Facebook Twitter WhatsApp

Dinimizdə qazanc həddi

Sual: Dinimizdə qazanc həddi vardırmı?

CAVAB

Dinimizdə qazanc həddi yoxdur. Lakin ihtikar (insan və heyvan qidalarını yığıb bahalandığı zaman satmaq) və fahiş qiymət (həddindən çox qiymət) qadağan edilmişdir. Mədinədə bahaçılıq olmuşdu. Qiymətlər yüksəldiyi üçün qazanc həddi qoyulması istənildiyində, Peyğəmbər əfəndimiz, “Qiymətləri qoyan Allahu təaladır. Ruzini genişlədən, daraldan, göndərən yalnız Odur. Mən Allahu təaladan bərəkət istərəm” buyurdu. Başqa bir hədisi-şərifdə isə, “Qazanc həddi qoymayın, qiyməti qoyan Allahu təaladır” buyuruldu.

İnhisarçılar, fürsətçilər tərəfindən [mallar saxlanaraq] qiymətlər yüksəldilib millətə zərər və zülm halına gəldiyi vaxt bu işlər üzrə Dövlət orqanlarının əlaqədar şəxslərlə müşavirə edərək uyğun bir narh (istehlakçını qoruma məqsədi ilə hər yerdə etibarlı olan qiymət), qazanc həddi qoyması caiz olar. (Rədd-ül Muxtar)

Peyğəmbər əfəndimiz, “Müsəlmanların şəhərə mal gətirən kəndliləri qarşılayıb bazar qiymətini gizləyərək ucuz satın almalarını” qadağan etdi. Kəndli belə bir satışdan imtina edə bilər. Bazardakı qiymətləri bilməyənlərə yüksək qiymətlə mal satmaq da haramdır. Hətta, naşı olub ucuz satan və ya bahalı alan ilə alver etməmək lazımdır. Bunlarla alış-veriş edərkən bazardakı qiyməti gizləmək günahdır.

Satılan şeyin eyibini, qüsurunu gizləyərək aldatmaq haram olduğu kimi, alınan malın qiymətini gizləyərək aldatmaq da faiz olur. Məsələn, bir kimsə satdığı malın qiymətini bilmir. On milyonluq malı, beş milyona satır. Ona, “Bu mal hər yerdə 4 milyon edər” deyərək aldatmaq haramdır. İnsanlar Müsəlman əxlaqına uyğun hərəkət edərsə, nə aldadan, nə də aldanan olar. Mallara narh qoymağa ehtiyac qalmaz. Bildiriş və ya tələbə görə mallar bahalaşar və ya ucuzlaşar.

Bəsrədə böyük bir tacir vardı. İranda olan adamlarından biri ona məktub yazaraq, bu il şəkər qamışının məhsuldar olmadığını, heç kim eşitmədən çox şəkər almasını xəbər verdi. Tacir də çoxlu şəkər alıb, şəkər bazarda bitəndə bahalı sataraq otuz min dirhəm qazanc etdi. Sonra, düşünüb “Şəkər qamışlarına fəlakət gəldiyini Müsəlmanlardan gizlətməklə onlara xəyanət etdim, bu necə Müsəlmanlıqdır” deyə, otuz min dirhəmi şəkərlərini almış olduğu kəslərə apardı. Etdiyi səhv işi izah etdi. Səhvinə peşman olub dürüstlük göstərməsinə görə heç biri verdiyi pulu almayıb, sənə halal olsun, dedilər. Axşam evində düşündü ki, bəlkə utanaraq almamışdırlar. Din qardaşlarıma xəyanət etdim deyərək, sabahı gün yenidən apardı. Hər birinə yalvararaq otuz min dirhəm gümüşü bağışladı.

Müştəriyə doğru söyləmək, hiylə etməmək lazımdır. Malda bir qüsur varsa, xəbər vermək lazımdır. Ucuz aldığı bir malın qiyməti yüksəlib bahalı satır isə, aldığı qiyməti söyləməsi lazımdır. Aldadaraq satmaq xəyanət və fırıldaqçılıq sayılır. Belə xəyanəti bilməyərək edənlər olur. Xəyanət etməkdən xilas olmaq üçün hər kəs özünə edilməsini istəmədiyi şeyləri başqalarına etməməlidir.

Bir malı nağd ucuz, kreditlə bahalı satmaq caizdir. Vədə fərqi istəmək isə caiz deyildir. Vədəli satışla, vədə fərqi ayrı şeylərdir. (Rədd-ül Muxtar)

Sual: Zəkat vermək üçün bir yoldaşa getdim. 100 manat zəkat verəcəkdim. O yoldaşa, əlindəki bir qızılı mənə 100 manata satsan, bu qızılı zəkat olaraq verəcəyəm dedim. O, da, Tam Elmihalda oxudum, malı ucuz satmaq qabəni-fahişdir 120 manatdan aşağı satılması caiz olmaz dedi. 100 manata satsaydı bir zərəri olardı?

CAVAB

Heç bir zərəri olmazdı. İnsan malını istədiyi qiymətə sata bilər. 50 manata, hətta 1 manata da sata bilər. Hətta pulsuz belə verər. Bunun dinən bir zərəri yoxdur. Əgər siz qızıllar 100 manata düşdü, bu qızılı mənə 100 manata sat desəydiniz, o da bilmədiyi üçün satsaydı, aldandığı üçün alış-verişi xitam etmə haqqına sahib olardı. Amma xitam etməsə də bir şey olmazdı. Zəkat üçün verilən pulu geri çevirməsi səhv olmuşdur.

Tam Elmihal Səadəti Əbədiyyədə deyilir ki:

Sərraflıqda bazardakı qiymətlərin ən yüksəyindən 2.5 %  və daha artıq yüksək qiymətlə satın alaraq aldanmağa Qabəni-fahiş, çox aldanmaq deyilir. Bu miqdar heyvandan başqa daşınan mallar üçün 5%, heyvan üçün 10%, bina üçün 20%- dir. Bu miqdardan az olan aldanmağa Qabəni-yəsir, az aldanmaq deyilir. Satıcı, bu mala filan qədər pul verən oldu deyərək satsa, bazardakı ən yüksək dəyərindən çox aldanma qədər artıq olduğu və başqası o qədər manat vermədiyi aydın olarsa müştəri alış-verişi xitam edə bilər.

[Diqqət yetirilərsə, xitam verə bilər deyilir, xitamı lazımdır deyilmir. Üstəlik öz razılığı ilə çox ucuza satmağın heç bir zərəri yoxdur.]

Satıcı yalan danışmadan fahiş qiymətlə satsa, aldanan müştəri alış-verişə xitam verə bilməz. Çünki hər kəs malını istədiyi qiymətlə sata bilər. İslamiyyətdə qazanc həddi deyə bir şey yoxdur. Yalan deyilərək az aldanan alış-verişə xitam verə bilməz.

Bir kimsə 20 manata aldığı bir mal üçün, “4 manata aldım, 1 manat qazanc ilə sənə 5 manata sataram” desə caizdir, çünki adamı aldatma məqsədi yoxdur. Bəlkə o kasıbdır, onu sevindirmək üçün belə etmişdir. Hər kəs malını çox ucuza sata bilər.

İmkansız olanlara yemək, içki, geyim və yaşama üçün fahiş qiymətlə mal satmaq haramdır. Dolanışığını təmin etmək üçün hər hansı bir şeyini satmaq məcburiyyətində qalan kasıbın satdığını qabəni-fahişlə ucuza almaq da haramdır. (Bey və şira risaləsi)

Sual: Tam Elmihalda, “Vərəsiyə (taksitli) bahalı, nağd ucuz demək yəni, məsələn; nağd on manata, kreditlə on beş manata vermək şəklində iki şərtli satışın fasid olduğu Məvkufat, Cəvhərə və Tuhfət-ül-fukahada yazılıdır. Çünki, səmən (qarşılığı) məchuldur” deyilir. Buna görə nağd 10 manata satılan malı, vərəsiyə 15 manata satmaq fasiddir?

CAVAB

Xeyr, heç bir zərəri yoxdur. Satıcı yalan danışmadan, hədsiz qiymətlə də sata bilər. Çünki hər kəs malını istədiyi qiymətlə sata bilər. İslamiyyətdə qazanc həddi [qazanc limiti] deyə bir şey yoxdur. Bu incəliyi bilməyənlər kreditlə bahalı satıla bilməz zənn edirlər. İfadənin son cümləsində, “Çünki, səmən məchuldur” deyilir. Səmən, satışda təyin edilən qiymət deməkdir. Satıcı, nağd olarsa 10 manat, kreditlə 15 manat deyərsə, müştəri də bu iki qiymətdən birini, yəni nağd 10 manata və ya kreditlə 15 manata olan satış qiymətini qəbul edərsə, alver səhih olaraq həyata keçmiş olar. Nağd və ya kreditlə təyin edilmədən müştəri zamanı və qiyməti təyin etmədən qəbul etdim deyərsə, bu satış fasid olar. Çünki səmən və vaxt bəlli deyil. 10 manata, yoxsa 15 manata aldı? Müştəri hansını qəbul etdiyini söyləməmişdir. Vaxt və qiymət təyin edilmədiyi üçün satış fasiddir. Müştəri, nağd on manata aldım deyərsə yaxud, kreditlə 15 manata aldım deyərsə, satış səhihdir.

Dinimizdə qazanc qoymada sərhəd yoxdur. İbni Abidin həzrətləri buyurur ki:

Ənəs ibn Malik bildirdi ki: Mədinədə bahalıq olmuşdu. “Ya Rəsulallah, qiymətlər yüksəlir. Bir qazanc həddi qoyun” deyildiyində, “Qiymətləri qoyan Allahu təaladır. Ruzini genişlədən, daraldan, göndərən yalnız Odur. Mən Allahu təaladan bərəkət istəyirəm” buyurdu. (Tirmizi, İbni Hibban)

Qiymətlər fahiş olaraq [mal olmuş qiymətin iki qatına] artıb millətə zərər və zülm halına gələndə, hökumətin tacirlərlə məsləhətləşərək uyğun bir narh, qazanc həddi qoyması caiz olar. (Rədd-ül Muxtar)

Bahalı satmaq və aldatmaq

Sual: 300 manata kreditlə aldığım bir məhsulun 200 manatını verdim, 100 manatı qalıb. Sonra bu məhsulun başqa bir yerdə 200 manata satıldığını öyrəndim. Müsəlmanlıqda aldatmaq da, aldanmaq da olmadığı üçün və adamdan sənədsiz aldığıma görə, qalan 100 manatı verməsəm günah olarmı?

CAVAB

Normal qiymətlə satırsa, başqa yerlərdə də 300 manata satan varsa, qalan 100 manatı verməmək günah olar. Hər kəs malını istədiyi qiymətə sata bilər. Bir qəpik əskik verilsə, qul haqqı olar. Əgər o mal hər yerdə 200 manata satılırsa, bir tək o adam 300 manata satırsa, bu da bazar qiymətinin üstündə isə, o vaxt alış-verişi ləğv etmə səlahiyyətimiz olar. 300 manata satan başqa yerlər də varsa, başqa biriləri də 200 manata satırsa, bu ölçü olmaz.

Bir şey satarkən bu bənzərlərindən fərqlidir, deyərək yalan danışmaq və ya malın qüsurunu gizlətmək, aldatmaq olur. Bir də bazardakı qiymətlərin ən yüksəyindən, sərraflıqda  2.5 %, heyvandan başqa daşınan mallar üçün 5%, heyvan üçün 10%, bina üçün 20% və daha çoxu qədər yüksək qiymətlə satın almaq da aldanmaq olur. Belə bir aldanma olarsa, müştəri alış-verişi ləğv edə bilər.

Bahalı satmaq

Sual: Dükan işlədirik. Əlimizdə mövcud bəzi malların qiymətləri yüksəkdir. Məsələn; 10 manata aldığımız malın qiyməti 20 manat ola bilir. Eyni malı 20 manata alırıq. Əlimizdə 10 manata aldıqlarımız da var. Biz, 10 manata aldığımız malları daha əvvəl 15 manata satarkən, indi 25 manata sata bilərik?

CAVAB

Dinimizdə qazanc həddi yoxdur. 10 manata alınan bir malı müştəriyə yalan söyləmədən, onu aldatmadan, 100 manata belə satmaq caiz olar. Məsələn; 10 manata aldığı bir mal üçün müştəri soruşanda “Biz bunu 20 manata aldıq, 5 manat da qazanc qoyaraq satırıq” desə caiz olmaz, amma “Bu malı, biz 10 manata aldıq, amma indi topdan satış 20 manatdır. 5 manat qazancla 25 manata satırıq” deyilirsə zərəri olmaz. Din kitablarında deyilir ki:

Ucuz aldığı bir malın qiyməti yüksəlib baha satılırsa, aldığı qiyməti söyləmək lazımdır. (S.Əbədiyyə)

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину