Facebook Twitter WhatsApp

Halal ruzi axtarmaq

Sual: Ruzi haqqında bilgi verərsinizmi?

CAVAB

Allahu təala hər insanın və hər heyvanın ruzisini əzəldə təqdir etmiş, ayırmışdır. İnsanların və heyvanların əcəlləri və nəfəslərinin sayı bəlli olduğu kimi, hər insanın ruzisi də bəllidir. Ruzi heç dəyişməz, azalmaz və çoxalmaz. Kimsə kimsənin ruzisini yeyə bilməz. Kimsə öz ruzisini yeyib bitirmədən ölməz. Bu mövzudakı ayəti-kərimələrdən bir neçəsinin məali belədir:

“Bir çox canlı ruzisini özü əldə edə bilməz. Sizin də, onların da ruzisini Allah verər.” [Ənkəbut 60]

“Rəbbin, ruzini dilədiyinə bol verər, dilədiyinə daraldar.” [İsra 30]

“Allahın kiminə çox, kiminə az ruzi verdiyini çox kimsə bilməz.” (Səbə` 36)

“Allahdan qorxana ummadığı yerdən ruzi gələr”. (Talaq 2,3)

Bir kimsə Allahu təala əmr etdiyi üçün çalışar, ruzisini halal yoldan axtararsa, əzəldə bəlli olan ruzisinə qovuşar. Bu ruzi ona bərəkətli olar. Bu çalışmaları üçün də savab qazanar. Əgər, ruzisini Allahu təalanın qadağan etdiyi yerlərdə axtararsa, yenə əzəldə ayrılmış olan o bəlli ruziyə qovuşar. Lakin, bu ruzi ona xeyirsiz, bərəkətsiz olar. Ruzisinə qovuşmaq üçün qazandığı günahlar da onu fəlakətlərə sürükləyər.

İnsan ruzisini axtardığı kimi, ruzi də sahibini axtarar. Çox kasıblar vardır ki, zənginlərdən daha yaxşı, daha xoşbəxt yaşayar. Allahu təala Ondan qorxanlara, dininə sarılanlara, ummadığı yerdən ruzi göndərər. Allahu təala insanları yaradarkən ömürləri kimi ruzilərini də təqdir etmişdir. Bu mövzudakı hədisi-şəriflərdən bəziləri belədir:

“Allahu təala möminin ruzisini ummadığı yerdən verər.” [İ.Hibban]

“Allahdan qorxun, istədiyiniz şeylərə qovuşmaq üçün doğru səbəblərə yapışın. Yalnış səbəblərə yanaşmayın! Heç kimsə təqdir edilən ruzisinə qovuşmadıqca ölməz.” [Hakim]

“Əcəliniz sizi necə təqib edərsə, ruziniz də eləcə təqib edər. Ruzi üçün çətinlik çəksəniz, Allahu təalanın əmrinə uyğun hərəkət edin.” [Tabərani]

“Allah qorxusunu sərmayə edən ruzisinə ticarətsiz və sərmayəsiz qovuşar.”[Tabərani]

“Allahu təalaya tam təvəkkül etsəydiniz, səhər ac gedib, axşam tox dönən quşlar kimi ruziyə qovuşardınız.” [Tirmizi]

“Ruziyə qovuşan çox həmd etsin!” [Hatib]

Halal ruziyə qovuşmaq istəyənin səbəblərinə yapışması lazımdır! Pul qazanmaq malı artırar. Ancaq ruzini artırmaz. Ruzi müqəddərdir, yəni əzəldə ayrılmışdır. Ruzi maaşa, mala, işləməyə bağlı deyildir. Ancaq Allah əmr etdiyi üçün işləmək lazımdır. Çünki, Allahu təalanın işləri səbəblər altında təcəlli edər. Adəti-ilahiyyə belədir, ancaq bəzən səbəbə yapışdığı halda iş hasil olmaya bilər. Yaxud, səbəbsiz də hasil ola bilər.

Həmd etmək, Allahu təalaya şükr etmək deməkdir. Hər nemətin Allahu təaladan gəldiyinə inanmaq lazımdır. Allahu təala Həzrəti Musaya buyurdu ki:

“Özünə verdiyim neməti məndən bilib özündən bilməyən nemətlərin şükrünü əda etmiş olar. Ruzisini öz çalışması ilə bilib məndən bilməyən isə nemətin şükrünü əda etməmiş olar.” [İ.Qəzali]

İşləmək ibadətdir

Heç kimə möhtac olmamaq üçün işləmək çox qiymətlidir. Peyğəmbər əfəndimiz Həzrəti Muaz ilə müsafəha edəndə buyurdu ki:

Ya Muaz, əllərin qabar olmuş.

- Bəli, ya Rəsulallah, qazma əlimdə torpaqla məşğul olur və bu sayədə ailəmə qazanc aparıram.

Fəxri kainat əfəndimiz Həzrəti Muazı öpüb buyurdu ki:

Bu əli Cəhənnəm yandırmaz. (Tibyan)

Yenə bir gün bir gənc səhər tezdən işinə gedirdi. Əshabı-kiramdan bəziləri bunu uyğun görmədilər. Orada olan Peyğəmbər əfəndimiz buyurdu ki:

“Elə söyləməyin! Əgər heç kimə möhtac olmamaq, ana-atasını və ailə fərdlərini möhtac etməmək üçün işinə gedirsə, hər addımı ibadətdir. Əgər qazanacağı pul ilə öyünmək, keyf eləmək niyyətində isə şeytanla bərabərdir.” [Tabərani]

Göründüyü kimi bir Müsəlmanın yaxşı niyyətlə işləməsi ibadətdir. Ancaq kafirin və hər haram iş görənin işləməsi ibadət olmaz. “Namaza nə gərək var, işləmək də ibadətdir” demək çox səhvdir. Belə söyləyən kafir olar. Namaz qılan, haramlardan qaçan kimsənin yaxşı niyyətlə işləməsi ibadətdir.(K.Səadət)

Zərərdən dönmək lazımdır

Zərərin harasından dönülərsə qazancdır. Ruzi narahatlığı ilə harama əl uzatmamaq və bu hədisi-şəriflərdə bildirilənlərdən olmamaq lazımdır:

“Bir zaman gələr ki, insanlar yalnız malın, pulun gəlməsini düşünər, halalını və haramını düşünməzlər.” [Buxari]

“Bir zaman gələr insanın bütün qayğısı mədəsi, şərəfi mal, qibləsi qadın, dini pul olar. Belə kəslər insanların pisləridir.” [Süləmi]

Allahu təala hər kəsin ruzisini əzəldə təqdir etmiş, ayırmışdır. Ruzi dəyişməz, azalıb çoxalmaz. Kimsə kimsənin ruzisini yeyə bilməz. Allahu təalanın 99 adından biri Rəzzaqdır, hər varlığın ruzisini vericidir. Allahu təala, “Hər kəsin ruzisi mənə aiddir” buyurur. Ruzi üçün Allahu təalanın verdiyi sözə güvənmək lazımdır! Qurani-Kərimdə məalən buyurulur ki:

“Yer üzündəki hər canlının ruzisi Allaha aiddir.” [Hud 6]

Hədisi-şəriflərdə də buyuruldu ki:

“Ruzini genişlədən, daraldan, göndərən yalnız Allahu təaladır.” [Rədd-ül-muxtar]

“Allahdan qorx, ruzini gözəl yoldan axtar, halalı al, haramı tərk et!” [İbni Macə]

“Ruzini gecikmiş sayma! Heç kimsə ruzisinə qovuşmadıqca ölməz.” [Hakim]

“Heç kim nəsibindən çox ruziyə qovuşa bilməz. Ruzisinə qovuşub yemədikcə də ölməz. İstəməsə də ruzisi ona verilər.” [Hakim]

“Haqq təala Həzrəti Adəmə min növ sənət öyrədib buyurdu ki: Nəslin bu sənətlərdən biri ilə ruzisini axtarsın! Əsla dini dolanışıq vasitəsi etməsin!” [Hakim]

“Allahın verdiyi ruziyə qənaət edən mömin xilas olmuşdur.” [Müslim]

Ən gözəl ruzi halala, harama diqqət edilərək qazanılandır.” [Nəsai]

Peyğəmbər əfəndimiz, “Əgər Allah qorxusunu özünüzə sərmayə etsəniz, ruziniz ticarətsiz və sərmayəsiz gələr” buyurub bu məaldəki ayəti oxudu:

“Kim Allahdan qorxarsa, Allah ona bir çıxış yolu ehsan edər və ruzisini ummadığı yerdən göndərər.” [Tabərani-Talaq 2,3]

Allahu təala əmr etdiyi üçün işləyən, ruzisini halal yoldan axtaran, əzəldəki ruzisinə qovuşar, ruzisi də bərəkətli olar. Bu çalışmaları üçün də savab qazanar. Əgər ruzisini haram yoldan axtararsa, yenə əzəldə ayrılmış olan ruzisinə qovuşar. Ancaq, bu ruzi ona xeyirsiz, bərəkətsiz olar, qazandığı günahlar da onu fəlakətlərə sürükləyər.

Həzrəti Xızırın təmir etdiyi binanın altındakı qızıl lövhədə bunlar yazılı idi:

“Ölüm haqq ikən gülüb əylənən, qədərə inandığı halda kədərlənən, ruziyə Allahu təala zamin ikən zəhmətlərə girən, Qiyamətdə sorğu-sual varkən qəflətə dalan, faniliyini bildiyi dünyaya bel bağlayan kimsəyə necə heyrət edilməz?”

Ruzi narahatlığı

Dünya sıxıntıları axirət rahatlığına səbəb olar. Ruzi üçün narahat olmaq doğru deyildir. Hədisi-şəriflərdə buyuruldu ki:

“Ailəsi çox və ruzisi az olub namazlarını şərtlərinə uyğun olaraq qılan və Müsəlmanları qeybət etməyən Qiyamətdə mənimlə birlikdə həşr olar.”[M.Masumiyyə]

“Həcc yolunda ölənlərə və Allah yolunda qəza edənlərə müjdələr olsun! Ailəsi çox və qazancı az olub, halından şikayət etməyərək evinə sevinc ilə girib, gülərək çıxan kimsə də hacılardan və qazilərdəndir.” [Deyləmi]

“Bir Müsəlman halal qazanıb kimsəyə möhtac olmaz, qonşu və qohumlarına kömək edərsə, qiyamətdə ayın on dördü kimi parlaq olar.” [Beyhəqı]

“Çalışıb qazanmaq hər Müsəlmana fərzdir.” [Tabərani]

“İbadət on qisimdir, doqquzu işləyib halal qazanmaqdır.” [Deyləmi]

“Kimsəyə möhtac olmamaq və ana-atasını, ailəsini də möhtac etməmək üçün işə gedənin hər addımı ibadətdir.” [Tabərani]

“Allahu təala sənət sahibi mömini sevər.” [Tabərani]

“İşləməyib özünü sədəqə istəyəcək hala salan 70 şeyə möhtac olar.” [Tirmizi]

“ Dolanışığını halaldan qazanmaq Allah yolundakı cihad kimidir.” [Deyləmi]

“Cihad, yalnız qılınc vumaq deyildir. Ana-ataya, övlada baxmaq, kimsəyə möhtac olmamaq üçün işləmək də cihaddır. İşləyib heç kimə yük olmayan mücahiddir.”[İ.Asakir]

“Halal qazanmaq üçün sıxıntı çəkənə Cənnət vacib olar.” [İ.Qəzali]

“Allahu təala sevdiyinə ruzisini yetəcək qədər verər.” [Əbuşşeyx]

“Zikrin xeyirlisi hafi [gizli] olanı, ruzinin xeyirlisi isə kafi olanıdır.” [Beyhəqı]

İbrahim Ədhəm həzrətləri kürəyi ilə odun daşıyaraq ruzisini qazanardı. “Qardaşların səni heç bir şeyə möhtac etmədi, nə üçün odun daşıyırsan?” deyə soruşduqları vaxt, “Hədisi-şərifdə, “Halal qazanmaq üçün çətinik çəkənlərə, zillətə qatlananlara Cənnət vacib olar”buyurulduğu üçün bu işi edirəm” dedi. (K.Səadət)

Halal ruzi axtarmaq

Sual: Ruzimizin artması üçün nə etmək lazımdır?

CAVAB

Hər işin səbəblərinə yapışmaq lazımdır. Halal ruzi üçün dua və istiğfar etmək lazımdır. Dua qəbul olarsa, heç gözlənilməyən bir yerdən ruziyə qovuşula bilər. Dörd hədisi-şərif belədir:

“Cəbrayıl əleyhissalam hər gəldiyində, “Allahım, mənə halal ruzi və yaxşı bir iş nəsib et” deyə dua etməyimi söyləyərdi.” [Hakim]

“İstiğfara davam edənə ummadığı yerdən ruzi gələr.” [İbni Macə]

“Allahu təala möminin ruzisini ummadığı yerdən verər.” [Deyləmi]

“Çox sədəqə verənin ruzisi bollaşar və duası qəbul olar.” [İbni Macə]

Ruzinin gəlməsinə səbəb olan işləri etmək lazımdır: Hədisi-şəriflərdə buyuruldu ki:

“Sədəqə vermək ruzini artırar!” [Deyləmi]

“Sılayi-rəhm edənin ruzisi bollaşar.” [Buxari]

“Namaz qılmaq ruzinin bərəkətli olmasına səbəb olar.” [Miftah-ül-Cənnət]

“Sədəqə verməyə davam edənin ruzisi artar!” [İbni Macə]

“Səxavətlinin evinə ruzi, dəvənin sinəsinə vurulan bıçaqdan daha tez gələr.” [İbni Macə]

“Bir-birinizi yeməyə qonaq edin ki, ruzilərinizdə genişlik olsun.” [İ.Adiy]

“Namaz qılmaq ruzinin bərəkətinə səbəb olar.” [Miftah-ül-Cənnət]

“Xanımıyla [yaxşı dolanıb] zarafatlaşanın ruzisi artar.” [İ.Lal]

“Ana-atasına yaxşılıq edənin ömrü uzun, ruzisi bərəkətli olar.” [İ.Əhməd]

Bəzi şeylər kasıblığa yol açar, ruzinin çətinliklə gəlməsinə səbəb olar. Məsələn; dırnağı uzun olanın ruzisi məşəqqətlə, çətinliklə hasil olar. Üç hədisi-şərif:

“Günah iş görmək ruzidən məhrum qalmağa səbəb olar.” [İbni Macə]

“Yalan söyləmək ruzini azaldar.” [İsfəhani]

“Zina kasıblığa yol açar.” [Beyhəqı]

Ruzinin artması, bərəkətli olması üçün hər mübah işi Bəsmələ ilə etmək lazımdır.

Atalarımız, “Erkən qalxanın nəsibi gur olar” deyər. Sabit maaşı da olsa, bir kimsə erkən qalxsa, nəsibi gur olar. Maaşın özü deyil bərəkəti artar. Bərəkət, az bir şeydən çox faydalanmaqdır. Az bir yemək çox adama çatıbsa, bərəkətli olmuş deməkdir. Çox qazandığı halda maaşını çatdıra bilməyən pulunun bərəkətsizliyi səbəbiylə borclanar. Sabah erkən qalxmaq, xeyirə, bərəkətə səbəb olar. Hədisi-şəriflərdə buyuruldu ki:

“Səhər yuxusu ruziyə manedir.” [Beyhəqı]

“Haqq təala ruziləri fəcr ilə günəşin doğulacağı vaxtlar arasında verər.” [Beyhəqı]

“Ya Rəbbi, işinə erkən gedənin çalışmasını bərəkətli qıl!” [Tirmizi]

“Sübh namazını qıldıqdan sonra yatmayın, ruzinizi axtarmağa çalışın!” [Tabərani]

“Ruzi üçün çalışmağa erkən gedənin işi bərəkətli olar və müvəffəqiyyət qazanar.”[Bəzzar]

Maddi ruzilərin paylanması sübh namazından sonra olur. Mənəvi ruzilərin paylanması isə əsr namazından sonradır. Bu iki vaxtda yatmamağa diqqət etmək lazımdır. (Əl-Ənvar)

Ruzini başqa məqsədlə deyil, Allah rizası üçün axtarmaq lazımdır. İki hədisi-şərif məali:

“Övladlar ruzi təmini üçün işləməyə çıxarsa, Allah yolundadır. Qoca ana-atasına baxmaq üçün çıxarsa, Allah yolundadır. Özünü haramdan qorumaq üçün çıxarsa, Allah yolundadır. Əgər göstəriş və başqalarına qarşı öyünmək üçün çalışmağa çıxarsa, şeytan yolundadır.” [Tabərani]

“Elə bir vaxt gələcək ki, Quran oxuyan necə kimsələr ibadət etməyə çalışarlar, bidətlə də məşğul olarlar. Bilmədikləri üçün müşrik olarlar. Oxumalarına və elmlərinə qarşılıq ruzi alarlar və dünyanı din qarşılığında yeyərlər. Bax bunlar kor Dəccalın köməkçiləridir.” [Deyləmi]

Ruzinizi gözəl yoldan axtarın

Sual: Ruzimizi qazanırıq deyə halala, harama diqqət edilmir. Ruzini halal yoldan axtarmaq lazım deyil?

CAVAB

Cənabı Haqq hər canlının ruzisini göndərəcəyini, “Allahu təalanın ruzi vermədiyi yer üzündə bir məxluq yoxdur” buyuraraq bildirir.

Allahu təala hər insanın və hər heyvanın ruzisini əzəldə təqdir etmiş, ayırmışdır. İnsanların və heyvanların əcəlləri və nəfəslərinin sayı bəlli olduğu kimi hər insanın bədəninin və ruhunun ruziləri də bəllidir.

Ruzi heç dəyişməz, azalmaz və çoxalmaz, kimsə kimsənin ruzisini yeyə bilməz. Kimsə öz ruzisini yeyib bitirmədən ölməz.

Bir kimsə Allahu təala əmr etdiyi üçün işləyib ruzisini halal yoldan axtararsa, əzəldə bəlli olan ruzisinə qovuşar. Bu ruzi ona bərəkətli olar. Bu çalışmaları üçün də savab qazanar.

Əgər ruzisini Allahu təalanın qadağan etdiyi yerlərdə axtararsa, yenə əzəldə ayrılmış olan o bəlli ruziyə qovuşar. Ancaq, bu ruzi ona xeyirsiz, bərəkətsiz olar. Ruzisini tapmaq üçün qazandığı günahlar da onu fəlakətlərə sürükləyər.

Hər canlının ruzisini Allahu təala verir. Uşaq ana qarnında işləməkdən aciz olduğu üçün göbəyindən ona ruzi göndərir. Uşaq dünyaya gələndə ruzi olaraq anasının məməsindən süd göndərir. Bir şey yeyə biləcəyi yaşa gəlincə də dişlərini yaradır.

Uşağın ana-atası ölüb yetim qalarsa, əvvəlcə yalnız şəfqətlə anası baxarkən, sonradan hər kəsin qəlbini ona qarşı mərhəmətlə doldurar. Daha böyüyəndə də çalışmaq üçün qüvvət və pul qazanmaq istəyi ehsan edər. O kimsə bu istəkdən imtina edib təqva yolunu tutar, özünü yetim halına qoyarsa, ona qarşı qəlbləri yenə şəfqətlə doldurar. Hər kəs, “Bu şəxs Allah yolundadır. Hər şeyin yaxşısı buna layiqdir” deyər. Pul qazanarkən yalnız özü-özünə rəhm edirdi, indi hər kəs rəhm edir. Ancaq təqva yolundan ayrılar, nəfsinə tabe olar və çalışmazsa, qəlblərdə ona qarşı şəfqət hasil etməz. Belə kəslərin təvəkkül edirəm deyə çalışmaması, tənbəl oturması heç caiz deyildir. Özünü düşünən kimsənin işləyib ehtiyaclarını əldə etməyi də düşünməsi lazımdır. Deməli, Allah yolunda olub, yetim kimi olana qarşı hər kəsin qəlbində şəfqət, mərhəmət yaradar.

Cüneydi Bağdadi həzrətləri, “Allahu təala əmr etdiyi üçün çalışmaq lazımdır, ruzi üçün kədərlənməmək lazımdır” buyurdu. Ruzi üçün Allahu təalanın verdiyi sözə güvənmək lazımdır. Müsəlman Allahu təala işləməyi əmr etdiyi üçün çalışıb qazanar. Nəfsin pis arzularına, zövqlərinə nail olmaq üçün çalışıb pul qazanmaq və işləyərkən, halalı haramdan ayırmamaq, başqalarının haqlarına hücum etmək, onlara olan borclarını ödəməmək, cinayət törətmək, dünyaya düşkün olmağı göstərir. Dünyaya düşkün olmaq böyük günahdır. Allahu təala əmr etdiyi üçün çox işləyib, çox qazanmaq və Onun əmr etdiyi kimi çalışıb qazandığını Onun əmr etdiyi yerlərə sərf etmək ibadət etməkdir ki, çox savabdır.

Bir kimsənin, “Haram işlərə əlim uyğundur, mübah işləri bacara bilmirəm” deməsi çox səhvdir. Hədisi-şərifdə buyuruldu ki:

“Hər kəsə dünyalıqdan nəsibi nədirsə, o şeylər ona asanlaşdırılar” buyuruldu. (Hakim)

Bir kimsə qazancını qumardan əldə etməyə çalışsa, zamanla qumar işində məharəti artar. Dülgər, dərzi kimi halal bir sənətə yiyələnmək istəyənə də işi də asanlaşdırılar. Onun üçün daim halal qazanc yollarını axtarmaq lazımdır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Ey İnsanlar, Allahdan qorxun və ruzinizi axtarışda gözəl yol tutun! Çünki heç bir kimsə ruzisini ələ keçirmədən ölməz. O halda Allahdan qorxun və ruzinizi gözəl yollarla əldə edin, halalı alın, haramı tərk edin!” [İbni Macə]

“Ruzinizi gecikmiş saymayın! Heç kim təqdir edilən ruzisinə qovuşmadıqca ölməz. O halda ruzinizi gözəl yoldan axtarın, halalı alın, haramdan qaçın!”[Hakim]

Taha surəsinin 124-ci ayəti-kəriməsində məalən buyuruldu ki: "Məni unutsanız ruzilərinizi qısaram!"

 

Sual: Dövrümüzdə hər insanın bir dərdi, bir sıxıntısı var. Sıxıntısız, dərdsiz insan yox kimidir. Bunun səbəbi nə ola bilər?

Cavab: İnsanlar İslamiyyəti tərk etdikləri üçün, yəni Allahü təalanın əmrlərinə və qadağalarına riayət etmədikləri üçün, İslam dininin göstərdiyi rahatlıq və hüzur yolundan uzaqlaşdıqları üçün dünyada bərəkət qalmadı, ruzilər azaldı. Taha surəsinin 124-cü ayəti-kəriməsində məalən:

“Məni unutsanız, ruzilərinizi qısaram” buyuruldu.

Buna görə də, iman ruzisi, səhhət ruzisi, qida ruzisi, insaniyyət və mərhəmət ruzisi və daha neçə-neçə ruzilər azaldı. “Haşa, zülüm etməz quluna Xudası, hər kəsin çəkdiyi öz cəzası” sözü “Nəhl surəsi”nin 33-ci ayəsindən götürülmüşdür. Bu günkü küfür, inkar qaranlıqları və Allahü təalanı, Peyğəmbəri, İslamiyyəti unutmağın bərəkətsizlikləri və sıxıntıları içində insan, gecə-gündüz qadınlı-kişili işləyib bir ailənin nəfəqəsini, rahat yaşayışını təmin edə bilməyəcək vəziyyətə düşmüşdür. Allahü təalaya inanmadıqca, Onun bildirdiyi İslam dininə riayət etmədikcə, Onun Peyğəmbərinin gözəl əxlaqı ilə bəzənilmədikcə, beş vaxt namazı vaxtında qılmadıqca, dəlalət, fəlakət cərəyanını durdurmaq imkansızdır. Hər əsrdə olduğu kimi, dövrümüzdə də, insanlığı bürüyən sıxıntıların birinci səbəbi Haqqa qarşı üsyan və inkardır...


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину