Facebook Twitter WhatsApp

Təayyün etmək

Sual: S. Əbədiyyədə “Səmən, pul təyin edilərkən səhih sözləşmələrdə təayyün etməz. Yəni, söz verilərkən təyin olunanı vermək lazım deyildir. Misli və ya oxşarı verilə bilər.  Mehirdə, nəzirdə [adaqda], vəkil etməkdə də təayyün etməz. Əmanət, hədiyyə və sədəqə verməkdə, şirkətdə və qəsb etmədə təayyün edər. Mebi hər zaman təayyün eder.” deyilir. Mehirdə 11 Rəşad qızıl verməyi öhdəmizə götürmüşdük. İndi onun əvəzinə o dəyərdə başqa bir mal, məsələn, manat, dollar, avro və sairə verə bilərikmi ?

CAVAB

Əvvəlcə bu kəlmələrin alış-veriş elmindəki mənasını bilmək lazımdır.
Mebi: Satılan maldır. Satılan mal təyin edilir, təyin edildikdən sonra təayyün edər.

Səmən: Mebi qarşılığında verilməsi lazım olan mala, dəyərə, pula səmən deyilir.

Təyin etmək: Söz verildikdə bu malın mövcud olması deməkdir.

Təayyün etmək: Söz kəsilərkən təyin edildikdə, ayn olaraq qalmaq, deyn vəziyyətinə dönməmək deməkdir. Təyin edilən malın özünü vermək lazımdı. Oxşarını, hətta, daha yaxşısını almaq üçün müştərini məcbur etmək olmaz. Təayyün etməyən mal zay olarsa, onun yerinə növü, miqdarı və vəsfi eyni olan oxşarı verilə bilər.

Ayn: Müəyyən bir mal deməkdir. Ya ev, at, oturacaq kimi qiyməti olan, ya da yumurta kimi misli olan mal deməkdir.
Deyn: Alış-verişə hazır olmayıb, ayrılıqda, olduğu yeri bildirilməyən hər cür mallar və hazır olduqda da ayrıca göstərilməyən qiymətli əşyaya deyilir.

Misli mal: Bazarda eyni keyfiyyətlərə malik mal olub, qiymətləri fərqli olmaz. Çəkisi, həcmi və uzunluğu ilə ölçülənlərdən fabrikdə, dəzgahda hazırlanan əşyalar və rəqəmlə ölçülənlərdən eyni böyüklüdə olanlar bunlardandır. Eyni böyüklükdə olan qarpız, yumurta misli maldır.

Qıyemi mal: Misli olmayan mal, bazarda oxşarı tapılmayan, tapılsa da qiymətləri fərqli olan maldır. Ev, əllə toxunma xalça və geyim qiymətli əşyadır.

İndi suala cavab verək:

Həmin hissənin əvvəlində “Məbləğ, pul təyin edilərkən səhih sözləşmələrdə təayyün etməz. Yəni, söz kəsilərkən təyin olunanı vermək şərt deyildir” deyilir. Burada təayyün etməz deməyin mənası açıqlanır. “Teayyün etməz demək, təyin ediləni vermək şərt deyildir, deməkdir” deyilir. Yəni, misli, bənzəri verilə bilər deməkdir.
“Mehir, nəzir və vəkil etdikdə təayyün etməz” deyilir. Təayyün etməz demək, sözləşmənin eynisini vermək, eynisini etmək şərt deyildir, deməkdir. Eyni məbləğdə manat və ya başqa mallar da verilə bilər. Mümkündürsə, eynisini vermək daha yaxşı olar.

Buna bəznər, bir nəfər bir qoyun nəzir etsə, istədiyi qoyunu kəsə bilər. Bir bəfəri bir işə vəkil təyin etsə, o işi mütləq həmin adama gördürməsi lazım deyil. Başqasını da vəkil edə bilər.

Hətta borc qaytararkən belə, borc verən qəbul edərsə, onun yerinə başqa mal verilə bilər.
Əmanət verərkən  təyin olunan mal təayyün etmiş olar. Yəni, mobil telefon əmanət edilmişdirsə, eynisini vermək lazımdır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину