Sual: Dükanım əvvəllər fondun əmlakına məxsus idi. Fondun əmlakı alınıb satılmadığına görə gəlirim halaldırmı?
CAVAB
Vəqf statuslu müəssisələri alıb-satmaq, mülk olaraq istifadə etmək olmaz. Sizin dükanın adı sadəcə vəqfdir. İndiki vəqflərin vəziyyəti fərqlidir. Bu gün müxtəlif vəqflər fəaliyyət göstərir. Bunlar yardım təşkilatlarıdır və dinimizin hədiyyə hökmünə tabedir. Yəni, bu cür təşkilatlar vəqf deyil, xeyriyyə cəmiyyətləridir. Vəqfin əmlakı vəqfi təsis edən şəxsin qoyduğu şərtlərə görə idarə edilir. Dərnəklər, xeyriyyə təşkilatları isə rəhbərlərinin əmrlərinə əsasən iş görür. Buradakı pullar hədiyyə verənlərin mülkündən çıxmışdır. Oranı idarə edənlər bu pulları müftəlif xeyriyyə işlərinə sərf edə bilərlər.
Onların adlarının vəqf olması, dinimizin vəqf hökmünə aid edilməsinə səbəb olmur. Məsələn, Mələklər yeyib-içməzlər, lakin, bir qadının adı Mələkdirsə, o da yeyib-içməyəcək demək olmaz. Siz dükanınızı zəbt etməmisiniz. Haqq sahibisiniz. Haqlı olaraq istifadənizdə dinə görə heç bi zərər olmadığı İslam Əxlaqı kitabında yazılıdır.
Vəqfin əmlakını satmaq
Sual: Ümumi Vəqflər İdarəsi tərəfindən satılan dükan və ya torpaq kimi vəqf əmlakını almaq caizdirmi?
CAVAB
Caizdir, çünki, vəqfin əmlakından çıxmışdır.
Sual: Vəqf olaraq tikilmiş bir bina köhnəlmiş və ya yararsız hala gəlmişdirsə, bu binanın materiallarını başqa yerdə istifadə etməkdə zərər varmı?
CAVAB
Vəqfin tikdirdiyi məscid və ya bina yararsız olarsa, yararsız hissələri satıb pulunu onların təmirinə verilər. Əgər təmir etmək mümkün deyilsə, yaxın bilinən bir fond binasının təmirinə, onun ehtiyaclarına sərf edilər. Başqa bir yerə sərf etmək olmaz.
В корзине: 0 шт.
на сумму: 0