Facebook Twitter WhatsApp

Ticarətin əhəmiyyəti

Sual: Bəzi insanlar, “Ticarət, 3 manata aldığını 5 manata satmaqdır. Bu da dinə çox uyğun deyil” deyirlər. Ticarətlə məşğul olub, tacir olmaq uyğun deyildirmi?


CAVAB

Dinimizdə həm ticarət, həm də həqiqi tacir təriflənmişdir. Bir neçə hədisi-şərif məalı belədir:

“Bərəkət ticarətdədir”. [Əbu Davud ]

“Ruzinin doqquzu ticarətdə, biri də heyvandarlıqdadır”. [İbni Sad]

“Əgər cənnətdə ticarət etmək olsaydı, parça satmağı əmr edərdim, çünki Əbu Bəkir parça satmaqla məşğul idi”. [Deyləmi]

“Ən yaxşı qazanc, əl əməyi ilə qazanılandır. Ticarət də məqbuldur”. [Hakim]

“Həqiqi tacir peyğəmbərlər, salehlər və şəhidlərlə bərabərdir”.

 [Tirmizi]


“Həqiqi tacir qiyamət günü Arşın kölgəsində olacaqdır”. [Deyləmi]

“Həqiqi tacir, Cənnətin heç bir qapısında gözlədilməz”. [İ. Nəccar]

“Ən düzgün qazancı olan tacir, ticarətdə yalan danışmayan, sözündən dönməyən, malını satarkən tərifləməyən, ucuz alanda da pisləməyən tacirdir”. [ Deyləmi ]

“Qorxaq tacir məhrum olar, cəsarətli tacir ruziyə qovuşar” [Qudai]

“Heç bir himayənin olmadığı Qiyamət günü bu üç şəxs Allahın himayəsində olacaqdır:


  1. Etibarlı tacir,
  2. Ədalətli hökmdar,

3. Namaz qılmaq üçün vaxtın girməsini səbirsizliklə gözləyən şəxs”.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину