Facebook Twitter WhatsApp

Təzminat almaq

Sual: İki yaşlı oğlum səkidə oynayarkən avtomobil qəzası nəticəsində dünyasını dəyişdi. Qanpulu və ya təzminat deyilən pulu almağım caizdirmi? Bir də qan pulu xaricində, qəza törədən avtomobilin sığortası avtomatik olaraq zərər çəkmişə, yəni bizə pul ödəyir. Bu nəticəyə görə sığorta bizə müəyyən bir miqdar pul ödəyəcək. Sığortanın verdiyi bu pulu almaq caizdirmi?


CAVAB

Sadəcə ölən deyil, avtomobil qəzasında əlil qalan da təzminat alır. S.Əbədiyyədə deyir ki: Yanlışlıqla adam öldürmək, məsələn, hündürlükdən üstünə düşərək və ya yatan bir insanın yuvarlanaraq bir şəxsi öldürməsi də bu cürdür. Bunun cəzası da kəfarət və diyətdir. Mindiyi atın insanı əzərək öldürməsi [maşın vurması] də belədir.  

Bü gün diyət yerinə təzminat adı ilə pul verirlər. Bunu almağın heç bir zərəri yoxdur. Sığortanın verdiyini də almaqda zərər yoxdur.

Sual: Təmir xərclərini avtomobilimə zərər vurandan aldım. İşdən qaldığım günlərin də əvəzini təzminat şəklində almağım caizdirmi?


CAVAB

Xeyir.

Həkimi təzminat iddiası ilə məhkəməyə vermək


Sual: Əməliyyat vaxtı xəstənin bir üzvünə zərər verən, məsələn, gözünü kor, qulağını kar edən və ya artıq narkozla, yaxud da başqa yolla ölümünə səbəb olan həkimi təzminat iddiası ilə məhkəməyə vermək caizdirmi?


CAVAB

Tibbi səhv və ya bir səhlənkarlıq yoxdursa, təzminat davası açmaq lazım deyil.

Əgər normadan artıq narkoz verilmişsə, əməliyyatda səhlənkarlıq, yanlış bir iş edilmişsə, səlahiyyətli insanların verdiyi məlumatla bunlar təsdiq edilmişsə, məhkəməyə müraciət etmək caizdir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину