Facebook Twitter WhatsApp

Şərabçıya üzüm satmaq

Sual: Qeyri-müsəlmanların şərab fabrikinə üzüm satmaq, üzüm aparmaq və ya kilsələrini təmir etmək caizdirmi?

Cavab

Şərab hazırladığı bilinən bir şəxsə üzüm şirəsi satmaq caizdir, çünki, günah şirənin özündə deyil. [Şirədən bəkməz də, sirkə də hazırlana bilə]. Şirə,[şərab edilərək] dəyişdirildikdən sonra alınıb satılması günah olar. (Dürr-ül-muxtar)

İbni Abidin həzrətləri buyurur ki:

Fitnə çıxaranlara, üsyançılara silah satmaq tahrimən məkruhdur, lakin silah düzəltməyə yararlı əşyanı, məsələn, dəmiri satmaq məkruh deyildir. Yəni, işlədilməsi günah olan əşyanın özünü satmaq tahrimən məkruhdur. Bu əşyanı hazırlamağa yararlı maddələri satmaq isə tənzihən məkruh olar. Çalğı alətlərini satmaq da tahrimən məkruhdur. Çalğı düzəldilən taxtanı çalğıçıya satmaq tənzihən məkruh olar. Döyüş xoruzunu da fasiqlərə satmaq tənzihən məkruhdur. Şərab düzəldənə də üzüm satmaq  tənzihən məkruhdur, çünki üzümlə haram iş görülmür, haram olan bir şeyin hazırlanmasında istifadə edilir. Bunları halal olan yerə sata bilməyən bir şəxsin tənzihən məkruh olan yerə satması caizdir. (Rədd-ül-muxdar)

İmam Qəzəli həzrətləri buyurur ki:

Şərab düzəldən müsəlmana üzüm satmaq caizdir.( K.Səadət)

Müsəlman ölkəsində caiz olanda, qeyri-müsəlman ölkəsində caiz olmasında heç şübhə qalmaz. Şərab fabrikinə üzüm, pivə fabrikinə də arpa daşımaq bunun kimi caizdir. 

Kilsə təmirində işləmək məkruh deyildir, çünki, bu işin özü günah deyildir. (Bəzzaziyə)

İbni Abidin həzrətləri yenə buyurur ki:

Kafirin şərabını ödənişlə daşımaq, kilsə təmir etmək və xristiyana zünnar kimi küfr əlamətlərini satmaq İmam əzəmə görə caizdir. (Rədd-ül-muxdar 5/251)


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину