Facebook Twitter WhatsApp

Ruh və bədən

Sual: Əraf surəsinin 172-ci ayəsindəki Qalu bəla” təvil edilib, ruhların bədənlərdən əvvəl yaradıldığı söylənir. Doğrusu necədir?
CAVAB
İmam Qazali həzrətləri buyurur ki:

Adəm əleyhissalam yaradılıb, beli məsh edildikdə, zərrələr halında nəsli çıxdı. Bir hissəsi sağ tərəfinə, bir hissəsi sol tərəfinə qoyuldu. Allahü təala buyurdu ki:
 Bu sağdakılar Cənnət əhlinin əməlini edəcəklərinə görə Cənnətlik olanlardır. Bunların əməllərindən Mənə bir fayda və zərər yoxdur. Bu soldakılar Cəhənnəm əhlinin əməlini edəcəklərinə görə Cəhənnəmlik olanlardır. Bunlardan da Mənə bir fayda və zərər yoxdur.

Adəm əleyhissalam soruşdu:
— Ya Rəbb! Cəhənnəm əhlinin əməli nədir?
 Mənə şirk qoşmaq və göndərdiyim peyğəmbərlərə inanmamaq və onlar vasitəsilə göndərdiyim kitablardakı əmr və qadağama əməl etməyib Mənə üsyan etməkdir.

Adəm əleyhissalam dua etdi:
— Ya Rəbb! Onları özlərinə şahid qıl! Ümid edilir ki, Cəhənnəm əhlinin əməlini işləməzlər.

Allahü təala da nəfslərini şahid tutub, Mən sizin Rəbbiniz deyiləmmi?” buyurdu. Hamısı, Bəli, biz şahidik, Rəbbimizsən dedilər. Allahü təala, mələkləri və Adəm əleyhissalamı da şahid tutdu ki, onlar Allahü təalanın Rəbb olduğunu təsdiq və ikrar etdilər. Bu sözləşmədən sonra onları yenidən köhnə məkanlarına göndərdi, çünki onların həyatları yalnız ruhani bir həyat idi, cismani bir həyat deyildi. Allahü təala bunları Adəm əleyhissalamın sülbünə yerləşdirdi. Ruhlarını alıb, Ərşin xəzinələrindən birində mühafizə etdi. Ana bətnində uşağın cismani sürəti tamam olduğu zaman hələ ölüdür. Allahü təala bətndə ölü olan bu uşağa ruh verməyi murad buyurduğu zaman Ərşdə mühafizə edilən ruhu o cəsədə qaytarır. Uşaq o zaman hərəkət etməyə başlayar. Allahü təalanın ruhlara, Mən sizin Rəbbiniz deyiləmmi?” deyə soruşduğu əhddən [sözləşmədən] sonrakı ölüm, yəni ruhun Ərşin xəzinələrinə göndərilməsi birinci ölüm və indiki ana qarnındakı həyat ikinci həyatdır. (Dürrətül-Fahirə)

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину