Sığorta
Sual: Dinimizdə idarəetmə formalarına görə dəyişən hökmlər vardırmı? Məsələn, sığorta caizdirmi?
CAVAB
İbadətlər zamana görə, adət-ənənəyə görə, idarə şəklinə görə dəyişməz. Lakin, alış-veriş qaydalarından zamana görə, adət-ənənələrə görə, idarə formasına görə dəyişənlər ola bilər.
Hənəfiyə görə, İslam sistemində qadağan edilən fasid alış-verişlər, qeyri-islam sistemində ehtiyac olduğu halda və müsəlmanların xeyrinə olan yerdə caiz olur. Müsəlman qazanclı olarsa, bu fasid alış-verişləri edə bilər. Əgər zərər görəcəksə, problem yoxdursa, bunu etməməlidir.
Bunun nümunələri hicrətdən əvvəlki Məkkə dövründə, İslam idarəçiliyinin olmadığı bir dövrdə vardır. Mərcə girmək haram ikən, Rəsullulah əfəndimizin əmri ilə yüz dəvədən mərcə girilib, dəvələrin mərcdə uduzan adamdan alındığı daha əvvəlki bir yazımızda (aşağıda) bildirmişdik. Sığorta fasid bir müqavilədir. İslamla idarə olunmayan yerlərdə fasid əqdlərin caiz olduğuna bir çox fiqh kitabından nümunələr vermişdik.
Sığortaçılar
İslam idarələrində sığortaya ehtiyac yoxdur. İslam sistemində sığorta vəzifəsini yerinə yetirən qurumlar vardır. Zəkat, uşr, vəqf, beyt-ül-mal bunlardan biridir.
İslam sistemində zəkat kasıbların həyatını, ehtiyaclarını cəmiyyətin üzərinə götürməsi və zəmanət verməsi deməkdir. Səhərin bir küncündə bir müsəlman aclıqdan ölərsə, şəhərdəki varlılardan birinin zəkat borcu az da olsa varsa, onun qatili sayılır.
Zəkat, müsəlmanlar arasında sığorta təşkilatıdır. İslamiyyət “beytülmal” deyilən sığortanı şəxslərin, acgözlülərin, öz mənfəətlərini düşünənlərin öhdəsinə buraxmamış, dövlətin əmrinə vermişdir. Bu sığorta başqa sığortalara bənzəmir. Kasıblardan pul almaz, varlılardan alar. Zəkat verən varlıların dünyada malı artar. Axirətdə də bol savab verilər. İslam sığortası hər kasıba kömək edər. Bir ailə başçısı öləndə kasıb ailəyə maaş verib hamını sevindirər. Beləcə, İslamiyyət zəkat ilə belə bir sosial sığorta qurmuşdur.
İslami sistemdə istər müsəlman olsun, istər qeyri-müsəlman olsun
bir insan işləyə bilməyəcək yaşa gələndə və ya başına bir iş gəldiyi zaman dövlət yaxınlıq dərəcəsinə görə qohumlarını ona baxmağa məcbur edər. Əvvəlcə atası baxmaq məcburiyyətindədir. Atası yoxdursa və ya kasıbdırsa, varlı olan yaxın qohumları baxar. Heç bir yaxın qohumu yoxdursa, dövlət onu öz himayəsinə götürər. Ona beytülmaldan maaş verər. Qısacası, bu sistemdə heç kim ortada, küçədə qalmaz. Hər növ şərtlərdə kişi çarəsiz, pərişan qalmaz.
Bu gün həyat sığortaları qismən də olsa bu xidməti üzərlərinə götürmüşlər. Sağlığı yerindəykən, maddi durumu əlverişlikən sığorta pulu ödəyən şəxs, başına bir iş gələndə, köməksiz vəziyyətdə olduqda, bu qurumlar köməyinə gəlir.
Zəmanəmizdə bir müsəlmanın, xüsusilə bir qadının başına bir iş gələndə iş tapması, tapsa belə bu işin inancına uyğun gəlməsi çox çətindir. Həyatın min bir üzü vardır. Bunun keçmişdə çox ibrətli nümunələri vardır.
Tədbir və təvəkkül
Zəmanəmizdə da görürürük ki, bir çox varlılar yaşlandıqca depressiyaya düşürlər. İntihara belə cəhd edirlər. Bünün üçün hər kəsin mütləq sosial zəmanəti olması lazımdır. Hətta vəziyyəti normal olanların bir çox sosial həmrəylik təşkilatına qoşulmaları gələcək üçün bir zəmanətdir, bir tədbirdir. Mövcud sistem bunu tələb edir. Heç kim özünü sistemin kənarında hesab edə bilməz.Yəni, “Mən dünyada deyil, kosmosda yaşayıram” deyə bilməz. Hər sistemin qaydaları tam olaraq, ancaq, öz sistemi içində həyata keçə bilər. Bir sistemdə digər sistemin qaydalarının tətbiqinə maneə olarsa, problem əmələ gələr.
Bunun üçün İslamiyyət öz sistemi həyata keçməyən yerlərdə müsəlmanların çətinlik çəkməmələri üçün bəzi rahatlıqlar gətirdi. Məsələn, İslami sistemdə qadağa qoyulan bəzi alış-verişlər İslamiyyət ilə idarə edilməyən yerlərdə qadağa deyildir.
Tədbir görmək təvəkkülə zidd deyildir. Səbəblərə sarıldıqdan sonra təvəkkül edilir. Dəvəsini çöldə buraxıb təvəkkül etdiyini söyləyən bir nəfərə Peyğəmbər əfəndimiz “Dəvəni bağla, ondan sonra Allaha təvəkkül et” buyurdu. (Tirmizi)
Əlbəttə ki, sığortalanmaqla qəza, təqdir dəyişmir. Lakin, biz qəzamızı, təqdirimizi, başımıza gələcəkləri bilmədiyimiz üçün, bizimki sadəcə tədbir görməkdir. Tədbir görmək, səbəblərə sarılmaq da dinimizin əmridir. (Rədd-ül Muxtar, Dürər, Quduri, Məbsut)
Sual: Almaniyadan yazıram. Burada lotereya təşkil etmək, sığorta agentliyini və ya bankı reklam etmək caizdirmi?
CAVAB
Caizdir.
Rum surəsi peyğəmbərliyin 5-ci ilində Roma-İran müharibəsi dövründə nazil olmuşdur. O zaman Husrəv İran, Herakl da Roma hökmdarı idi. Suriya, Fələstin, Misir və Anadolu romalıların əlində idi.
İranlılar Suriya və Anadoluya hücum edib, Roma ordusunu böyük məğlubiyyətə uğratmış, bütün məbədləri məhv etmişdilər. İran ordusu Anadoluya hücum edib Boğaziçinə qədər gəlmişdi. İyirmi min yəhudi, altmış min xristian qılıncdan keçirilmişdi. Sanki, Şərqi Roma deyə bir yer qalmamışdır.
Romada daxili üsyanlar başlamış, ordusu dağıdılmış və xəzinəsi boşaldılmışdı. İran komandirləri qələbə sərxoşluğu ilə Romalılara sülh təklif etmişdilər.
Roma imperatoru İranın istədiyi hər şeyi verəcəkdi. Min yük qızıl, min yük gümüş, min yük ipək, min at və min qadın ilk veriləcəklərin arasında idi.
Herakl, şərəf və etibarını sarsıdan bütün bu şərtləri qəbul etmək məcburiyyətində qalmış və bu əsaslarla sülhü imzalayacaq nümayəndələrini Husrəvə göndərmişdi. Lakin, Husrəv, bunu da yetərli görməyərək “Şəxsən İmperator zəncirlər içində qarşıma gəlməli, oda və günəşə sitayiş etməlidir” demişdir.
Müşriklər sevindi
Şərqi Roma kitab əhli, xristiyan, İran isə məcusi, müşrik idi. Müharibənin nəticəsi müsəlmanları narahat etmiş, Məkkə müşrüklərini isə çox sevindirmişdir. Müşriklər müsəlmanlara “Bir müharibə olsa, sizin də aqibətiniz xristianlar kimi olar” demişdilər.
Bu hadisələrə əsaslanaraq heç kim döyüş qüvvəsini itirən Romanın yenidən güclənəcəyinə ehtimal belə verə bilmirdi. Rum surəsində “Romalılar ən yaxın bir yerdə məğlubiyyətə uğradılar, halbuki, onlar bu məğlubiyyətlərindən bir neçə il sonra qalib gələcəklər” buyuruldu. Amma müşriklərə görə bu inanılacaq şey deyildir. Halbuki, Allahu təalanın vədi mütləq yerinə yetəcəkdir.
Həzrəti Əbu Bəkir surə nazil olduqdan sonra müşriklərə “Sevinməyin, bir neçə il sonra Roma İrana qalib gələcəkdir” demişdir. Müşriklər, “Bu bir neçə il nə qədərdir?” deyə soruşdular. “3 il” deyə cavab verdi. Übeyy ibn Hələf, “Yalandır” deyərək on dəvəyə Həzrəti Əbu Bəkir ilə bəhsə girdi.
Həzrəti Əbu Bəkr vəziyyəti Rəsuli əkrəmə xəbər verdi. Peyğəmbər əfəndimiz, “Bir neçə il 3-9 il arası deməkdir. Dəvə sayını çoxalt və müddəti də uzat” buyurdu.
Həzrəti Əbu Bəkr Übeyyi axtarıb tapdı. Übeyy, “Nədir, peşman oldunmu?” dedi. Həzrəti Əbu Bəkr, “Mərci artır. 100 dəvə və 9 il olsun” dedi. Übeyy vəziyyətdən çox əmindi. Romanın qalib gələcəyini düşünmədiyi üçün “Yaxşı” dedi.
Doqquz il sonra Bədirdə müsəlmanlar Allahu təlanın köməyi ilə müşriklərə qalib gəldikləri vaxtda Roma da İrana qalib gəlmiş, Həzrəti Əbu Bəkr mərci qazanmışdır.
Übeyy Uhudda yaralanıb geri qayıdarkən öldüyündən, Həzrəti Əbu Bəkr dəvələri Übeyyin varislərindən alır. Bu hal müşrikləri çox düşündürür. Onlardan bir çoxu müsəlmanlığı qəbul edir. Beləliklə, Qurani-kərimin bir möcüzəsi meydana çıxır. (Mədarik, Tibyan)
Məkkə o zaman İslam ölkəsi olmadığından və Həzrəti Əbu Bəkirin qalib gələcəyinə zəmanət verdiyi üçün bu bəhs caiz hesab edilmişdi. Bunun üçün İmamı əzəm ilə İmamı Muhəmmədə görə faiz və qumar kimi fasid əqdlər dar-ül hərbdə müsəlman ilə qeyri-müsəlman arasında caizdir. (Mültəqa)
Dar-ül hərbdə qazanmaq şərti ilə bəhsə girməyin caiz olduğunu bildirən bir misal daha verək:
Məşhur bir pəhləvan olan Rüqanə qoyunlarının üçdə birindən bəhsə girərək Peyğəmbər əfəndimizə güləş təklif etdi. Rəsullulah əfəndimiz dəfələrlə Rüqanəyə qalib gəlib bütün qoyunları aldı. Sonra da ehsan edərək hamısını geri verdi. Rüqanə müsəlman oldu. (Məbsut, Məvahibi lədünniyyə, Şəvahidün nübüvvə)
Dar-ül hərbdə sığortaçı ilə müqavilə bağlayıb verəcəkləri pulu almaq halaldır. (İbni Abidin)
Fasid sözləşmələr də caizdir
Daha aydın ifadə ilə dar=ül hərbdə, yəni, Almaniya, İngiltərə kimi İslam ilə idarə olunmayan yerlərdə bir müsəlman qazanmaq şərti ilə qumar, lotoreya, faiz və sığorta yolu ilə oradakı hər kəsin pulunu malını ala bilər. (Kuduri, Cevhərə, Viqayə, Rədd-ül Muxtar, Hindiyyə, Məbsut)
Ensiklopediyada deyilir:
Əbu Hənifə və İmamı Muhəmmədə görə dar-ül hərbdə müsəlmanla qeyri-müsəlman arasında faiz münasibətləri caizdir. Eyni şəkildə, Hənəfi məzhəbinə görə fasid qəbul edilən alış-veriş və ticarət münasibətləri, bəhsə girmək və qumar oynamaq da caizdir. Ancaq, müsəlmanın bu əməliyyatlardan mənfəət əldə eldə etməsi şərtdir.
Bu sənədlərdən aydın olur ki, faiz alması caiz olan yerlərdə, bank reklamı etmək də caizdir. Həmçinin, banklar yalnız faizli əməliyyat etmir, fabriklərə, şirkətlərə ortaq olmaq, bina tikib satmaq kimi bir çox faizsiz əməliyyatlar da edir. Halal-haram qarışıq gəliri olan bir şəxsin verdiyi hədiyyəni götürmək, onunla alış-veriş, kirayə işlərini görmək caizdir.
Kasko sığorta
Sual: Sığorta etdirmək caiz olduğu kimi, avtomobil üçün kasko sığortası da caizdir?
CAVAB
Bəli, caizdir.
Sığorta şirkəti
Sual: Sığorta şirkəti kimi fəaliyyət göstərmək caizdirmi?
CAVAB
Bəli, caizdir.
Sual: Almaniya kimi qeyri-müsəlman ölkələrdə sığorta etdirmək və sığorta şirkətlərinin təmsilçiliyini etmək uyğundurmu?
CAVAB: Müsəlmanın mənfəəti varsa, bu cür işlərin hamısı uyğundur.
Fərdi təqaüd
Sual: Sığortaların və ya bankların etdiyi fərdi təqaüd dində caizdir?
CAVAB
Bəli, caizdir.
В корзине: 0 шт.
на сумму: 0