamısı insandır. Əvvəli Adəm əleyhissəlam və axırı bizim Peyğəmbərimiz Muhamməd Mustafadır (sallallahü təala aleyhi və səlləm). Bu ikisinin arasında çox Peyğəmbər (aleyhimüssaləvatü vəttəslimat) gəlmiş və keçmişdir. Onların sayını Allahü azım-üş-şan bilir.

   Peyğəmbərlər (aleyhimüssaləvatü vəttəslimat) haqqında bizim bilməli olduğumuz sıfatlar beşdir: Sidq, Əmanət, Təbliğ, İsmət, Fətanət.
   1.
Sidq. Bütün Peyğəmbərlər (aleyhimüssaləvatü vəttəslimat) sözlərində sadiq olurlar. Hər sözləri doğrudur.
   2.
Əmanət. Onlar əmanətə xəyanət etməzlər.
   3.
Təbliğ. Onlar Allahü azım-üş-şanın əmrinin və qadağalarının hamısını bilib, ümmətlərinə bildirir və çatdırırdılar.
   4.
İsmət. Böyük və kiçik, bütün günahlardan təmizdirlər. Heç günah işləməzlər. İnsanlardan məsum olan yalnız Peyğəmbərlərdir (aleyhimüssəlam). [Bunlardan başqasına məsum deyənlər Rafizilərdir].
  5.
Fətanət. Bütün Peyğəmbərlər (aleyhimüssaləvatü vəttəslimat) digər insanlardan daha ağıllıdırlar.

  Peyğəmbərlər (aleyhimüssaləvatü vəttəslimat) üçün caiz olan sıfatlar beşdir: Onlar yeyir, içir, xəstələnir, ölür, dünyalarını dəyişirlər. Dünyaya məhəbbət etməzlər.
   Quranı azım-üş-şanda ismi-şərifləri bildirilən 28 Peyğəmbərdir. Bunları bilmək hər kəsə vacibdir, dedilər.
   Peyğəmbərlərin adları (aleyhimüssaləvatü vəttəslimat) :
   Adəm, İdris, Nuh, Şis [Şit], Hud, Salih, Lut, İbrahim, İsmail, İshaq, Yaqub, Yusif, Şüeyb, Musa, Harun, Davud, Süleyman, Yunis, İlyas, Əlyəsa, Zül-kifil, Eyyub, Zəkəriyyə, Yəhya, İsa, Muhamməddir “saləvatullahi alə nəbiyyinə və aleyhim”. Üzeyr, Loğman və Zülqarneyn üçün ixtilaf olundu. Bunlara və Xızır əleyhissəlama alimlərdən bəzisi nəbi, bəziləri isə vəli dedilər. Məktubatı Masumiyyənin 36-cı məktubunda Xızırın Peyğəmbər olduğunu bildirən xəbərin qüvvətli olduğu yazılmışdır. 182-ci məktubda deyilir: Xızır əleyhissəlamın insan şəklində görünməsi və bəzi işlər görməsi Onun həyatda olduğunu göstərmir. Allahü təala Onun və bir çox Peyğəmbərin, vəlinin ruhlarının insan şəklində görünməsinə izn vermirşdir. Onları görmək həyatda olduqlarını göstərmir.
   Bundan başqa biz: “İlk Peyğəmbər olan həzrəti Adəm əleyhissəlamın zürriyyətindənəm (soyundanam), axır zaman Peyğəmbəri Muhamməd (aleyhissalatü vəssəlam) dinindən və ümmətindənəm, əlhamdülilləh” deməliyik. Vəhhabilər Adəm əleyhissəlamın Peyğəmbər olduğuna inanmırlar. Buna görə və müsəlmanlara müşrik dedikləri üçün kafir olurlar.

   VƏL-YƏVMİL-ƏXIRİ: Mən, qiyamət gününə inandım, iman etdim. Çünki Allahü təala xəbər vermişdir. Qiyamət günü qəbirdən qalxınca başlar. Cənnətə və ya Cəhənnəmə gedincəyə qədər davam edər. Hamımız ölüb, yenə diriləcəyik. Cənnət və Cəhənnəm, mizan (tərəzi), sırat körpüsü, haşr (toplanmaq), nəşr (Cənnətə və Cəhənnəmə paylanmaq), qəbir əzabı, münkər və nəkir adındakı iki mələyin qəbirdə sualı haqqdır və olacaqdır.


   VƏ BİL-QADƏRİ XAYRİHİ VƏ ŞƏRRİHİ MİNƏLLAHİ TƏALA: Xeyir və şər, olmuş və olacaq şeylərin hamısı Allahü azım-üş-şanın təqdiri ilə, yəni əzəldə bilməsi, istəməsi, vaxtları gəlincə yaratması ilə və lövh-il mahfuza yazmasıyla olduğuna inandım, iman etdim. Qəlbimdə əsla şəkk və şübhə yoxdur.

   Əşhədü ən lə iləhə illəllah və əşhədü ənnə Muhammədən abdühü və rasulüh.

   Etiqadda (yəni inanılacaq şeylərdə) məzhəbim Əhli sünnət vəl cəmaat məzhəbidir. Mən, bu məzhəbdənəm.

   [Əshabi-kiramın (aleyhimürrıdvan) hamısını sevənlərə Əhli sünnət deyilir. Əshabi-kiramın hamısı alim və adil idi. İnsanların əfəndisinin (sallallahü aleyhi və səlləm) söhbətində, xidmətində iştirak etmiş və Ona yardımçı olmuşdurlar. Söhbətdə ən az iştirak edən belə, Əshabi-kiramdan olmayan ən yüksək Vəlidən daha yüksəkdir. O islam günəşinin, O Allahü Əshabi-kiramın həbibinin söhbətində hasil olan hallar, o mübarək nəfəslərinin və nəzərlərinin təsiri ilə zühur edən kəmallar, o hüzura, o yaxınlıq səadətinə qovuşa bilməyənlərə nəsib olmamışdır. Əshabi-kiramın hamısı (rıdvanullahi təala aleyhim əcmain) hələ ilk söhbətdə nəfslərinə uymaqdan qurtulmuşdurlar. Hamısını sevməyimiz əmr olunub. Şir-atül İslam şərhinin ilk səhifələrində yazılır: “Əshabi-kiramın (aleyhimürrıdvan) hamısı haqqında mümkün olduğu qədər yaxşı danışın, onların heç birini əsla təhqir etməyin.” 72 firqəyə gəlincə, kimi ifrata vararaq həddini aşdı, kimi əksinə, haqqlarını vermədi, kimi ağıla güvəndi, kimi fəlsəfəyə və qədim yunan filosoflarına aldandı. Beləliklə, dini-islamda olmayan, hətta qadağan olan şeyləri etdilər. Bidətə sarıldılar. Sünnəti, yəni islamiyyəti tərk etdilər.
Əbu Bəkiri Sıddıq, Həzrəti Ömər (radıyallahü anhüma) kimi Əshabi-kiramın (aleyhimürrıdvan) icma ilə ən üstün olanlarını, hətta Peyğəmbər əfəndimizi (əleyhissəlam) belə gözü götürməyənlər zühur etdi. Peyğəmbər
əfəndimizin meraca bədəni və ruhu ilə bərabər aparıldığını inkar edənlər törədi.
   Çox təəccüblüdür ki, zamanımızda da islam alimi olaraq tanınan, lakin 72 firqənin ən zərərlisi olan
İsmailiyyə mövqeyindən çıxış edən zavallılar mövcuddur. Peyğəmbər əfəndimizin (əleyhissəlam) analarının və atalarının kafir olduğunu və Peyğəmbər əfəndimizin (əleyhissəlam) nübüvvəti təbliğ etmədən öncə bütlərə qurban kəsdiyini söyləyərək, dəlil olaraq da bəzi yalnış kitabları göstərərək, azdıran yazılarla saf gəncləri aldatmağa, zəhərləməyə çalışırlar. Beləcə, onların məqsədi, islam dinini baltalamaq, gənclərin imanını oğurlamaq, onları küfrə batırmaq olduğu aşkarca anlaşılır. Hədisi-şərifdə: Qurani-kərimə öz ağlı ilə məna verən kafir olur, buyruldu. Din alimləri ədəbli idilər. Diqqətli danışar və yazardılar. Səhv bir şey söyləmiyim deyə çox düşünürdülər. Düşünmədən danışmaq, islamiyyəti Ədilləi şəriyyədən, yəni dörd ana mənbədən qaynaqlanmayaraq, öz səhv fikirləri ilə anlatmağa cürət etmək nəinki bir islam aliminin, hətta hər hansı bir müsəlmanın belə görəcəyi iş deyil. Peyğəmbərimizin (sallallahü aleyhi və səlləm) və Əshabi-kiramın (rıdvanullahi təala aleyhim əcmain) böyüklüyünü anlamayan cahillərin, etiqadı zədələyən, dağıdan sözlərini və yazılarını öldürən zəhər bilməliyik.
   Farsca misranın tərcüməsi:
   İmanıma zərər vuracaqlarından qorxub, söyüd yarpağı kimi titrəyirəm.
   Allah (cəllə cələlühü) qəlblərimizdə sevdiklərinin sevgisini artırsın. Düşmənlərini sevmək fəlakətinə salmasın. Bir qəlbdə iman olmasının əlaməti, Allahın sevdiklərini sevmək, sevmədiklərini sevməməkdir.]

   Əməldə məzhəb dörddür: İmamı-azam, imamı-Şafi, imamı-Malik, imamı-Əhməd ibn Hanbəlin (rahmətullahi aleyhim) məzhəbləri.

   Bu dörd məzhəbdən hər hansı birini təqlid etmək lazımdır. Dördünün də məzhəbi haqdır, doğrudur. Dördü də Əhli-sünnətdir. Biz, İmamı-azam məzhəbindənik. Bu məzhəbdə olanlara Hənəfi deyilir. İmamı-azam məzhəbi savabdır, doğrudur. Xəta olması ehtimalı da vardır. Digər üç məzhəb xətadır. Savab olması ehtimalı da vardır, deyirik.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину